Menecmet kollokvium 2 ad-kərimov Əfsun



Yüklə 74,91 Kb.
səhifə2/3
tarix26.04.2023
ölçüsü74,91 Kb.
#106988
1   2   3
MENECMET KOLLOKVİUM 2

Öz matrisinizi yaradın…
Öncəliklə məhsul və xidmətlərinizin bazar payı və böyümə faizlərini bilməyiniz lazımdır. Bazar böyümə nisbətlərinizi ölçərkən obyektiv olmalı, ən böyük rəqibləriniz ilə özünüzü müqayisə etməlisiniz.
Daha sonra isə dördə bölünmüş matrisi hazırlamalısınız. Bu matrisi onlayn şəkildə də çəkə bilərsiniz. Miro bu xidməti verən veb-saytlardan biridir.



• Ulduzlar (Stars)


Sürətli böyüyən sektorlarda yüksək bazar payına sahib bölmələrdir. Bazarın böyümə sürəti yüksək və şirkətin ən yaxın rəqiblərinə görə bazar payı da yüksək olduğu üçün şirkətə gəlirini bu işə (məhsul və ya xidmətin istehsalı) investisiya etməsi və bazardakı vəziyyətini gücləndirməsi tövsiyə olunur. Bu hissədə yer alan şirkətlər üçün böyümə strategiyası şəklində olacaqdır. Burada diqqət edilməli xüsusi bazardakı böyümə sürəti bir yerdən sonra azalacaq, belə bir vəziyyətdə ulduz inəyə çevriləcək və buna uyğun yeni strategiyalar yaradılacaqdır.
• Sağmal İnəklər (Cash Cows)
Əgər böyümə sürəti az və şirkətin bazar payı yüksəkdirsə bu iş böyük ehtimal şirkətə isti pul axımı ilə (cash flow) təmin etməkdədir. Bu sahənin “inək” olaraq adlandırılmasının əsas səbəbi də mütəmadi olaraq axın (süd) olmasından qaynaqlanmaqdadır. Bu bazarın həddindən çox böyüyəcəyi gözlənilir və buradan qazanılan pulların ulduzlara transfer edilməsi tövsiyə olunur. İnəklərin bazar payı müəyyən müddət sonra yeni rəqiblərin sektora daxil olması ilə birlikdə azalır və inək itə çevrilir.
• Sual işarəsi (Question marks)
Bazar payınız az və fəaliyyətdə olduğunuz bazar yüksək sürətlə böyüyürsə bu sahədə bəzi qeyri-müəyyənliklər və sual işarələrinin olması mümkündür. Bir çox şirkət üçün başlanğıc nöqtəsidir. Bu vəziyyətdə rəqabət çox şiddətli deyil. Bu zaman şirkətlər 2 mümkün seçimlə qarşılaşar:
Əgər, şirkət rəqibinə nəzərən bazar payını daha çox artıra bilərsə, bu qeyri-müəyyən iş ulduza çevrilərək uğurlu şirkət ola bilər. Amma bazardakı rəqiblər daha yaxşı üsullarla bazardan daha çox pay alarsa, qeyri-müəyyənlik “it“-ə çevrilər.
• İtlər (dogs)
Bazar böyümə sürətinin və şirkətin bazar payı azdırsa; bu hissədəki müəssisələr problemli yəni it olaraq adlandırılır. Bilindiyi kimi, böyümə sürətinin yüksək olmadığı bazarlarda rəqabət dərəcəsi olduqca şiddətli ikən, bu hissədə yer alan şirkətlərə gəlir az olduğu üçün satılması və ya bağlanması tövsiyə olunur
SAMSUNG ÜZRƏ BCG TƏHLİLİ
Ulduzlar – “Smartfonlar” : Galaxy smartfonları Samsung-un ulduz məhsuludur. Nisbi bazar payı və artım yüksəkdir. Samsung mənfəəti daha da artırmaq üçün bu yerə investisiya qoymalıdır.
Pul İnəkləri – Məişət texnikası : Samsung yüksək keyfiyyətli texnikası ilə tanınır və yüksək nisbi bazar payına malikdir. Tələb sabit olduğundan bunlar üçün bazar o qədər də böyümür. Beləliklə, burada skimming biznes strategiyası tətbiq edilməlidir: Samsung ağır sərmayələr qoymadan bu sahədən mümkün qədər çox qazanc əldə etməlidir.
Sual işarələri – “Ağıllı saatlar”: Samsung Smartwatches hazırda sual işarəsidir. Bazar payı aşağıdır, lakin bazar çox güclü şəkildə böyüyür. Samsung hücuma keçməyə və ya bazarı tərk etməyə qərar verməlidir. Burada bir təhqir məhsulu daha aşağı qiymətə satmaq və ya satışları artırmaq üçün marketinq tədbirlərinə başlamaq ola bilər.
İtlər – Printerlər: printerlər üçün nisbi bazar payı və bazar artımı aşağıdır. Adi printerlərin gələcəkdə daha vacib olacağı gözlənilmir. Məhz buna görə də Samsung burada artıq korporativ investisiya strategiyasının həyata keçirilməsini uğurla həyata keçirib və printer bölməsini HP-yə satıb
Muessisenin strateji planini qurun. missiya, vizyon beyanatini hazirlayin.
Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin konkretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüşdürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi və fəaliyyətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Başqa yanaşmaya görə, strateji planlaşdırma təşkilatın missiyasının həyata keçirilməsinə zəmin yaratmaq üçün nəzərdə tutulan spesifik strategiyaların işlənilməsi və reallaşdırılmasını təmin edən qərarların və fəaliyyətlərin məcmusudur. Strateji planlaşdırma anlayışı qloballaşmanın və nəticədə rəqabətin olduğu bütün sahələrdə əhəmiyyət qazanmışdır. Təəssüf ki, bir çox ölkələrdə strateji planlaşdırma böyük biznesin bir hissəsidir və əksər kiçik müəssisələrin strateji planı yoxdur. Strateji planlaşdırma gələcəyin qeyri-müəyyənliklərini minimuma endirmək və davamlı rəqabət üstünlüyü təmin etmək baxımından çox vacibdir.
Missiya nə deməkdir?
Missiya qurumun və ya təşkilatın yaranma səbəbi, məqsədini , əsas məsuliyyətlərini və kimlərə xidmət etməsini ifadə edir. Missiya vizyondan daha dəyərlidir. Çünki missiyası olmayan bir şirkətin vizyon dəyərlərinə sahib olması və ya nail olması mümkün deyil. Niyə yola çıxdığını bilməyən, yolda necə qalacağını müəyyən etməyən bir insanın vizyon sahibi olması inandırıcı deyil. Bu baxımdan əsas olan missiyadır.
Vizyon nə deməkdir?
Vizyon qurumun və ya təşkilatın gələcəkdə olmaq istədiyi mövqe və statusdur. Başqa sözlə vizyon gələcəyə aid görüntüdür. Vizyon reallıqlara əsaslanaraq, resursların düzgün qiymətləndirilməsi ilə realist perspektiv və fundamental dəyərlərlə birlikdə ortaya çıxan dəyərdir



Yüklə 74,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə