Menecmentin ilkin tarixi şərtləri
cəmiyyətində istehsalın sənayeləşməsinin daha da güclənməsi,
idarəetmənin spesifik formalarına və iri müəssisələrdə işçilər üzərində
nəzarətə ehtiyac duyurdu. Bu şəraitdə idarəetmə məhsuldar fəaliyyətin
xüsusiyyətlərini əldə etdi ki, ondan kənarda ictimai istehsal fəaliyyətinin
müəyyən dərəcədə ləğv edilməsi praktiki olaraq qeyri mümkündür.
Bu şəkildə ehtiyaclar müəssisədə vahid inzibati əsasda ödənilirdi.
Mülkiyyətin artırılması kapital qoyuluşunun həm üzvi həm də texniki
çətinləşməsi istehsal vasitəri sahiblərinin öz səlahiyyətlərinin bir
hissəsini idarəetmə heyətinin yüksək səviyyəli ixtisaslaşmış muzdlu
işçilərinə-menecerlərə verməyə başladılar. Sosial-iqtisadi proseslərin
təşkil edilməsi və idarə edilməsi sferasının peşəkarları kimi menecerlər
müəssisədə sahibkarın istəyinin bələdçisi və icraçısı kimi çıxış edirlər.
Belə ki, proseslərin gedişatında idarəetmə fəaliyyətinin ixtisaslaşması və
peşəkarlaşması nəticə etibarı ilə ayrıca bir funksiya şəklində kapitalist
mülkiyyətindən ayrılır.
Bazar iqtisadiyyatının meydana gəlməsi və təkmilləşdirilməsi
müəssisələri daha uğurla idarə etmək üçün daha yaxşı
məlumatlandırılmış yaradıcı idarəedicilərin fəaliyyətində bir zəruriyyətə
çevrildi. Müasir rəqabət və dəyişkən xarici mühitdə menecerlər
resurslardan daha yaxşı istifadə edilməsi sahəsində bilik sisteminin
daşıyıcılarıdırlar.
Biznes dünyasında bütövlükdə qərarların qəbul edilməsinin 2 əsas
tipi var:
1.
Bazar vasitəsilə;
2.
İerarxiya vasitəsilə.
Bazar vasitəsilə qərarların qəbul edilməsi daha effektlidir. Lakin
qərarların qəbul edilməsini ierarxiya vasitəsi də geniş yayılmışdır, öz
təbiətinə görə bazar metodu bürokratiyanın dağıdıcısıdır və buna görə də
hakimiyyət ierarxiyasına, qərarların qəbulunda bazar modelinin tətbiq
edilməsi vasitələrini axtarıb tapmaq lazımdır.
Tanınmış menecment tarixçisi D.Ren bazar iqtisadiyyatmın
fəaliyyəti ilə idarəetmənin kapitalist tipi arasında üzvi bağlılığı qeyd
edirdi. Bazar iqtisadiyyatının meydana gəlməsi və təkmilləşməsi
müəssisələrin daha yaxşı idarə edilməsi barədə yaxşı məlumatlandırılmış
yaradıcı idarəedicilərin həyatında ehtiyaca çevrildi.
Rəqabətlə, dəyişkən xarici mühitlə qarşı-qarşıya gələn
41
Menecmentin mərhələləri və elmi məktəbləri
menecerlər ehtiyatlann daha yaxşı istifadə edilməsi haqqında biliklər
sistemini təkmilləşdirdilər. İnsanlar öz şəxsi mənafeləri haqqında
düşünməyə və istənilən rasional inzibati sistemə uyğunlaşmağa
başladılar. Müasir menecmentin meydana gəlməsi qərarların qəbulunun
rasional üsullarına əsaslanır, «Müəssisələr artıq bir neçə şəxsin
şiltaqlığına uyğun işləyə bilmirdilər».
Beləliklə, istehsalın sənayecə təşkili ilə yanaşı bazar
münasibətlərinin inkişafını nəzərdə tutan formalaşmış yetkin bazara
menecmentin yaranmasının mühüm ilkin şərti kimi baxmaq lazımdır.
İstənilən idarəetmə - bu təkcə öz dövrünün idarəetməsi deyil, eyni
zamanda vaxt prosesinin idarə edilməsidir. B.Franklinin, məşhur
formulası < vaxt-pul» (1748-ci il) onilliklər ərzində təsərrüfatçılıq və
təşəbbüskarlığın devizinə çevrilmişdir.
Müasir menecment praktikasında aparıcı kompaniyaların vaxtın
idarə edilməsində istifadə etdikləri üsullar - istehsalatda, yeni məhsulun
işlənib hazırlanmasında, tətbiqində, satış həcmində - yeni rəqabət
üstünlüyünün mənbəyi kimi çıxış edir. Vaxtın səmərəli idarə edilməsi
aparıcı Yapon kompaniyalarına nəinki istehsal xərclərini aşağı salmağa,
eləcə də məhsulların geniş çeşidini təklif etməyə, daha çox bazar payının
ələ keçirilməsyə və öz məhsullarının texnoloji mükəmməlliyini
artırmağa imkan verdi. Qədim hərbi stretaji həqiqət hələ vaxtilə
Klauzcvis tərəfindən belə səslənirdi; «Müharibə nəzəriyyəsi həlledici
nöqtədə material vasitələri və üstünlükləri necə əldə etmək sualının
tədqiqatı ilə məşğul olur». Müasir iqtisadi şəraitdə eləcə də
təşkilati-iqtisadi münasibətlərdə məhz vaxtla uduş, əsas strateji
üstünlüyə çevrilir. Beləliklə, menecmentin əsas tarixi ilkin şərtləri
təsərrüfatçılığın bazar tipinin təşəkkül tapması istehsalın sənayecə
təşkilinin inkişafı, menecmentə vaxtın köməyi ilə keçiddən ibarətdir.
Kiçik Kold St.Corcun «İdarəçilik fikrinin tarixi» (The History of
Menegmant Thought) kitabının «İdarəçilik kontinuumu*» adlı
başlığında eramızdan 5000 il əvvəl menecmentin inkişafı mərhələləri
verilir. Həmin başlıqda Şumerlərin mixi yazıları kəşf etməsindən
başlayaraq psixologiya və insan davranışının idarəetmədə mühüm yer
tutmasına qədər XX əsrin 50-ci illərinədək olan bütün hadisələrin
qeydiyyatı aparılmışdır.
Kontinuum - latıncadan continuum - proses və hadisələrin arasıkəsilməzliyi,
fasiləsizliyi kimi tərcümə olunur 42
Menecmentin ilkin tarixi şərtləri
Cədvəl2.1
illər
Fərd və ya etnik qruplar
Menecmentin inkişafına verilən əsas tövhələr
1
2
3
Bizim erayadək
5000
Şumerlər (Sumerians)
Yazılış, faktların qeydiyyatı
4000
Misirlilər (Egyztians)
Planlaşdırma, təşkiletmə və nəzarətin zəruriliyinin
qəbul
edilməsi
2700
Misirlilər (Egyztians)
«Düzgün oyunun» zəruriliyinin qəbul edilməsi.
İnandırıcı müzakirələr «özünü rahat hiss et».
2600
Misirlilər (Egyztians)
İdarəetmənin dcsenüalizasiyası və təşkili
2000
Misirlilər (Egyztians'
Yazılı sorğuların zəruriliyinin qəbul edilməsi.
«Qərargahın» tövsiyyələrindən istifadə
1800
Ilammurapi
(Hammurabi)
Şahid və yazılı sənədlərin nəzarət üçün istifadə
olunması; minimal əmək haqqının müəyyən edilməsi;
məsuliyyətdən yayınmanın yolverilməzliyinin qəbul
edilməsi
1600
Misirlilər (Egyztians)
İuaroetmənin mərkəzləşdirilməsi və təşkili
1491
Yəhudilər (Hebrews)
Təşkilciiıiə konsepsiyası, skalyar prinsip, istisna
prinsipi
1100
Çinlilər (Chinese)
Təşkiletmənin
planlaşdırmanın,
rəhbərlik
və
nəzarətin zəruriliyinin qəbul edilməsi
600
Navuxodonsor
(Nebuchadnezzar)
İstehsala nəzarət və əmək haqqı vasitəsilə
stimullaşdırma
500
Mensius (Mencius)
Çinlilər (Chinese)
(Sun-Tszi)
Sistem və standartların zəruriliyinin qəbul edilməsi.
İxtisaslaşma
prinsipinin
qəbul
edilməsi.
Planlaşdırma, rəhbərlik və təşkiletmənin zəruriliyinin
qəbul edilməsi.
400
Sokrat (Socrates)
Menecmentin
universallığı
prinsipinin
formalaşdırılması
400
Ksenfont (Xenophon) Kir
(Cyrus)
Məharətin əsas forması kimi menecmentin qəbul
edilməsi. İnsanlar arasında əlaqənin, motivasiya
tədqiqatlarmın
aparılmasının,
materialların
işlənməsinin və planların tərtibinin zəruriliyinin
qəbul edilməsi.
350
Yunanlar (Greeks) Platon
(Plato)
Elmi metodlardan istifadə. Əmək metodlarının \ > iş
ahənginin öyrənilməsi. İxtisaslaşma prinsipir
formalaşdırılması
325
Böyük Aleksandr
(Alexandes the Great)
Qərargahın yaradılması
175
Kato (Cato)
İş siyahısının istifadəsi
50
Varron (Varro)
İş spesifikasından istifadə
Bizim era
20
isa Məsih (Jesus Christ)
Təkhakimiyyəllilİk. Qızıl qayda. İnsani münasibətlər
284
Diokletian
(Diocletian)
Səlahiyyətlərin ötürülməsi
43