29
hüquqi cəhətdən təkmilləşməsi üçün şərait yaratmış olur.
Ancaq, məqsədin nəticəsi cəmiyyət üçün o vaxt yararlı hesab
edilə bilər ki, o öz mahiyyəti etibarı ilə müsbət həqiqi əsaslara
malik olsun. Bu zaman həmin əxlaqi və hüquqi dəyərlər
məqsədəuyğun olur və onun həyata keçirilməsi vacib hesab
edilir. Yəni, həqiqətə çatmaq üçün, müəyyən mərhələli,
çoxtərəfli məqsədləri həyata keçirmək lazım gəlır.
İnsan öz davranışı ilə mahiyyətini, öz əxlaqi keyfiyyətini
və mənəvi simasını açıb göstərir. İnsanın mahiyyəti onun
işində, hərəkət və davranışında, işinin motivlərində müəyyən
edilir. Şəxsiyyətin qiymətləndirilməsi zamanı bütün bu vahid
əxlaqi və hüquqi motivlər əsas götürülməklə onun fərdi
keyfiyyətləri, arzu və istəkləri, şəxsi təşəbbüsləri, işinə
münasibəti, hazırlıq səviyyəsi, mənəvi siması, ailədə,
kollektivdə davranışı nəzərə alınmalıdır. Məsələn, hər hansı
şəxsin keyfiyyəti, davranışı
nəzərə alınmırsa və
xasiyyətnamədə bütün bunlar öz əksini tapmırsa, həmin şəxs
haqqında qeydlər birtərəfli qaydada əks olunmuş olar.
Əxlaqi qiymət siyasi, hüquqi, estetik qiymətlərlə
əlaqəlidir və bunlar bir-birinə uyğun şəkildə mühakimə
edilməlidir. Əxlaqi qiymətin hüquqi qiymətlə əlaqəsi bununla
müəyyən olunur ki, hüquqi qiymət həmişə əxlaqi əhəmiyyət
kəsb edir. Halbuki hər hansı əxlaqi qiymət hüquqi məna
daşımır. Hüquqi qiymət yalnız qanunla nəzərdə tutulan hərəkət
və davranışa verilir. Qanunla nəzərdə tutulmayan davranış və
hərəkətlər isə əxlaqi baxımdan qiymətləndirilir. Hüquqi qiymət
müvafiq olaraq səlahiyyətli müəssisələr və şəxslər tərəfindən
verilir və dövlət tərəfindən icbari şəkildə müdafiə olunur,
əxlaqi qiymət isə ayrı-ayrı şəxslərə öz kollektivləri tərəfindən
yazılı və şifahi şəkildə irəli sürülür və ictimai rəy vasitəsilə
möhkəmləndirilir.
15
Hüquqi və əxlaqi qiymət həm hərəkətin
15
S.Ş.Paşayev. Kommunist əxlaqının nəzəri məsələləri. “Maarif” nəşriyyatı.
Bakı, 1978, səh. 76-77.
30
özünü, həm də onun motivlərini eyni dərəcədə nəzərə alır.
Əxlaqi və hüquqi qiymət arasında mütləq sərhəd yoxdur.
Əxlaqi norma ilə qiymətlər hüquqi norma və qiymətlərə uyğun
gəlir. Məsələn, bütün ictimai təhlükəli əməllər həm əxlaqi, həm
də hüquqi nöqteyi nəzərdən qiymətləndirilir.
Hüquqi təfəkkür əxlaqi normalarla sıx əlaqədə inkişaf
edir. İnsanların sosial fəaliyyətinə, davranışına, hüquqi
fəaliyyətinə onların əxlaqı və mənəviyyatı ilə qiymət verilir.
Ona görə də cəmiyyətdə insanların hüquqi ideyaları eyni
zamanda onların mənəvi baxışlarında öz əksini tapır. Yəni,
hüquqi təfəkkürün fəaliyyəti əsasında qanunla ictimai təhlükəsi
olan hər bir əməl hər bir halda əxlaqi mənəvi əsaslarla pislənir.
Bütün hallarda hər bir törədilmiş əmələ mənəviyyatla bağlı
qiymət verilir. Mənəvi prinsiplərin hüquqi prinsiplərlə
müəyyən mənada birləşməsi hələ onların eyni mahiyyətə malik
olması demək deyildir. Belə ki, mənəviyyat ictimai həyatda
qənimətçiliyə, müftəxorluğa, şərəf və ləyaqətə qarşı olan hər
cür əməlin əleyhinədir. “Mənəviyyat insan davranışının ümumi
prinsiplərini formalaşdırır”
16
Hüquqi təfəkkür isə tamah və qənimətçilik motivləri
əsasında törədilmiş, şərəf və ləyaqətə qarşı yönəldilmiş sosial
təhlükəli əməllərə qiymət verir. Eyni zamanda məlum olduğu
kimi hüquqi təfəkkür insanların davranışlarını
qiymətləndirərkən məsələn, təqsir, qəsd, ehtiyatsızlıq, cinayət
kimi anlayışlardan istifadə etdiyi halda, mənəvi davranışı
müəyyən edən anlayışlar mənəvi təfəkkürə əsaslanan davranış
və əxlaqi faktlara əsaslanan xeyr, şər, borc və şərəfdən
ibarətdir.
Qanunverici orqan hüquqi təfəkkürə və iradə aktına
əsaslanaraq cinayət sayılan əməllərin dairəsini qanuna daxil
edir. Bu eyni zamanda hüquqi təfəkkürün qanunçuluq
16
Карпец И.И. «Уголовные права и этика. М., Юрид. литература»
1985, С. 96.
31
prinsipinin həyata keçirilməsi ilə bağlı dövlətin məcburiyyət
aparatının fəaliyyətinin tərkib hissəsidir.
Hüquq normasına hakim əxlaqi dəyərlərlə haqq
qazandırmalıdır. Qanun əxlaqi dəyərlərə nə qədər uyğun olarsa,
o qədər onun sosial mahiyyəti yüksək olar. Belə hüquqi
normaların təsiri altında pozitiv motivlər formalaşır.
N.D.Durmanov qeyd edir ki, qanunla ictimai təhlükə
törədən əməllər eyni zamanda qeyri əxlaqi əməllərdir. Ancaq,
müxtəlif əməllərin mənəvi baxımdan pislənilməsi heç də eyni
deyildir.
17
Qanunlarda baş vermiş əmələ görə verilən hüquqi
qiymətlə mənəvi-əxlaqi qiymət üst-üstə düşür. Ona görə də
hüquqi qadağa mənəvi baxımdan düzgün qiymətləndirildikdə
hüququn mühafizəedici funksiyasının təsiri altında
vətəndaşlarda arzu olunan davranış qaydalarının
formalaşmasına nail olmaq olur. Yəni insanların hüquqi şüuru
hüquq normasının məzmunu ilə həmrəylik nümayiş etdirdikdə
hüquqi şüur hüququn mühafizəedici funksiyasının hərəkət
mexanizminin həlledicisinə çevrilir. Elə bu səbəbə görə
qanunverici orqan əhali tərəfindən pislənilən əməllərin
kriminallığını qəbul etməlidir. Yəni əvvəlcədən insanların
hüquqi şüurunun motivləri nəzərə alınmalıdır.
Qanunla fərdi şüurda yaranmış obrazlar əsasında baş
verən ictimai təhlükəli əməl kriminal əməl hesab edilir.
Beləliklə, baş verən psixi prosesdə mənəvi şüur da iştirak edir.
Hüququn qadağanedici funksiyasının çəkindirici təsiri,
yəni xarici funksiyası, belə normaların cəmiyyət üzvlərinin
hüquqi şüurunda inikası ilə mümkündür. Qadağanedici
normanın məzmunu ilə fərdlərin hüquqi şüuru arasında rabitə
yarandığı zaman fərdlər ya norma ilə həmrəy olduqlarına görə,
yaxud da cəza hədəsinin təsiri altında öz davranışlarının
sərhədlərini müəyyən edirlər. Hüquq norması fərdlərə öz
təsirini hüquqi şüur vasitəsi ilə göstərə bilir. Beləliklə, hüquqi
17
Дурманов Н.Д. Понятие преступления. М., 1948. С.243.
Dostları ilə paylaş: |