Giriş
10
anlayışları nəzərdən keçirilir, elmi işin hazırlanmasında tətbiq tapan
metodoloji üsullar haqqında məlumat verilir. Kitabda həmçinin elmi işin
başlanması üçün zəruri olan elmi problemlərin qnoseoloji analizi, tədqiqat
prosesinin məntiqi quruluşu, yaradıcılıq prosesinə tədqiqatçının şəxsi
münasibəti, alınmış nəticələrin tətbiqində müəllif hüquqlarının qorun-
masına dair məsələlər ətraflı izah edilir.
Kitabın ikinci hissəsi isə elmi işlərin praktiki tərtibi üçün vacib olan
addımları özündə cəmləyir (Fəsil 2–6). Mətni hazırlamağa başlamazdan
öncə ilkin olaraq işin məqsədi və onun hipotezi qoyulmalıdır. Bunlar işin
keyfiyyətli hazırlanmasına birbaşa təsir edən amillərdir. Ədəbiyyatlarla
tanış olmadan işin məqsədinin qoyulması çətin olsa da, ədəbiyyat axtarışı
və əldə olunan materialların emalı ondan sonra gələn bölmədə yer alır
(Fəsil 3 və 4). Burada növbəti fəsil üçün vacib olan biliklərin qazanılmasına
çalışılır.
Seçilmiş elmi metodlara uyğun olaraq, onun nəzəri və empirik
olmasından asılı olmayaraq, ədəbiyyatlardan toplanmış biliklər əsasında
işin əsas hissəsi hazırlanır. Kitabda, görüləcək işin hazırlanması üçün yalnız
ümumi göstərişlər verilsə də, tədqiqat strukturundan asılı olaraq hər bir
məqsədin xüsusi arqumentasiyası əsaslandırılır. Buraya qədər olan işlər
konseptual
xarakter daşıyır. Bundan sonra yazılma texnikasına riayət
etməklə elmi işin praktiki olaraq tərtibinə qədəm qoyulur (Fəsil 5). İlkin
olaraq yazma stilistikası və elmi dili digərlərindən fərqləndirən səciyyələr
göstərilir. Yazma zamanı əsas ağırlıq ideyaların strukturlaşdırılmasına və
onların ifadəsinin kəsilməz olmasına düşür. Qoyulmuş məsələnin həllində
tətbiq tapan, yad mənbələrdən olan biliklərin işdə düzgün istifadəsi və
mənbələrin göstərilməsi dəqiq izah edilir.
Hazırlanmış elmi işin prezentasiyasının təşkili və uğurlu müdafiəsi üçün
tövsiyyələr 6-cı fəsildə təsvir edilir.
Yazma prosesində etik qaydalara riayət olunması işin keyfiyyətinə təsir
edən əsas amillərdəndir. 7-ci fəsildə elmi cəmiyyətin etik qaydaları və onun
qorunması üçün göstərişlər yer alır.
Kitabın əsas hissəsini, elmi işlərin hazırlanmasında tətbiq tapmış yerli
və xarici ədəbiyyatların siyahısı tamamlayır.
Tədqiqat işlərinin fəlsəfəsi
11
1.
ELMİ
–
TƏDQİQAT İŞLƏRİNİN FƏLSƏFƏSİ
1.1. Cəmiyyətin inkişafında elmin rolu
Elm anlayışı, elmi biliklərin əldə olunması ilə bağlı olan yaradıcılıq
fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar,
elmi–tədqiqat işləri kimi təşkiledicilərdən ibarətdir. Elmlə məşğul olan
insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər
tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə,
elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin
ə
ldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan
qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların
aşkara çıxarılmasından ibarətdir.
Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək,
texniki proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində
insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar.
Çağdaş cəmiyyətdə biliklərin mövcud sahələrində elmi–tədqiqat işlərinin
aparılmasına, ətraf mühit haqqında daha çox məlumatın əldə edilməsinə,
maddi rifahın yüksəldiməsinə xidmət edən yeni texnologiyaların yaradıl-
masına daha çox fikir verilir.
Elmin əsas məqsədi həqiqətin nəzəri olaraq qanunauyğunluqlarla
təsvirindən ibarətdir. Elm yarandığı gündən bu tərəfə cəmiyyətin, düşün-
cənin və təbiətin bütün hadisələrinin mövcud tərəflərini aşkar etməyə
xidmət edib. Onun əsas məqsədi kimi aşağıdakıları göstərmək olar:
Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlan-
ması;
Faktların yığılması, analizi və ümumiləşdirilməsi;
Əldə olunan məlumatların sistemləşdirilməsi;
Hadisələrin və proseslərin səbəbinin izahı;
Hadisə və proseslərin proqnozlaşdırılması;
Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamətləndirilməsi.
Heç də istənilən biliyə „elmi bilik“ adını vermək olmaz. Məsələn, əgər
bilik yalnız sadə müşahidə yolu ilə aşkarlanıbsa, onda o hələ elmi bilik
deyil. Insanların həyatında böyük rol oynamağına baxmayaraq belə biliklər
Tədqiqat işlərinin fəlsəfəsi
12
müşahidə edilən hadisənin nədən və necə baş verdiyini izah etməyə, onun
axınını qabaqcadan deməyə imkan vermir. Elmi biliyin düzgünlüyü təkcə
onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki
sınağı ilə müəyyən olunur. Araşdırılan qanunauyğunluqlar elmi cəhətdən
sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir.
Avropada elmin vətəni Qədim Yunanıstan sayılır. Orada insanlar ilk
dəfə olaraq ətraf mühitin heç də onların hiss edərək anladıqları kimi
olmadığı qənaətinə gəliblər. Yunanlar ilk dəfə olaraq təbiət hadisələrinin
öyrənilməsində „hiss etməklə öyrənməkdən“ abstrak biliklərə keçərək
ə
trafda baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd
etmişlər.
Orta əsrlərdə elm teologiyanın təsiri altına düşür və onun inkişafı
ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər
sayəsində elm yenidən təkamül alaraq insanlarn gündəlik həyatında önəmli
rol oynamağa başlayır. XVII əsrdən başlayaraq Avropada elm bir ictimai
qurum kimi formalaşır: elmi cəmiyyətlər və akademiyalar yaranır, elmi
dərgilər çap olunur, „alim“ anlayışı geniş yayılır. XIX–XX əsrdə elmin
yeni təşkil forması meydana gəlir: elmi laboratoriyalar, institutlar və
mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu
dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi
dayağına çevrilir [1].
Fəlsəfə, elmin müxtəlif sahələri arasında vacib əlaqələndirici rol
oynayaraq dünyanın elmi təsvirini, eləcə də riyaziyyat, məntiq və
kibernetika kimi ayrı–ayrı elmi fənləri ümumiləşdirərək elm anlayışını
vahid üsullarla təchiz edir. Elmi, kompleks amillərin (nəzəriyyə,
metodologiya, tədqiqat metodikası və texnikası) əldə olunan nəticələrin
tətbiqindən ibarət sistem kimi təsəvvür etmək olar. Elmə əgər idrakın
obyekt və subyektin qarşılıqlı təsiri kimi baxsaq, onda görərik ki, burada
söhbət elmin konkret araşdırdığı obyektdən gedir. Məsələn, maliyyə-
ləşdirmə nəzəriyyəsinin obyekti maliyyələrin yaranma və inkişaf qanuna-
uyğunluqları, onların əsası, təyinatı və işləməsindən ibarətdir; subyekti isə
konkret maliyyə işçisi, mütəxəssis, tədqiqatçı, elmi təşkilat, elmi fəaliyyət,
reallığın qanunauyğunluqlarını aşkara çıxarmaq üçün tətbiq olunan
üsullardan ibarətdir.
Dostları ilə paylaş: |