həqiqət olduqca qəliz, yüksək dərəcədə vasitələnmiĢ düĢüncələrin sonucudur və onlara vərdiĢ etmiĢ Ģüur üçün
bilavasitədirlər. Riyaziyyatçının və eləcə də hər bir təcrübəli alimin ağlında olduqca qəliz analizin sonucu olan qərarlar
bilavasitə vardır; hər bir savadlı insanın ağlında bir çox ümumi baxıĢlar və uzun sürən fikirlərlə və həyat təcrübəsi ilə
yaradılan prinsiplər bilavasitə olur. Biliyin müəyyən bir sahəsində, incəsənətdə, texnikada əldə etdiyimiz səriĢtə ondan
ibarətdir ki, bu cür biliklər və fəaliyyət növləri bizim Ģüurumuzda, eləcə də dıĢ fəaliyyətimizdə və hətta öz əzalarımızda
bilavasitə vardır. Bütün bu hallarda biliyin bilavasitəliliyi onun vasitəliliyini nəinki rədd etmir, hətta əksinə, onlar bir-
birinə elə bağlıdır ki, bilavasitə bilik vasitəli biliyin məhsulu və sonucu olur.
Qeyd. Bilavasitəliyin varlığının onun vasitələnməsilə bağlı olması da yetərincə hamıya bəllidir: rüĢeymlər, valideynlər
onların törətdiyi uĢaqlara münasibətdə bilavasitə, ilkin varlıqlardır. Ancaq ümumiyyətlə ailə, valideynlər bilavasitə
mövcud olmaqla yanaĢı, həm də doğulmuĢlar (vasitələnmiĢlər), uĢaqların varlıqları isə vasitələnmələrinə baxmayaraq,
həm də bilavasitədirlər, çünki onlar vardırlar. Mənim Berlində olmağım, mənim burada bilavasitə olmağım mənim bura
gəliĢimlə vasitələnmiĢdir və s.
§ 67
Allah, hüquq, mənəviyyat haqqında bilavasitə biliyə (burada əlbəttə,
həmçinin instinktlər, anadangəlmə ideyalar,
sağlam düĢüncə, təbii ağıl və i. a. da bilavasitə bilik adlandırılır) gəlincə, biliyin bu baĢlanğıcını Ģüur səviyyəsinə
çatdırmq üçün ona hər hansı forma verilməsindən asılı olmayaraq ümumi təcrübə göstərir ki, hökmən tərbiyə, inkiĢaf
tələb olunur (Platonun fəlsəfəsində xatirə anlayıĢı); xristianlığa qəbuletmə mərasimi sirrdir, orda xristianlıq tərbiyəsinin
tələbi də vardır. Deməli, din, mənəviyyat, inanc, bilavasitə bilik olsalar da, yenə də bütövlükdə inkiĢaf, tərbiyə,
təhsil
adlanan vasitələnmə ilə Ģərtlənir.
Qeyd. Həm anadangəlmə ideyaların tərəfdarları, həm də onların əleyhdarları bilavasitə biliyin müdafiəçiləri kimi eyni
bir əksliyin, yəni təbii ruhla bilavasitə və önəmli surətdə bağlı olan ümumi təriflər və bu təriflərlə dıĢarı və predmetlərin
və təsəvvürlərin verdiyi vasitələnmiĢ bağlantıda olan təriflər arasında əksliyin olduğunu müdafiə edirlər. Anadangəlmə
ideyalar təliminə qarĢı empirik etiraz irəli sürülürdü ki, əgər bu ideyalar mövcud olsaydı, onda bütün insanlar onları
anadngəlmə əldə etmiĢ olardılar, məsələn: Ģüurlarında ziddiyyət qanunu olardı, digər buna oxĢar qanunlarla birlikdə
anadangəlmə ideyalara aid edilən bu qanunu bilərdilər. Bu etirazı anlaĢılmazlığın bəhrəsi saymaq olar, çünki
anadangəlmə sayılan təriflər eyni zamanda artıq dərk edilmiĢ ideyalar və təsəvvürlər formasında olmaya da bilər. Ancaq
bilavasitə bilik baxıĢına qarĢı irəli sürülən bu etiraz tamamilə haqlıdır, çünki bilavasitə bilik haqqında təlim öz tərifləri
barədə qətiyyətlə bildirir ki, onlar Ģüurda olur. Əgər, məsələn, bilavasitə bilik təlimi dini inanc üçün xristian və ya dini
tərbiyənin də inkiĢafının zəruri olduğu ilə razılaĢırsa, onda bu onun tərəfindən ya zorakılıqdır (özünün inanc haqqında
çıxıĢlarında bu durumu rədd etməkdir), ya da anlamazlıqdır (tərbiyənin zəruri olduğunun qəbul edilməsinin
vasitələnmənin önəmliyinin təsdiq edilməsi demək olduğunu anlamamaqdır).
Əlavə. Platon fəlsəfəsində biz ideyaları xatırlayırıq deyilməsi, ideyaların öz-özünə insanlarda olması, onlara yad bir
Ģey kimi kənardan gəlmədiyi deməkdir (Sofistlər isə tamam bunun əksini iddia edirdilər). Ancaq idrakın bu cür
xatırlama kimi qavranılması insanda özündə olan bir Ģeyin inkiĢafını istisna etmir və bu inkiĢaf vasitələnmədən baĢqa
bir Ģey deyil. Dekartın və Ģotland filosoflarının irəli sürdükləri anadangəlmə ideyalarla da iĢ bu cürdür. Anadangəlmə
ideyalar da insanda yalnız özündə qabiliyyət kimi mövcuddur.
§ 68
Təcrübəyə aid olan məsələdə ona söykənirlər ki, təcrübi bilik bilavasitə biliklə bağlı olur. Bu bağlılıq öncə yalnız
dıĢarı, empirik bağlılıq kimi götürülsə də yenə empirik araĢdırma üçün önəmli və ondan ayrılmaz olaraq qalır, belə ki,
bu bağlılıq daimidir. Amma əgər biz bu bilavasitə biliyi özlüyündə allah və ilahilik haqqında bilik kimi gözdən keçirsək,
onda belə bilik, ümumiyyətlə, hissi, sonlu olan üzərində, habelə insan könlünün bilavasitə istəkləri, təbii meylləri
üzərində ucalan bir Ģey kimi, allaha və ilahiyə inanca yüksəlmə, çevrilmə və bu inancla bitən bir proses kimi xarakterizə