26
etmişlər. Onların bir çoxu əxlaqın meyarını cəmiyyətdən
kənarda, əbədi varlığın təbiətində, bəziləri isə mənəviyyatın
obyektiv meyarını
əxlaqiliklə
əxlaqsızlıqda,
ədalətlə
ədalətsizlikdə, xeyrlə şərdə axtarmışlar.
Mülki məhkəmə idarəsinin prezidenti Q. Ştofer özünün
“Etik qiymətləndirmə bacarığı haqqında” əsərində qeyd edir ki,
mənəviyyatın obyektiv meyarı yoxdur. Praqmatistlər,
ekzistensialistlər kimi etik məsələləri obyektiv idealist
mövqedən təhlil edən digər nəzəriyyəçilər
əxlaqi
münasibətlərin obyektiv əsaslandırılmasını inkar edirlər. Onlar
belə hesab edirlər ki, insan əxlaqının meyarı onun dəyişməz
təbiəti ilə bağlıdır və bu dəyişməz əxlaq ümumbəşəri mahiyyət
kəsb edir.
Relyativizm cərəyanının nümayəndələri isə subyektiv
əsaslarla izah etməyə çalışırlar ki, əxlaqın meyarı şərti xarakter
daşıyır və əsassızdır. Bütün əxlaqi normalar yaxşıdır və əxlaq
sahəsində heç bir obyektivlik mövcud deyil. Hər bir şəxsin, hər
bir kollektivin öz əxlaqı vardır.
Yəni, hər bir şəxs, kollektiv, təbəqə müxtəlif əxlaqı
dəyərlər haqqında öz xüsusi fikrini əsaslandıra bilər. Belə
olduqda əxlaqın konkret obyektiv meyarı haqqında fikir
söyləmək olmaz. İngilis filosofu A. Ayenə görə, hər hansı
hərəkət digərindən heç nə ilə fərqlənmir. Bir-birinə zidd olan
iki hərəkətdən birini digərindən üstün tutmaq olmaz.
Hazırda Azərbaycan dövləti xalqın təhlükəsizliyi
uğrunda, başqa dövlətlərlə dinc yanaşı yaşamaq, işğal olunmuş
torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparır.
Bu ictimai- siyasi və hüquqi aspektdə, həm də əxlaqi aspektdə
aparılan mübarizədir. Xalqımız və dövlətimiz bu mübarizə
imkanlarını humanist əsaslarla həyata keçirməyi özünə borc
bilir.
Nəzərə almaq lazımdır ki, hər hansı bir tarixi şəxsiyyətlə
bütöv bir xalqın əxlaqını eyniləşdirmək olmaz. Bu cür şəxslər
əksər hallarda ictimai həyatın real tələblərinə uyğun olmayan
27
tələblər irəli sürdüklərinə görə məğlub duruma düşürlər.
Məsələn, Hitler mürtəce
xarakterli qeyri əxlaqi ideyasını
həyata keçirə bilmədi. Çünki, ancaq tarixi inkişafın obyektiv
tələblərinə uyğun olan, xalqının həyati mənafeyinə uyğun gələn
əxlaqi meyar həqiqi qəhrəmanlıq nümunəsi ola bilər.
Tarixi dövrlərə nəzər salsaq görərik ki, hər bir tarixi
dövrdə, ictimai inkişafın hər bir mərhələsində dövrün əxlaqi
tipinə uyğun əxlaqi meyar mövcud olmuşdur. F.Englesə görə,
üç əxlaq- feodal, burjua və proletar əxlaqi mövcuddur və hər
bir dövrün öz əxlaqi meyarı vardır. Tarixən mühitin dəyişməsi
ilə əxlaqın məzmunu və meyarı da dəyişir və inkişaf edir. Ona
görə tarixin qanunauyğun gedişinin müasir mərhələlərinin
əxlaqi tərəfini təşkil edən ideallarını və qiymət meyarlarını
götürməklə yanaşı ümumdünya tarixinin müasir vəziyyətinin
obyektiv məzmununu da elmi əsasda tədqiq etmək lazımdır.
Əxlaq və hüquq insan davranışı ilə bağlıdır. Burada
ictimai məsuliyyət və ictimai mənafe əxlaqi və hüquqi
dəyərlərin qiymətləndirilmə prosesində əsas rol oynayır.
Məsələn, ailə münasibətlərində əmələ gələn mübahisəli
məsələlər əksər hallarda əxlaqi və hüquqi cəhətdən
əsaslandırılmalıdır.
Bəzi tədqiqatçılar belə düşünürlər ki, yalnız ictimai
inkişaf qanunlarını bilən adamlar yüksək əxlaqi tələblər
əsasında hərəkət edə bilirlər. Cəmiyyətdə elə insanlar vardır ki,
onlar ictimai inkişaf qanunlarını bilməsələr də, öz davranışları
ilə başqalarına nümunə olurlar. Əxlaqi prinsiplər öz
mahiyyətinə görə bütün insanların sülh şəraitində yaşamasının
istiqamətlərini müəyyən edir və beynəlxalq, iqtisadi, siyasi,
mədəni və hüquqi əlaqələrin inkişaf etməsi üçün əsas şərt olur.
Determinizm, əxlaqi və hüququ müəyyənləşdirmədə
nisbi azadlığı qəbul edir. Əxlaqi seçmə azadlığı nə qədər geniş,
əhatəli olarsa, insan öz əxlaqında və davranışında o qədər
məsuliyyətli olar. A.S.Makapenkoya görə, kollektivdə
insanların yaxşı cəhətlərini görmək çətindir. Belə ki, bu yaxşı
28
cəhətlər gündəlik xırda mübarizə şəraitində və münaqişələrdə
görünməz olur.
13
Əxlaqa və hüquqa qiymət verərkən birinci növbədə
əxlaqi və hüquqi dəyərlərə əsaslanan cəhətlərə qiymət
verilməlidir. Burada obyektiv və subyektiv baxışlar nəzərə
alınmalıdır. Obyektivizmə görə, əxlaqi və hüquqi dəyərlər
insana faktlar, məlumatlar əsasında verilir, onun mahiyyəti isə
açılmamış qalır. Obyektivistlər əxlaqa və hüquqa, insan
davranışına, fəaliyyətinə öz mənafeləri baxımından qiymət
verir və öz şəxsi mənafelərinə toxunan hər şeyi ədalətsiz hal
kimi qiymətləndirirlər.
Beləliklə, əxlaqi və hüquqi məqsəd və onu əldə etmə
vasitələri təhlil edilməlidir. N.Q.Çernışevski qeyd edirdi ki,
yüksək əxlaqi məqsədlər üçün müvafiq vasitələr lazımdır.
Yaxşı məqsədə düzgün olmayan vasitələrlə nail olmaq
mümkün deyildir. Vasitə məqsədin xarakterinə uyğun
olmalıdır, ancaq belə olduqda vasitə ilə məqsədə çatmaq olar.
14
Məqsədi müəyyən etdikdən, onun istiqaməti aydın
olduqdan sonra mənəvi keyfiyyətlərdən və dünyanın yenidən
qurulması problemindən danışmaq olar. Məqsəd fəaliyyətin
əvvəlcədən lazım olan şərtidir. Məqsədin həyata keçirilməsi
üçün, əxlaqi və hüquqi məqsədin həqiqiliyini ictimai tərəqqinin
qanunauyğunluğunda axtarmaq lazım gəlir. İctimai tərəqqi
əxlaqi və hüquqi tərəqqi ilə paralel inkişaf edir. Əxlaqi tərəqqi
cəmiyyətin ictimai tarixi inkişafı nəticəsində baş verir və ona
görə də ədalətli cəmiyyət qurmaq vəzifəsinə xidmət edən
əxlaqi və hüquqi keyfiyyətlərə əxlaqi və hüquqi məqsədin
obyektiv meyarı kimi baxmaq olar.
Siyasi məqsəd, ictimai inkişaf əxlaqi və hüquqi tərəqqi
üçün istiqamətverici mayak rolunu oynayır. Yəni, mütərəqqi
ictimai əxlaqi və hüquqi məqsədlər cəmiyyətin əxlaqi və
13
N.Q.Çernışevski. Seçilmiş əsərləri, XIV cild, səh. 684.
14
A.S.Makarenko. Kommunist tərbiyəsi haqqında, Bakı, Azərnəşr, 1954,
səh.30.
Dostları ilə paylaş: |