Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə182/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   178   179   180   181   182   183   184   185   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

449



kum  olan  Züleyxa  (Köhnə  xəstəlik),  xəstəliyinə  görə  Anadoluya  sığınan 

Nəzmi  (Axşam  günəşi),  İstanbuldan  Milasa  sürgün  edilən  Kamal  Murad 

(Atəş gecəsi) Anadoluya olan yad münasibətlərini ilk başdan hiss etdirirlər, 

buranın mühitinə, insanlarına alışmaq onlara çətin gəlir. Ümumilikdə, Rəşat 

Nurinin qəhrəmanları İstanbulda doğulub böyümüş, bəziləri Avropa görmüş, 

bir-iki əcnəbi dil bilən, ancaq müəyyən səbəblər nəticəsində, məcburən Ana-

doluya üz tutan insanlardır. Anadolu sanki onların yaşamaq məcburiyyətində 

qaldıqları bir sürgün məkanıdır. Amma eyni zamanda Anadolu Rəşad Nurinin 

qəhrəmanları üçün bir sınaqdır, imtahandır, bu mühitin özünəməxsus çətinlikləri 

qarşısında sınmamaq, ayaqda qalmaq və möhkəm iradə nümayiş etdirmək. Ədib 

sanki qəsdən, şüurlu şəkildə öz qəhrəmanını şəhərbəşəhər, kəndbəkənd gəzdirir, 

müxtəlif  problemlərlə  qarşılaşdırır,  ağır  sınaqlar  qarşısında  qoyur  və  bununla 

qəhrəmanını yetkinləşdirir, mətinləşdirir, Belə durumlarda insan xarakterin-

də özünə bəlli olmayan cəhətlər kəşf edir, özünü dərk edə bilir, nə istədiyini 

anlaya bilir və müstəqil olaraq həyat yolunu seçir. Rəşad Nurinin ilk qələm 

təcrübəsi  1920-ci  ildə  yazdığı  “Gizli  əl”  romanı  olsa  da,  ona  ədəbi  şöhrət 

gətirən romanı 1922-ci ildə yazdığı “Çalı quşu” romanıdır. Bu roman  eyni 

zamanda  türk  ədəbiyyatında  Anadoluya  açılan  geniş  bir  pəncərədir,  çünki 

müəllif ilk dəfə olaraq bu əsərində Anadolu mühitini çox geniş şəkildə təsvir 

etmiş,  Anadolu  insanının  hərtərəfli  portretini  yaratmış,  Anadolunun  təbiəti 

ilə  insanın  ruh  aləmi,  psixoloji  vəziyyəti  arasında  maraqlı  bir  kontrast 

yaratmışdır. Tədqiqatçı Tanpınar “Reşat Nuri ve eserleri” başlıqlı yazısında 

“Çalı quşu”nun yazıçı üzərindəki təsirini bu sözlərlə ifadə etmişdir: “Rəşadın 

əsəri bu günümüzə bir yığın yalnış anlamanın arasından gəldi. Bu romanın 

qazandığı şöhrət xalqın bütün təbəqələrini sarmışdır və bizi onun sentimental 

havası  içində  görməyə  alışdırmışdır.  Doğrusunu  desək,  Rəşad  Nurinin  özü 

də  bu  ilk  şöhrətin  havasından  bə  birdən  birə  gələn  oxucu  kütləsinin  sevgi 

təzyiqindən tamamilə  qurtula bilmədi və  “Çalı  quşu”nu  romandan  romana, 

parça-parça  olsa  belə  davam  etdirdi  (2,  441).  Rəşad  Nuri  Güntəkin  böyük 

ustalıqla  qələmə  aldığı  “Çalıquşu”  romanı  ilə  özünün  ədəbi  taleyinin  pik 

zirvəsinə  çatmış  və  “bu  roman  demək  olar  ki,  ədəbi  taleyini  həll  etmişdir. 

Müəllif romanın qəhrəmanı Fəridəni - Çalıquşunu şəhər həyatından ayıraraq, 

Türkiyənin  ən  ucqar  kəndlərinə  qədər  qarış-qarış  gəzdirir,  müxtəlif 

təbəqələrə məxsus insanların riyakar və səmimi, bürokrat və xeyirxah, ağır 

güzəran  və  təmtəraqlı  həyat  sürən  insanlarla  qarşı-qarşıya  qoyur. 

Anadolunun  baxımsızlığı,  yoxsulluğu,  geriliyi,  yerli  əhalinin  inanclara 

bağlılığı  kimi  sosial  problemlərlə  iş  və  məslək  həyatına  yenicə  atılan 

Fəridənin sıxıntıları qarşılaşdırılır. Rəşad Nurinin öncə “İstanbul qızı” adı ilə 

dörd  pərdəlik  pyes  halında  olan  və  sonradan  romana  çevirdiyi  bu  əsərini 

yazmağında  məqsəd  bir  gənc  qızda  bir  az  təhsil,  bir  az  nəşə,  xəfiflik  və 

sərbəstliyin  elə  də  qorxulu  bir  şey  olmadığını  və  zamanı  gəlincə  həyatın 



Filologiya məsələləri, №4, 2017 

 

450



müşkül  vaxtlarında  özlərinin  ayaqları  üzərində  dayana  biləcəklərini  sübut 

etmək idi. Çünki həmin ərəfələr gənc qızlarda nəşə və sərbəstlik yaxşı əlamət 

sayılmazdı.  Rəşad  Nuri  Güntəkin  kövrək  qəlbli,  ürkək  baxışlı,  cılız,  təcrü-

bəsiz  bir  gənc  qızı  Fəridənin  obrazında  qəhrəmanlara  məxsus  ən  ali 

xüsusiyyətləri  cəmləyə  bilmişdir.  Əsər  boyu  Fəridə  işini  sevən,  maarifçi, 

məsuliyyətli bir müəllim, çətinliklərdən qorxmayaraq ən uzaq yerlərdə işlə-

məyə razı olan vətənpərvər-müəllim, insanlara qarşı mərhəmətli, şagirdlərinə 

qarşı  şəfqətli,  zərif  bir  ürəyə  sahib  olan,  sevgisi  yolunda  hər  cür  əzab-

əziyyətə  qatlaşan,  dilində  nifrət  etdiyini  söyləsə  də,  qəlbinin  dərinliyində 

Kamrana  olan  sevgisinə  sadiq  qalan  ləyaqətli  qadın  obrazı  kimi  qarşımıza 

çıxır.  Bu  obrazın  timsalında  Rəşad  Nuri  Türk  romanının  ən  ideal  qəh-

rəmanını yaratmışdır. 

“Həyatım boyu oxucu üçün tək sətir yazmadım. Çox böyük ehtimal ki, 

öz  zövqüm  üçün  yazdım  və  fikrimcə  romançı  insanın  iç-üzünü  görməyə, 

həyatın  iç-üzünü  ağlamağa  məcburdur”  (3,10).  R.N.Güntəkinin  romanlarında 

böyük bir həyat gerçəyi vardır. Nə dövrün çətinlikləri, ölüm və itkinlik qorxusu, 

ətraf  insanların  və  cəmiyyətin  basqısı  R.N.Güntəkin  qəhrəmanlarının  gözünü 

qorxutmağa, həyat amalına və mübarizəsinə maneçilik etməyə, onların qarşısını 

kəsməyə, “mən”ini sındırmağa qadir deyildir. Biz bu xarakterik xüsusiyyətləri 

ədibin  müəllim  obrazlarının  simasında  görürük.  Rəşad  Nuri  bəzi  romanlarını 

tamamən  təhsilə  və  Anadolunun  aydınlanmasına  həsr  etmişdir.  Cəmiyyətin 

təhsillə irəli gedəcəyinə inanan yazıçı, ideal müəllim obrazları yaradaraq milli 

ədəbiyyatın  düsturlarından  olan  “məktəbdən  məmləkətə”  şüarına  sadiq  qalır. 

“Çalı  quşu”  romanında  Fəridə,  “Yaşıl  gecə”  romanında  Əli  Şahin,  “Acımaq” 

romanında Zəhra, “Qan davası” romanında Ömər maarifçi-müəllim obrazlarıdır. 

Müxtəlif  zamanlarda  həm  müəllim,  həm  müdir,  həm  müfəttiş  vəzifələrində 

fəaliyyət göstərən Rəşad Nuri romanlarında müəllim obrazına bir başqa özəl 

yanaşmış,  müəllimliyi  uca  tutmuş,  müəllim  qəhrəmanlarını  sanki  ideallaş-

dırmışdır. Amma xarakter etibarilə, ədibə görə müəllim də bir insandır, onun 

da  müsbət  məziyyətləri  və  zəif  tərəfləri  vardır,  ailə,  çevrə  daxilində 

problemləri  vardır,  müəllim  də  sevər,  sevilər,  iztirab  çəkər,  nifrət  edər,  ya 

nifrət  edilər,  bacarıqlıdır,  ya  bacarıqsızdır,  həyatının  müəyyən  mərhələ-

lərində yüksələr, yaxud enmə nöqtəsini yaşayar, yəni bir insana məsləyindən 

öncə insan kimi yanaşmaq lazımdır. “Çalı quşu”nun qəhrəmanı Fəridə bütün 

sevimliliyi,  sağlam  xarakteri,  möhkəm  iradəsi,  sədaqəti,  eşq  və  duyğu 

zənginliyi ilə oxucuya təqdim edilir. Müəllif fərdi özəlliklərlə kifayətlənmir, 

həm  də  bir  müəllim  olaraq  qəhrəmanını  bizə  təqdim  edir.  Bir  tük  qızı 

təsadüflər  nəticəsində  də  olsa  ucqar  bir  Anadolu  kəndi  olan  Zeynilərdə 

müəllimlik edir və geriliyinş səfalətin, cəhalətin qaraltdığı ruhları öz ruhunun 

və  zəkasının  nuru  ilə  işıqlandırır.  Ədib  “Yaşıl  gecə”  romanının  qəhrəmanı 

Əli  Şahini-idealist  Cümhuriyyət  müəllimini  öz  istəyi  ilə  Anadolunun  bir 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə