20
www.vivo-book.com
2-ci fəsil
Ürəyim bərkdən döyünür. Lift birinci mərtəbəyə enir və mən cəld
liftin içindən çölə atılıram, elə qapılar açılan kimi... ayaqlarım yeridikcə bir-
birinə dolaĢır, lakin xoĢbəxtlikdən ayaq üstə qala bilirəm. Bircə burada,
tamamilə dübbədüz daĢ döĢəmədə yerə yıxılmaq çatıĢmırdı... Mən güllə
kimi geniĢ ĢüĢə qapılardan çıxıram və Sietlin canlandırıcı rütubətli havasına
baĢ vururam. BaĢımı qaldırıram, yağıĢın təravətli, soyuq damlaları üzümə
çilənir və itirilmiĢ ruhi tarazlığı bərpa eləməkdən ötrü dərindən nəfəs almağa
çalıĢıram.
Hələ heç bir kiĢi məni Kristian Qrey qədər məftun etməyib. Onda
xüsusi nə var ki? Zahiri görkəmi? Cazibə? Zənginliyi? Hakimiyyət? Yenə
də aydın deyil, mənə nə olub? YaxĢı ki, hər Ģey geridə qaldı. Mən
rahatlanaraq köks ötürürəm, polad sütuna söykənir, var gücümlə fikirlərimi
cəmləməyə çalıĢıram. BaĢımı yelləyirəm. Aman Tanrım, bu nə deməkdir!
Nəhayət, qəlbim sakitləĢir və mən yenidən rahat nəfəs ala bilirəm. Ġndi
maĢına tərəf getmək olar.
ġəhərdən çıxar-çıxmaz müsahibəni dönə-dönə beynimdə fırladıram.
Yöndəmsiz, səfeh qız! Görünür, mən hər Ģeyi uydurmuĢam, indisə narahat
21
www.vivo-book.com
oluram. Tutalım, o çox yaraĢıqlıdır, qərarlı, amiranə, özünə güvənəndir.
Eyni zamanda, kübar davranıĢına baxmayaraq, soyuq, təkəbbürlüdür. Lakin
bütün bunlara baĢqa tərəfdən də baxmaq olar. Kürəyimdən ürpənti keçir.
Hə, təkəbbürlüdür, amma bunun üçün onun əsasları var: belə gənc olsa da,
çox Ģeyə nail olub. O, axmaqları sevmir, onları kim sevir ki? Mən yenidən
Keyti acılayıram: onun tərcümeyi-halı haqda öncədən mənə heç nə demədi.
I-5 Ģosesində bu sual mənə rahatlıq vermir: insanı uğura nə sövq
edir? Qreyin bəzi cavabları tapmacaya oxĢayır. Sanki onlarda hansısa qapalı
məna var. Hələ sualları demirəm! Övladlığa götürülməni insandan necə
soruĢmaq olar? Hələ onun gey olub-olmamasını? Diksinirəm. Doğrudanmı
mən bunu ucadan demiĢəm? Hə, cəsarətə bax! Ġndi ədəbsizliyimdən əzab
çəkəcəyəm… Ketrin Kavanaya lənət!
Spidometrə baxıram: sürət normadan da azdır. Və mən bilirəm: bu,
iki nüfuzedici boz gözlərə və maĢını diqqətli idarə etmək barədə sərt
xəbərdarlığa görədir. Mən baĢımı silkələyir və anlayıram ki, Qrey özünü
yaĢından iki dəfə kiçik, lap uĢaq kimi aparır.
―Unut onu, Ana‖, – deyə özümü çəkindirirəm. Maraqlı sərgüzəĢt idi,
amma onu çək-çevir etməyə dəyməz. Hər Ģey artıq bitib. Onu heç vaxt
görməyəcəyəm. Bu fikirdən əhvalım o dəqiqə yaxĢılaĢır. MP3-pleyeri iĢə
salıram, səsi artırıram, kürsünün belinə yayxanıram və səs-küyün nəbzli
döyüntüsü ilə qaza basıram. I-5-ə giriĢdə görürəm ki, sürəti artırmıĢam,
çünki belə istəyirəm.
***
Biz Vankuverdə (VaĢinqton Ģtatı) yaĢayırıq, kiçik taunhaus
qəsəbəsində, universitet düĢərgəsindən çox da uzaq olmayan yerdə. Bəxtim
gətirib: Keytin valideynləri ona burada ev alıblar və kirayəyə görə məndən
gülməli məbləğdə haqq alır. Onun mənzili son dörd ildə evimiz olub. MaĢını
qapı ağzına sürərkən baĢa düĢürəm ki, ətraflı cavab almayınca Keyt
22
www.vivo-book.com
yaxamdan əl çəkməyəcək. YaxĢı ki, diktofon yazısı var. Ümid edirəm,
müsahibədən baĢqa ona əlavə heç nə haqda deməli olmayacağam.
– Ana! Qayıtmısan! – Keyt kitabla dolu qonaq otağında oturub. O,
aydındır ki, imtahanlara hazırlaĢırmıĢ, düzdür, əynində yenə də əvvəlki kimi
çəhrayı rəngli flanel, üstündə yaraĢıqlı dovĢan balalarının rəsmi olan pijama
var. Keyt onu yalnız kefsiz olanda geyinir: növbəti boyfrendlə ayrıldıqdan
sonra, xəstələndikdə, yaxud əhvalı pis olanda. O, yerindən atılaraq mənə
doğru gəlir və məni möhkəm qucaqlayır.
– Mən artıq həyəcanlanmağa baĢlamıĢdım. FikirləĢirdim ki, tez
qayıdacaqsan.
– Əgər müsahibənin uzandığını nəzərə alsaq, mən hələ tez gəlmiĢəm.
– Ana, çox sağ ol! Mən sənə ömrümün sonunadək minnətdaram.
DanıĢ görək, nə oldu? O necədir?
Hə! Suallar baĢladı!
Gəl indi buna cavab ver də. Nə deyə bilərəm ki?
– YaxĢı ki, hər Ģey bitdi və onunla bir daha görüĢmək lazım deyil.
Əgər düzünü desəm, mən ondan qorxuram, – çiyinlərimi çəkirəm. – Çox
inadkardır, hətta həyasızdır. Həm də cavan.
Keyt məsum baxıĢlarla mənə baxır. Mən üzümü turĢuduram.
– Özünü elə göstərmə ki, guya heç nə bilmirdin! Niyə mənə onun
tərcümeyi-halını verməmiĢdin? O, məni səfeh zənn elədi. Müsahibə aldığım
adam haqqında qətiyyən heç nə bilmirdim.
Keyt əli ilə ağzını yumur.
– Lənət Ģeytana! Ana, bağıĢla, mən bunu heç düĢünmədim.
Hirslənirəm.
– Qrey nəzakətlidir, ciddi və bir qədər rəsmiyyətçi, sanki yaĢından
çox-çox böyükdür. Heç vaxt deməzsən ki, yaĢı otuzdan azdır. Ümumiyyətlə,
onun neçə yaĢı var?
– Ġyirmi yeddi. Lənət Ģeytana, Ana, bağıĢla. Mən sənə onun
haqqında danıĢmalıydım.