Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə20/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   16   17   18   19   20   21   22   23   ...   160

 

 

 



66 

www.vivo-book.com 

 

Kitabları  yenidən  yerinə  qoyur  və  masa  üzərində  saxlayıram.  Keyt 



Ģampan qədəhini mənə uzadır. 

–  Ġmtahanların  bitməsi  və  bizim  Sietldə  yeni  həyatımız  Ģərəfinə,  – 

deyə o gülümsəyir. 

–  Ġmtahanların  bitməsi,  Sietldə  yeni  həyatımız  və  əla  qiymətlərin 

Ģərəfinə! 

Biz qədəhləri toqquĢdurur və içirik. 

 

*** 


 

Barda  səs-küy  və  qələbəlikdir,  məzunların  əlindən  iynə  atmağa  yer 

yoxdur. Bu gün onlar küpünə kimi içmək istəyindədir. Xose də bizə qoĢulur. 

O hələ bir il də oxumalıdır, amma Ģənlənmək həvəsindədir, bizdən azadlıq 

nəfəsini duymaq və qoxumaq üçün, bütün Ģənlik dəstəmiz üçün ―Marqarita‖ 

küpü alır. Dördüncü qədəhi boĢaltdıqdan sonra, bu qədər ―Marqarita‖ içmək 

– həm də Ģampan Ģərabından sonra – heç də yaxĢı ideya deyil. 

– Sonrası nə olacaq, Ana? – Xose səs-küydə nəsə deməyə çalıĢır. 

– Keytlə Sietlə köçəcəyik. Valideynləri ona orada mənzil alıb. 

–  Tanrım,  insanlarda  pul  var  da...  Amma  sən  sərgimə  gələcəksən, 

deyilmi? 

– Əlbəttə, Xose, bunu necə yaddan çıxara bilərəm! – Gülümsəyirəm, 

o, belimdən yapıĢaraq məni qucaqlayır və özünə doğru çəkir. 

– Sənin gəliĢin mənim üçüm çox vacibdir, Ana, – deyə o, qulağıma 

pıçıldayır. – Yenə ―Marqarita‖ istəyirsən? 

– Xose Luis Rodriges, sən məni dəmləndirmək istəyirsən? Deyəsən, 

səndə alınır, – deyə hırıldayıram. – Yox, pivə içəcəm. Gedim küpü gətirim. 

– Yenə içmək istəyirsən, Ana! – Keyt qıĢqırır. 

Keyt at kimi içir və dəmlənmir. Bir əli ilə o, Levini qucaqlayır – kurs 

yoldaĢımızı  və  tələbə  qəzetindəki  fotoqrafımızı.  Levi  artıq  əhatəsindəki 

kütləvi əyyaĢlıq mənzərəsinin fotolarını çəkməkdən bezib, indi də gözlərini 

Keytdən çəkmir. Keytin əynində kiçik bretel və dar cins Ģalvar var, ayağında 




 

 

 



67 

www.vivo-book.com 

 

hündürdaban  çəkmələr.  Saçları  yuxarıdan  topa  halında  yığılıb,  yalnız  bir 



neçə  teli  üzünü  yüngülcə  örtür  –  Keyt  həmiĢəki  kimi  füsunkar  görünür. 

Mənsə... ümumiyyətlə, ked və futbol köynəklərini xoĢlayıram, bu günsə ən 

yaxĢı  cins  Ģalvarımı  geymiĢəm.  Xosenin  ağuĢundan  qoparaq  masa 

arxasından  dururam.  Aha!  BaĢım  fırlanır.  Stulun  belindən  tutmaq  lazım 

gəlir. Tekilalı kokteyli bu qədər içmək olmaz. 

Bara yaxınlaĢıb qərara gəlirəm ki, ayaqyoluna getmək lazımdır – nə 

qədər  ki  ayaq  üstə  dura  bilirəm.  Çox  düzgün  qərardır,  Ana.  Kütlənin 

arasından  dürtülürəm.  Əlbəttə  ki,  orda  növbə  yaranıb,  amma  dəhlizdə 

sakitlik  və  sərindir.  Burda  dayanıb  darıxmamaq  üçün  mobil  telefonu 

çıxarıram. Bax belə… sonuncu dəfə kimə zəng etmiĢəm, Xose? Bəs bu nə 

nömrədir? TanıĢ gəlmir. Hə! Qrey. Hırıldayıram. Yəqin, indi çox gecdir və 

zəngim  onu  yuxudan  oyadacaq.  Amma  bilməliyəm  axı  bu  kitabları  mənə 

niyə göndərib, üstəlik, o sirli məktubla. Əgər mənim ondan uzaq durmamı 

istəyirsə, qoy özü məni rahat buraxsın. 

SərxoĢ  gülüĢümü  güclə  saxlayaraq,  ―çağırıĢ‖  klaviĢini  basıram. 

Qrey, demək olar ki, dərhal zəngə cavab verir – ikinci çağırıĢda. 

–  AnasteyĢa?  –  Ona  zəng  edəcəyimi  gözləmirdi.  Amma  düzünü 

desək, özüm də bunu gözləmirdim. Sonradan bu dumanlanmıĢ beyinə gəlib 

çatır ki… axı o hardan bilir ki, bu mənəm? 

–  Mənə  niyə  kitab  göndərmisiniz?  –  Kəkələyə-kəkələyə  tələffüz 

edirəm. 

– AnasteyĢa, sənə nə olub? Özünü qəribə aparırsan. – O, açıq-aĢkar 

qayğılanır. 

– Mən yox, siz özünüzü qəribə aparırsınız! 

Bax  mən  belə  cəsarətliyəm,  həm  də  dörd  qədəh  ―Marqarita‖dan 

sonra! 


– AnasteyĢa, sərxoĢsan? 

– Sizə nə? 

– Sadəcə, maraqlıdır. Hardasan? 

– Barda. 




 

 

 



68 

www.vivo-book.com 

 

– Hansında? – deyəsən, o hirslənir. 



– Portlenddəki barda. 

– Evə necə gedib çıxacaqsan? 

– Birtəhər. – Söhbət istədiyim kimi alınmır. 

– Hansı barda? 

– Mənə niyə kitab göndərmisiniz, Kristian? 

–  AnasteyĢa,  hardasan?  Elə  bu  dəqiqə  de.  –  səsin  ahəngi  elə 

amiranədir  ki...  xalis  müstəbid.  Mən  Qreyi  səssiz  kino  dövrünün 

kinorejissoru kimi təsəvvürümə gətirirəm: dar bric geyimdə, əlində rupor, o 

birində də qamçı. Bu mənzərəyə gülməkdən fınxırıram. 

– Mənimçün narahat olmayın? – hırıldayıram. 

– Eləsə mənə kömək elə, sənin ananı! Hardasan? 

Kristian Qrey söyüĢ söyür! Yenidən hırıldayıram. 

– Portlenddə … Sietldən uzaqda. 

– Portlendin harasında? 

– Gecəniz xeyrə qalsın, Kristian. 

– Ana! 


Mən ―no‖ düyməsini basıram. Ha! Amma o, yenə də kitablar haqda 

mənə  heç  nə  demədi.  Heyif.  Missiya  yerinə  yetirilmədi.  Mən  tamamilə 

sərxoĢam,  nə  qədər  ki  növbədə  durmuĢam,  baĢım  elə  hey  gicəllənir.  Axı 

mən  özüm  içib  sərxoĢ  olmaq  istəyirdim.  Buna  nail  oldum.  Hərgah 

təkrarlamağa dəyməz. Vəssalam, növbəm çatdı. Kabinənin üzərindəki plakat 

təhlükəsiz seksin üstünlüklərini xatırladır. Doğrudanmı mən indicə Kristian 

Qreyə zəng vurmuĢdum? Cəsarətə bir bax!.. Telefonum  zəng çalır və mən 

qəfil zəngdən, az qala, yerimdən atılıram. 

– Allo, – deyə bərkdən böyürürəm telefonda. Zəngi gözləmirdim. 

–  Ġndi  dalınca  gələcəm,  –  deyir  o  və  telefonu  söndürür.  Yalnız 

Kristian Qrey bu cür ürküdücü və eyni zamanda, təmkinli danıĢa bilir. 

Lənət  Ģeytana!  Cins  Ģalvarı  yuxarı  çəkirəm.  Ürəyim  bərkdən 

döyünür. Ardımca gələcək? Yox əĢĢi! Ġndi də ürəyim bulanır … yox… Hər 

Ģey  yaxĢıdır.  Dayan.  O,  baĢımı  tovlayır.  Axı  mən  harda  olduğumu  ona 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə