Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə21/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   17   18   19   20   21   22   23   24   ...   160

 

 

 



69 

www.vivo-book.com 

 

demədim.  Özü  isə  məni  tapa  bilməyəcək.  Həm  də  o,  Sietldən  bura  o  vaxt 



gəlib çıxacaq ki, artıq Ģənlik bitəcək, biz də dağılıĢacağıq. Əllərimi yuyur və 

güzgüdəki əksimə baxıram. Yanaqlarım yanır, baxıĢım bir qədər dağınıqdır. 

Hm… tekiladandır. 

Mən əbədiyyət qədər uzun bir vaxtı piĢtaxta qarĢısında dayanır, pivə 

parçının gətirilməsini gözləyirəm və öz masamıza qayıdıram. 

– Harda itmiĢdin? – deyə Keyt məni danlayır. 

– Tualetdə növbə gözləyirdim. 

Xose  və  Levi  arasında  yerli  beysbol  komandası  ilə  bağlı  qızğın 

mübahisə  gedir.  Xose  hamıya  pivə  süzmək  üçün  coĢqun  üçlüyün  arasında 

dayanıb və mən içkidən böyük bir qurtum alıram. 

– Keyt, mən çölə çıxıb havamı dəyiĢmək istəyirəm. 

– Ġçki səni yaman tez tutdu! 

– BeĢ dəqiqə, çox yox. 

Yenidən  qələbəliyin  arasından  dürtülüb  keçmək  istəyirəm.  Ürəyim 

bulanmağa baĢlayır, baĢım xaincəsinə fırlanır və  ayaq üstə  güclə dururam. 

Durumum çox pisdir. 

Soyuq axĢam havasından möhkəm sərxoĢ olduğumu anlayıram. Tom 

və  Cerri  haqdakı  köhnə  cizgi  filmlərindəki  kimi,  ətrafda  hər  Ģey  ikiləĢir. 

Qorxuram, indicə qusacam. Niyə bu qədər içmiĢəm? 

– Ana. – Xose ardımca çölə çıxıb. – Halın pisdir? 

– Məncə, yetərindən artıq içmiĢəm. – deyə güclə gülümsəyirəm. 

–  Elə  mən  də,  –  deyə  o,  qara  gözlərinin  diqqətli  baxıĢını  məndən 

çəkməyərək  pıçıldayır.  –  Ġstəyirsənsə,  mənə  söykən.  –  O,  bir  az  da  mənə 

yaxınlaĢır və çiyinlərimi qucaqlayır. 

– Çox sağ ol, Xose, lazım deyil. Özüm öhdəsindən gələrəm. 

Onu özümdən aralamaq istəyirəm, amma gücüm qalmayıb. 

– Ana, xahiĢ edirəm, – deyə o pıçıldayır və məni bağrına basır. 

– Xose, nə edirsən? 




 

 

 



70 

www.vivo-book.com 

 

– Ana, sən çoxdan xoĢuma gəlirsən. – O, baĢımı geri ataraq bir əli ilə 



belimi,  o  biri  ilə  çənəmdən  tutur.  Aman  Tanrım…  o,  məni  öpməyə 

hazırlaĢır. 

– Yox, Xose, əl çək! Yox! – Mən onu özümdən itələyirəm, amma o, 

polad  əzələlərdən  ibarət  divar  kimidir,  onu  tərpədə  bilmirəm.  Onun  əli 

saçlarımda dolaĢır, mənə çevrilməyə belə imkan vermir. 

–  Ana,  xahiĢ  edirəm,  –  deyə  Xose,  demək  olar  ki,  dodaqlarıma 

toxunaraq pıçıldayır. Onun nəfəsi nəmdir və çox Ģirin qoxuyur: ―Marqarita‖ 

və  pivə.  O,  incəliklə  yanağımı,  ağzımın  yuxarı  kənarını  öpür.  Mən 

ürpənirəm, sərxoĢ və köməksizəm, güclə nəfəs alıram. 

– Xose, lazım deyil, – deyə yalvarıram. 

―Mən  istəmirəm.  Sənə  dost  kimi  yanaĢıram  və  indi  qaytaracam‖,  – 

deyə təhtəlĢüurum qıĢqırır. 

–  Məncə,  xanım  ―yox‖  dedi,  –  deyə  qaranlıqdan  təmkinli  bir  səs 

gəlir. Aman Tanrım! Kristian Qrey. O bura necə gəlib çıxıb? 

Xose məni buraxır. 

– Qrey, – deyə o, qısa Ģəkildə deyir. 

Mən həyəcanlanmıĢ halda Qreyə baxıram. O, qəzəbli halda Xoseyə 

baxır,  gözlərindən  ĢimĢək  çaxır.  Lənət  Ģeytana!  Mən  daha  alkoqolu 

bətnimdə  saxlamaq  gücündə  deyiləm.  Mədəm  sürüĢərək  ağzıma  gəlir, 

yarıyacan əyilirəm və nümayiĢkaranə tərzdə qusuram. 

– Aman Tanrım, Ana! – Xose iyrənərək geri atılır. 

Qrey  saçlarımı  geri  çəkir  və  qoluma  girərək  ehmalca  parklama 

yerinin  kənarındakı  hündür  olmayan  kərpic  dibçəkliyə  sarı  aparır.  Ġçimdə 

dərin minnətdarlıq hissi keçirərək oranın qaranlıq olduğunu görürəm. 

–  Yenə  qusmaq  istəyirsənsə,  bura  ən  münasib  yerdir.  Mən  səni 

tutaram. 

O,  bir  əli  ilə  çiynimdən  yapıĢıb,  o  biri  ilə  üzümə  tökülməsin  deyə, 

improvizə  edərək  saçlarımı  at  quyruğu  formasında  yığır.  Mən 

yöndəmsizcəsinə onu özümdən itələməyə çalıĢıram, amma  yenidən ürəyim 

bulanır…  və  yenə  qusuram.  Aman  Tanrım…  bu,  nə  qədər  davam  edəcək? 




 

 

 



71 

www.vivo-book.com 

 

Hətta indi, mədəm tam boĢaldıqdan sonra və çölə heç nə çıxmadıqda belə, 



bədənimi  dəhĢətli  titrəmə  bürüyür.  Mən  susqun  halda  özüm  özümə  and 

verirəm ki, bir daha spirtli içki içməyəcəm. Nəhayət, hər Ģey bitir. 

Tamamilə  əldən  düĢmüĢ  halda  güc-bəla  ilə  dibçəkliyin  kərpic 

divarından tutmuĢam. Qrey məni buraxır və cib yaylığını mənə verir. Ondan 

baĢqa  kimin  cibində  xalis  kətandan,  üzərində  KTQ  monoqramı  olan  təmiz 

yaylıq  ola  bilər  ki?  Maraqlıdır,  onları  harda  satırlar?  Ağzımı  silərkən  mən 

süst  halda  düĢünürəm:  ―T  hərfi  nəyi  bildirir?‖  BaĢımı  qaldırmaq  və  Qreyə 

baxmaq  mümkün  deyil.  Xəcalət  çəkirəm.  Yerin  dibinə  girsəydim,  bundan 

yaxĢı olardı. 

Xose hələ də barın giriĢində dayanıb və bizi izləyir. Ġnləyərək üzümü 

əllərimlə tuturam. Bu, həyatımdakı ən pis anlarımdan biridir. Mən ən pisini 

xatırlamağa  çalıĢıram  və  yadıma  yalnız  Kristianın  məndən  imtinası  düĢür. 

Nəhayət, mən cəsarətlənir və çəkinə-çəkinə ilk baxĢımı ona zilləyirəm. Qrey 

yuxarıdan-aĢağı  mənə  baxır  və  üzündəki  ifadədən  heç  nə  anlamaq  olmur. 

Çevrilərək  xəcalətli  Xoseni  görürəm.  Deyəsən,  Qreyin  yanında  o,  özünü 

tamamilə  itirib.  Xoseyə  necə  də  hirslənmiĢəm!  Mənim  bu  qondarma  dosta 

deyiləcək  bir  cüt  ―yaxĢı‖  sözüm  var,  onları  tanınmıĢ  sahibkar  Qreyin 

yanında deməyə cəsarətim çatmır. Qusuntumu yerə necə boĢaltdığımı onun 

görməsindən sonra əsl ledi sayıla bilərəmmi?! 

– Mən... e-e… sizi barda gözləyəcəm, – deyə Xose donquldanır. 

Hər  ikimiz  ona  əhəmiyyət  belə  vermirik  və  o,  qapı  arxasında  itib-

batır. Qreylə təkbətək qalırıq. Bircə bu çatıĢmırdı. Ona nə deyəcəm? Telefon 

zənginə görə üzr istəmək lazımdır. 

–  BağıĢlayın,  –  deyə  gözümü  cib  yaylığına  dikərək  və  onu  əlimlə 

didiĢdirərək kəkələyirəm. ―Necə də yumĢaqdır‖. 

– Nəyə görə üzr istəyirsən, AnasteyĢa? 

– Əsasən ona görə, ki sərxoĢ halda zəng etmiĢəm. Həm də ona görə 

ki...  –  qızardığımı  hiss  edərək,  demək  olar  ki,  pıçıldayıram:  ―olar  mən  elə 

indi ölüm!‖ Kimə üz tutaraq yalvardığımı bilmirəm. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə