12
təlimlər yardımçım olmurdu. Böylə durumlar üçün
əslində heç bir təlim də lazım deyilmiş. Biz yavaş—
yavaş bir-birimizlə tanış olur və nə danışacağımızı
öyrənirdik. Biz ikimiz də həmyaş idik. Ancaq ərlik
məqamına yüksəlmək üçün mənə çox zaman lazım
olmadı.
•
Onu daha çox sevdiyimi etiraf etməliyəm. Hətta
oxulda sürəkli onu düşünürdüm. Düşünürdüm ki,
gecə tez gəlsə idi, yenə də bir yerdə olardıq. Ondan
ayrı qalmaq mənim üçün dözülməz idi. Genəldə
anlamsız sözlərimlə onun gecələr oyaq qalmasına
səbəb olurdum. Sosial işlərə meyllənməsə idim, ona
olan bu qədər aşırı bağlılığım böyük ehtimala görə
məni xəstələndirəcək ya da erkən ölümə
sürükləyəcəkdi. Ancaq hər gün səhər erkəndən
etməm gərəkən bir sürü işlər olurdu. Bu işləri
başqasına buraxmaq istəmirdim. Bu amil məni bir
çox təhlükələrdən qoruya bildi. İnsanın özünü işə
həsr etməsi əxlaqi baxımdan çox öyrəticidir.
•
Öz bacarığımı göstərmək üçün heç bir özəl çaba
içinə girmirdim. Bir ödül aldığımda ya da mənə
burslu təhsil verildiyində heyrət edirdim. Ancaq
mənə verilən ödülləri çox dəyərləndirir, onu
şəxsiyətimin əxlaqi parçası etməyə çalışırdım. Bir
xəta etdiyim zaman gözlərim yaşla dolurdu. Bir
dəfə müəllim tərəfindən döyüldüyümü xatırlayıram.
Kötəyin ağrıları məni bir o qədər incitmirdi. Məni
incidən
o idi ki, nədən mən öz ödəvimi etməmişəm.
•
Orta oxulda oxuduğumda iki dostum var idi. Bu
dostluqlardan biri həyatımın müsibətlərindən biri
oldu. Bu dostumun islahı üçün çox çabaladım. Daha
sonra anladım ki, mən yanlış bir yöntəm
qullanmışam. Gerçək bir eyitici, eyitmək istədiyi
13
adamla çox yaxın ilişkidə bulunmamalıdır. Gerçək
dostluq
bir tür ruhi birlikdir ki,
bu dünyada ona rast
gəlmək çətindir. Yalnız ortaq karakterləri olanlarda
dostluq uzun sürə davam edə bilir. Dostlar bir-
birlərini etkilərlər. Bu üzdən də dostluqda eyitimə
imkan olmur.
Mən öz təcrübələrimdən böylə qərara
gəldim ki, özəl və çox yaxın ilişkilərdən çəkinmək
lazımdır. Çünkü insan kötülükləri dürüstlüklərdən
daha tez öyrənir. Tanrı ilə dost olmaq istəyən adam
ya yalnız qalmalıdır ya da bütün insanları
sevməlidir. Bəlkə mən yanılıram ancaq çox yaxın
dostluq bağları qurma çabalarımın hamısı uğursuz
olmuşdur.
•
Bu dostumun d
avranışları məni sehirli biçimdə
etkiləyirdi. O, uzaq məsafələri sürətlə qaça bilirdi.
Uzunluq və yüksəklik atılımında özəl məharəti var
idi.
Hər tür bədən tənbihinə dözürdü. O, bir çox
hallarda bütün bu hünərlərini mənim üzümə çəkirdi.
İnsan özündə olmayan üstünlükləri başqasında
görəndə genəldə şaşırıb qalar. Mən də bu dostumun
göstəriləri qarşısında heyrətimi gizlədə bilmirdim.
Bu heyrət məndə güclü şəkildə onun kimi olma
duyqusunu oluşdururdu. Mən nə qaça nə də atıla
bilirdim.
Sürəkli öz-özümə düşünürdüm ki, nədən
mən də onun kimi güclü olmamalıyam?
•
Mən çox qorxaq idim. Sürəkli oğrulardan,
ilanlardan və ruhlardan qorxardım. Gecə olduğunda
qapanmış qapını açıb dışarıya çıxmağa cürət edə
bilməzdim. Qaranlıqdan çox qorxurdum. Demək
olar ki, qaranlıqda qorxumdan yata bilməzdim.
Düşünürdüm ki, hava qaranlıqlaşdığında oğrular bir
yandan, ilanlar və ruhlar başqa yandan mənə