Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə29/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   25   26   27   28   29   30   31   32   ...   160

 

 

 



94 

www.vivo-book.com 

 

– Qrey, – kəsik-kəsik deyir o. O, necə də kobuddur. 



– Mister Qrey, bu Uelçdir. Məndə sizə gərək olan informasiya var. – 

Dinamiklərdə qıcırtıdan mexaniki səs gəlir. 

– YaxĢı, onu elektron poçtuma atın. Nəsə əlavə etmək istərdiniz? 

– Yox, ser. 

Qrey  düyməni  basır,  danıĢıq  bitdi,  yenidən  musiqi  səslənir.  Nə 

―salam‖,  ―nə  sağ  ol‖.  YaxĢı  ki,  onun  yanında  iĢləmək  barədə  təklifi  qəbul 

eləmədim.  Bu  fikrin  özündən  belə  diksinirəm.  Öz  iĢçilərinə  qarĢı  o,  çox 

tələbkar və soyuqqanlıdır. 

Telefon zəngi yenidən musiqi sədalarını yarıda kəsir. 

– Qrey. 


– Məxfilik haqqında müqavilə poçtunuza göndərilib, mister Qrey. – 

Qadın səsi. 

– YaxĢı. BaĢqa heç nə yoxdur, Andrea? 

– XoĢ gününüz olsun, ser. 

Kristian sükandakı düyməni basaraq əlaqəni kəsir. Musiqi yenidən 

səslənməyə macal tapmamıĢ telefon zəngi səslənir. Ġlahi, yəni o, bütün günü 

bu sonsuz telefon zənglərinə cavab verməli olur? 

– Qrey, – deyir o. 

– Salam, Kristian. Hə, vəziyyət necədir? Onunla yatdınmı? 

–  Salam,  Eliot.  Telefon  danıĢığım  eĢidilir  və  mən  maĢında  tək 

deyiləm. – Kristian ah çəkir. 

– Yanındakı kimdir? 

– AnasteyĢa Stil. 

– Salam, Ana! 

―Ana!‖ 

– Sabahın xeyir, Eliot! 



– Sizin haqqınızda çox Ģeylər eĢitmiĢəm, – səsini alçaldaraq deyir o. 

– Keytin dediyi sözlərin heç birinə inanmayın. 

Eliot gülür. 



 

 

 



95 

www.vivo-book.com 

 

–  Mən  AnasteyĢanı  evə  çatdırım.  –  Kristian  vurğulu  Ģəkildə  adımı 



tam Ģəkildə tələffüz edir. – Səni də götürüm? 

– Hə, əlbəttə. 

– GörüĢərik. 

Yenidən musiqi səslənir. 

– Niyə mənə ―AnasteyĢa‖ deyə müraciət edirsən? 

– Çünki bu, sənin adındır. 

– Mənim ―Ana‖dan xoĢum gəlir. 

– Hələ də? – deyə o donquldanır. 

Biz, demək olar ki, evə çatmıĢıq. Nə tez! 

– AnasteyĢa, – tələsmədən Qrey tələffüz edir. Ona acıqlı halda nəzər 

yetirirəm,  amma  o,  buna  fikir  vermir.  –  Liftdə  baĢ  verən  Ģey  bir  daha 

təkrarlanmayacaq. Ġndi hər Ģey plan üzrə gedəcək. 

Mənzilimizin  astanasında  xatırlayıram  ki,  o,  mənim  harada 

yaĢadığımı heç soruĢmayıb. Ah, hə… axı o, mənə kitablar göndərmiĢdi və 

deməli,  ünvanımı  bilir.  Mobil  telefonları  izləmək  imkanı  olan  və  Ģəxsi 

helikopterə malik olan insan üçün ünvanı aydınlaĢdırmaq problem deyil. 

Niyə o, məni bir daha öpmək istəmir? Xətrimə dəyir və səbəb mənə 

aydın  deyil.  Qrey  kübarlıqla  maĢından  düĢür  və  mənimçün  qapı  açmağa 

tələsir. Əsl centlmen, liftdəki dəyərli anlar istisna olmaqla. Mən qızarıram, 

dodaqlarımızın  toxunuĢunu  xatırlayaraq  və  ani  olaraq  dərk  edirəm  ki,  ona 

toxuna  bilməmiĢəm.  Mən  barmaqlarımı  bu  çox  qəĢəng,  dağınıq  saçlara 

keçirmək  istəyirdim,  amma  əllərimi  tərpətmək  halında  belə  deyildim. 

Heyifsilənirəm xatırlayaraq. 

– Liftdəki xoĢuma gəldi, – maĢından düĢərkən astaca deyirəm. Sonra 

zəif tərzdə köks ötürüb düz giriĢ qapısına sarı yollanıram. 

Keyt  və  Eliot  yemək  masası  arxasında  oturublar.  On  dörd  min 

dollarlıq  kitablar  heç  yerdə  görünmür.  Di  yaxĢı.  Mənim  onlarla  bağlı  öz 

planlarım  var.  Keytin  simasında  qəribə  bir  təbəssüm  dolaĢır,  sanki  coĢqun 

gecədən sonra hələ də özünə gəlməyib. 



 

 

 



96 

www.vivo-book.com 

 

–  Salam,  Ana!  –  Keyt  yerindən  qopur  və  məni  qucaqlayır,  sonrasa 



yaxĢıca  nəzərdən  keçirməkdən  ötrü  uzadılmıĢ  əllər  məsafəsində  məni 

özündən  ayırır.  Üzünü  turĢudaraq  Qreyə  tərəf  çevrilir.  –  Sabahın  xeyir, 

Kristian, – deyir və onun səsinin ahəngində azca düĢmənçilik hiss olunur. 

– Miss Kavana, – deyə o sırf rəsmi tərzdə tələffüz edir. 

– Kristian, onun adı Keytdir, – deyə Eliot iĢə qarıĢır. 

–  Keyt.  –  Qrey  nəzakətlə  baĢıyla  təsdiqləyir  və  gülümsəyən,  hər 

ikimizi bağrına basmaq üçün yerindən qalxan Eliota acıqlı halda baxır. 

–  Salam,  Ana.  –  Onun  mavi  gözləri  sevinclə  parlayır  və  o,  ilk 

baxıĢdan  xoĢuma  gəlir.  O  Kristiana  heç  oxĢamır…  düzdür,  axı  onlar 

övladlığa götürülmüĢ uĢaqlardır. 

– Salam, Eliot, – deyə mən də gülümsəyir və dodağımı diĢləyirəm. 

– Eliot, getmək vaxtıdır, – Kristian təzyiqlə tələffüz edir. 

– Gəlirəm. 

O, Keytə sarı dönür, onu qucaqlayır və uzun-uzadı öpür. Vəssalam… 

yer  tapdılar  da.  Xəcalətdən  tər  tökərək  dayanmıĢam,  Kristian  isə  diqqətlə 

mənə  baxır.  Acıqlı  halda  gözlərini  qıyır.  Niyə  o,  məni  öpə  bilmir?  Eliot 

Keytdən qopmur, onu öpərkən elə əyilib ki, saçları az qala döĢəməyə dəyir. 

– Sağ ol, qızcığaz. 

Keyt  sadəcə  əriyir.  Əvvəllər  heç  vaxt  onu  bu  cür  görməmiĢəm: 

ağlıma  bu  sözlər  gəlir  –  ―sevimli‖  və  ―üzüyola‖.  Üzüyola  Keyt!  Bax  a! 

Eliot,  yəqin  ki,  əla....  Kristian  gözlərini  qapadır  və  donuq  ifadə  ilə  baxır, 

hərgah  deyəsən,  onunçün  bu  mənzərə  çox  xoĢdur.  O,  ―at  quyruğu‖ndan 

çıxmıĢ telimi qulağımın arxasına keçirir və bu toxunuĢdan nəfəsim tutulur. 

BaĢımı onun əlinə doğru azca əyirəm. Kristianın baxıĢında hərarət duyulur 

və  o,  barmağını  üst  dodağıma  toxundurur.  Damarlarımdakı  qan  cuĢa  gəlir. 

Və o dəqiqə də dayanır bu coĢqu – Qrey əlini götürür. 

–  Hələlik,  quzum,  –  deyə  o,  astaca  tələffüz  edir  və  mən 

təbəssümümü gizlədə bilmirəm – bu, ona heç bənzəməyən bir jest idi. Axı 

anlayıram,  bu  lağdır,  lakin  bu  müraciət  qəlbimin  dərinliyində  mənə  xoĢ 

gəlir. – Saat səkkizdə ardınca gələcəm. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə