16
www.vivo-book.com
– Yox, AnasteyĢa, gey deyiləm.
QaĢlar heyrətamiz dərəcədə yuxarı qalxıb, baxıĢlarda soyuq parıltı
var. Deyəsən, ona xoĢ deyil.
– Üzr istəyirəm, burda belə yazılıb.
Bütün bu müddət ərzində o, ilk dəfə məni adımla çağırdı. Ürəyim
bərkdən döyündü, yanaqlarım isə yenidən allandı. Mən yenidən sürüĢmüĢ
tellərimi qulağımın arxasına keçirməyə çalıĢıram.
O, baĢını yana əyir.
– Sualları özünüz yazmamısınız?
Yanaqlarımdan sanki qan axır. Bircə bu olmasın.
– E… yox. Keyt, yəni miss Kavana mənə siyahı verib.
– Onunla birgə tələbə qəzetində iĢləyirsiniz?
Lənət Ģeytana! Mənim tələbə qəzetinə heç bir aidiyyətim yoxdur. Bu,
onun ictimai iĢidir, mənim yox. Sifətim yanır.
– Yox, o, mənim otaq yoldaĢımdır.
Qrey fikirli halda çənəsini qaĢıyır, onun boz gözləri müĢtəri baxıĢı
ilə mənə zillənib.
– Özünüz bu müsahibəni boynunuza götürmüsünüz? – deyə halını
pozmadan soruĢur.
Dayanın, kim kimdən müsahibə götürür? Onun dağlayıcı baxıĢları
altında həqiqəti deməliyəm.
– Məndən xahiĢ ediblər. Keyt xəstələnib, – deyə, az qala,
pıçıldayıram.
– Onda məsələ aydındır.
Qapı döyülür, iki saylı sarıĢın içəri daxil olur.
– Üzr istəyirəm, mister Qrey, iki dəqiqədən sonra növbəti qonağınızı
qəbul etməlisiniz.
– Biz hələ söhbəti bitirməmiĢik, Andrea. Zəhmət olmasa, o görüĢü
təxirə salın.
17
www.vivo-book.com
Andrea qətiyyətsiz halda, görünür, nə edəcəyini bilməyərək ona
baxır. Qrey astaca ona tərəf çevrilir və qaĢlarını qaldırır. Andreanın yavaĢ-
yavaĢ sifəti allanır. Aman Tanrım, deməli, təkcə mən belə deyiləm.
– YaxĢı, mister Qrey, – deyə qadın donquldanır və çölə çıxır.
O, üzünü turĢudur və yenidən diqqəti mənə yönəldir.
– Hə, söhbətimiz nədə yarımçıq qalmıĢdı, miss Stil?
Aha, biz yenidən ―miss Stil‖ə qayıtdıq.
– Sizi iĢdən ayırmaq istəməzdim.
– Haqqınızda daha çox Ģey bilmək istərdim. Məncə, bu, ədalətli
istəkdir.
Onun boz gözlərində maraq hissi alovlanır. ĠĢə düĢdük də! Ona nə
lazımdır? O, əllərini kürsünün qoltuqaltılarına qoyur, barmaqlarını çənəsinin
altında cütləĢdirir. Onun ağzı məni dəhĢətli dərəcədə söhbətdən yayındırır.
Ağız suyumu uduram.
– Maraqlı heç nə yoxdur, – yenidən qızararaq deyirəm.
– Universitetdən sonra nə iĢlə məĢğul olmaq fikrindəsiniz?
Onun diqqətindən xəcalət çəkərək çiyinlərimi çəkirəm. ―Keytlə birgə
Sietlə köçərəm, ev taparam, iĢə düzələrəm‖, – bundan uzağa getməmiĢəm
niyyətlərimdə.
– Hələ qərara gəlməmiĢəm, mister Qrey. Əvvəlcə buraxılıĢ
imtahanlarını verməliyəm.
Ġndi mən məhz bununla məĢğul olmalıyam – imtahanlara
hazırlaĢmalıyam – geniĢ, təmiz ofisdə oturmalı deyiləm. Sizin nüfuzedici
baxıĢlarınız altında zülm çəkərək.
– Bizdə məzunlar üçün yaxĢı təcrübə proqramları var, – astaca deyir
Qrey və gözlərim kəlləmə çıxır. O, mənə iĢ təklif edir?
– YaxĢı, bunu nəzərə alaram, – deyə tamamilə özümü itirərək
donquldanıram, – hərgah məncə, sizə yaramıram.
Lənət Ģeytana! Sussaydım, bundan yaxĢı olardı.
– Niyə belə düĢünürsünüz?
18
www.vivo-book.com
O, sual dolu baxıĢlarla baĢını yana əyir, dodaqlarında təbəssümün
kölgəsi oynaĢır.
– Axı bu, açıq-aĢkardır.
Mən yöndəmsiz, əzik-üzük və qeyri-sarıĢınam.
– Məncə, yox.
Onun baxıĢları diqqətlidir, o heç də zarafat eləmir və qəfildən
qarnımın dərinliklərində əzələlərim bir-birinə dolaĢır. Mən baxıĢlarımı
kənara, bir-birinə calanmıĢ barmaqlarıma yönəldirəm. Nə baĢ verir? Getmək
vaxtıdır. Əlimi diktofona doğru uzadıram.
– Ġcazə versəniz, sizə burada hər Ģeyi göstərərəm, – deyə o, təklif
edir.
– Sizi iĢlərinizdən ayırmaq istəməzdim, mister Qrey, bundan baĢqa,
yolum da çox uzaqdır.
– Siz elə bu gün Vankuverə, universitetə qayıtmaq istəyirsiniz? – O
heyrətlənib və hətta həyəcanlanıb. Ürkək tərzdə pəncərəyə baxır, yağıĢ
damlaları ĢüĢəni döyür. – Ehtiyatla gedin, – sərt Ģəkildə deyir. Görən, ona nə
olub? – Ġstədiyiniz sualların hamısını verdinizmi?
– Hə, ser, – deyə diktofonu çantama dürtərək cavab verirəm. –
Müsahibəyə görə çox sağ olun, mister Qrey.
– Sizinlə tanıĢ olmaq çox xoĢ idi. – DəyiĢilməz olaraq nəzakətlidir.
Yerimdən qalxıram. Qrey də qalxır və əlini mənə uzadır.
– Tezliklə görüĢənədək, miss Stil.
Bu, xəbərdarlığa, yaxud təhdidə bənzəyir. Ayırd eləmək çətindir.
Mən üzümü turĢuduram. Niyə görüĢməliyik ki? Onun əlini sıxdıqda,
aramızda yenə də qəribə cərəyan hiss edirəm. Yəqin, mən çox
həyəcanlanmıĢam.
– Salamat qalın, mister Qrey.
Xalis atlet lütfkarlığı ilə o, qapıya yaxınlaĢır və onu açaraq mənə yol
verir.
19
www.vivo-book.com
– Gəlin mən sizə burdan çıxmaqda kömək edim, miss Stil. – Qrey
azca gülümsəyir. Görünür, onun kabinetində heç də xoĢ olmayan peyda
olma vəziyyətimə eyham vurur.
– Siz çox tədbirlisiniz, mister Qrey, – deyə diĢlərimi qıcayıram və
onun təbəssümü daha da geniĢlənir. ―Sizi əyləndirə bilməyimə Ģadam,
mister Qrey‖, – deyə fikrən onu çimdikləyirəm və qeyzlənərək foyeyə
çıxıram. Təəccüblü olsa da, o, mənimlə birgə çıxır. Andrea və Oliviya
baĢlarını qaldırır, onlar da təəccüb içindədir.
– Palto geyinmiĢdiniz? – deyə Qrey soruĢur.
– Hə.
Oliviya yerindən atılır və gödəkcəmi gətirir, amma mənə verməyə
imkan tapmır – Qrey onu götürür. O, geyinməkdə mənə kömək edir, məni
xəcalət təri basır, gödəkcəni əynimə keçirirəm. Bir anlığa Qrey əlini
çiyinlərimə qoyur. Nəfəsim daralır. Əgər mənim durumumu anlayırsa, bunu
heç nəylə bildirmir. Onun uzun Ģəhadət barmağı liftin çağırıĢ düyməsini
basır və biz dayanıb gözləyirik: mən – naqolaylıqdan əzab çəkərək, o –
tamamilə təmkinli. Nəhayət, liftin qapıları xilasa doğru yolun qapısını açır.
Burdan mümkün qədər tez çıxmaq gərəkdir. Çönüb görürəm ki, Qrey əlini
divara söykəyərək liftlə yanaĢı durub. O çox, çox yaraĢıqlıdır. Bu, məni
utandırır. O, nüfuzedici boz gözlərini məndən çəkmədən deyir:
– AnasteyĢa.
– Kristian, – deyə cavab verirəm.
XoĢbəxtlikdən qapılar bağlanır.
Dostları ilə paylaş: |