163
www.vivo-book.com
olmaz axı. Hamam otağını ələk-vələk edirəm, amma yalnız daraq tapılır.
YaxĢı, bu da gedər. HəmiĢə olduğu kimi, yalnız bir variantım var – at
quyruğu. Əynimdəki paltar da dəhĢətlidir. Bəlkə həqiqətən Kristianın
təklifindən istifadə edim? TəhtəlĢüurum dodaqlarını ĢiĢirir və ―q‖ hərfi ilə
baĢlayan sözü tələffüz edir, amma mən ona əhəmiyyət vermirəm. Ġndi də
pencək. Bəxtə bax: qollar qalstukun izlərini görünməz edir. Mən güzgüdə
sonuncu dəfə özümə nəzər yetirirəm… normaldır. Ġndi qonaq otağına
keçmək olar.
– Bu da o. – Kristian taxtdan qalxır. Onun simasında zəriflik və
heyranlıq oxuyuram.
Onunla yanaĢı olan sarıĢın qadın min meqavatlıq təbəssüm saçır. O
da yerindən qalxır. Əynində zövqlü, dəvə yunu rəngində trikotaj paltar və
çalara uyğun ayaqqabı var. YaraĢıqlı və eleqant. Bir qədər xəcalət çəkirəm
görünüĢümə görə.
– Ana, bu, AnasteyĢa Stildir. АnasteyĢa, bu, Qreys Trevelyan
Qreydir.
Doktor Trevelyan-Qrey mənə əlini uzadır. Т… Trevelyan
deməkmiĢ?
– TanıĢlığımıza çox Ģadam, – nəzakətlə deyir o. Mənə elə gəlir ki,
onun səsində heyrət və müəyyən qədər də rahatlıq var. Ala gözlərin baxıĢı
hərarət saçır. Onun əlini sıxıram və cavab olaraq gülümsəməyə bilmirəm.
– Doktor Trevelyan-Qrey, – nəzakətlə deyirəm.
– Mənə ―Qreys‖ deyə müraciət edin, – qadın gülümsəyir və Kristian
üzünü turĢudur. – Hamı üçün mən doktor Trevelyanam, missis Qrey isə
qayınanamdır. – Qadın göz vurur. – Siz necə tanıĢ olmusunuz?
Qadın marağını gizlədə bilməyərək Kristiana baxır.
– АnasteyĢa yanıma tələbə qəzeti üçün müsahibə almağa gəlmiĢdi,
çünki növbəti həftədə onların kursuna diplom təqdim etməliydim.
Lənət Ģeytana! Bunu tamam unutmuĢam.
– Deməli, tezliklə buraxılıĢ mərasiminiz var? – deyə Qreys soruĢur.
– Hə.
164
www.vivo-book.com
Və elə bu vaxt telefonum zəng çalır. Yüzə-yüz Keytdir.
– Üzr istəyirəm.
Mətbəxə gedirəm və hətta nömrəyə baxmayıb telefona cavab
verirəm.
– Salam, Keyt.
– Ġlahi! Аna! – Lənət Ģeytana, Хоsedir. O, deyəsən, çox pəriĢandır. –
Hardasan? Səni görməliyəm, Cümə günü olanlara görə üzr istəməliyəm.
Niyə zənglərimə cavab vermirsən?
– Qulaq as, Хоse, indi danıĢmaq imkanım yoxdur, – həyəcanla ətrafa
nəzər yetirirəm. Kristian, anası ilə söhbəti kəsmədən məni diqqətlə izləyir.
– Hardasan? Keyt mənə düz-əməlli heç nə baĢa salmadı, – deyə
Xose sızıldayır.
– Sietldə.
– Sən orda neyləyirsən? Sən onunlasan?
– Mən sonra zəng vuraram. Ġndi danıĢaq imkanım yoxdur, – telefonu
söndürürəm və heç nə olmamıĢ kimi Kristian və anasının yanına qayıdıram.
Qreys oğluyla danıĢır:
–…Eliot zəng edib dedi ki, sən burdasan …səni iki həftədir ki,
görmürdüm, əzizim.
– O artıq qayıdıb? – deyə diqqətlə məni süzərək Kristian maraqlanır.
Onun siması sakitdir.
– DüĢünürdüm ki, bir yerdə nahar edəcəyik, amma görürəm ki, baĢqa
planların var. Onda mane olmayım.
Qadın krem rəngli uzun paltosunu götürür, ona tərəf çevrilir və
yanağını uzadır. Kristian nəvaziĢlə anasını öpür. Qadın ona toxunmur.
– Mən AnasteyĢanı geriyə, Portlendə aparmalıyam.
– Əlbəttə, əzizim. АnasteyĢa, tanıĢlığımıza çox Ģad oldum. Ümid
edirəm, bir daha görüĢəcəyik.
Qadın əlini mənə uzadır və onun gözləri parlayır.
Müəmma, hardansa Teylor peyda olur.
– Missis Qrey? – deyə o soruĢur.
165
www.vivo-book.com
– Sağ ol, Теylor.
Teylor qadınla birgə otaqdan çıxır və onu foyedəki ikiqat qapıdan
ötürür. Yəni Teylor bütün bu müddət ərzində burada idi? Bu qədər çox? Və
harda?
Kristian acıqlı halda mənə baxır.
– Zəng edən fotoqraf idi?
Lənət Ģeytana.
– Hə.
– Ona nə lazımdır?
– Sadəcə üzr istəmək istəyirdi … Cüməyə görə.
Kristian gözlərini döyür.
– Aydındır.
Yenidən Teylor peyda olur.
– Mister Qrey, Darfurda nəqllə bağlı problemlər yaranıb.
Kristian yüngülcə baĢıyla təsdiqləyir.
– Çarli Tanqo indi Sietldədir, Boinq-Filddə?
– Bəli, ser. – Teylor baĢını mənə tərəf tutaraq yelləyir. – Sabahınız
xeyir, miss Stil.
Cavab olaraq qərarsız gülümsəyirəm. O, çönüb otağı tərk edir.
– Teylor burada yaĢayır?
– Hə.
Kristianın səsinin ahəngi kəskinləĢir. Nə baĢ verir?
O, mətbəxə gedir, ―blekberri‖ni götürür və baĢa düĢdüyüm qədər
poçta baxır. Dodaqları kip qapanıb. Sonra kiminsə nömrəsini yığır.
– Ros, nə olub?
Mən nəhəng otağın ortasında dayanmıĢam – özümü hara dürtməyi
bilməyərək. Özümü dəhĢətli dərəcədə naqolay və yersiz hiss edirəm.
– Ekipajla risk edə bilmərəm. Yox, ləğv edin… havadan atarıq…
DanıĢdıq.
Kristian telefonu söndürür. Tələsik mənə baxaraq soyuq gözləriylə
kabinetə gedir və beĢ dəqiqə sonra geri qayıdır.
166
www.vivo-book.com
– Bu müqavilədir. Oxu, növbəti istirahət günlərində Ģərtləri müzakirə
edərik. Məncə, sən məsələni öyrənməlisən ki, səni nə gözlədiyini biləsən. –
О, bir saniyəlik susur. – Əgər razılaĢsan, əlbəttə, mən buna çox ümid
edirəm.
– Məsələni öyrənmək?
– Sən inanmazsan, internetdə bu mövzuya dair nə qədər Ģey tapmaq
olar, – deyə dodaqları qaçır.
Ġnternetdə! Mənim kompüterim yoxdur, Keyt heç vaxt məni öz
noutbukuna yaxın buraxmır, amma mən ―Kleytons‖da kompüterdən istifadə
edə bilmərəm bu cür ―əsərlər‖ üçün?
– Nə olub? – deyə bir qədər baĢını yana əyərək Kristian soruĢur.
– Mənim kompüterim yoxdur.
O, qalın kağızdan olan zərfi mənə uzadır.
– Məncə, sənə...…e-e, kompüter borc verə bilərəm. ġeyləri götür,
səni geriyə Portlendə – aparacam.
– Mən hələlik zəng edim, – Keytin səsini eĢitmək istəyirəm.
Kristian üzünü turĢudur.
– Fotoqrafa? – onun əngi sıxılır, baxıĢlarda qəzəb var. Heyrətlə
kirpiklərimi döyürəm. – Mən bölüĢməyi sevmirəm, miss Stil. Yadda
saxlayın, – mənə doğru buz kimi soyuq baxıĢlar atıb yenidən yataq otağına
gedir.
Lənət Ģeytana. Mən ancaq Keytə zəng etmək istəyirdim!.. Cəmi
yarım saat əvvəl seviĢdiyim xeyirxah, təmkinli, gülümsəyən insan hara yox
oldu?
– Hazırsan? – deyə Kristian qapı ağzında duraraq məndən soruĢur.
Mən qərarsız halda baĢımla təsdiqləyirəm. O, yenə də soyuqqanlı,
təmkinli və nəzakətlidir – tamaĢaçılara onun adi maskasını seyr etmək
imkanı verilib. Əlində dəri çanta var. Bu, onun nəyinə lazımdır? Bəlkə, o
Portlenddə qalmağı düĢünür? Elə bu zaman buraxılıĢ mərasimini
xatırlayıram. Hə, axı… o, ÇərĢənbə axĢamı orada olacaq. Qara dəri
pencəkdə Kristian milyarderə deyil, yoxsul rayondan olan oğlana, ekssentrik
Dostları ilə paylaş: |