Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə181/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   177   178   179   180   181   182   183   184   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

447



GÜNEL ZEYNALLI 

Sumqayıt Dövlət Universiteti 

gunelzeynalli@mail.ru 

 

TÜRK ROMANININ YENİ NƏFƏSİ RƏŞAD NURİ GÜNTƏKİN 



 

Açar sözlər: roman, yazıçı, qəhrəman, ictimailik, fərdilik 

Ключевые  слова:  роман,  писатель,  герой,  общественность,  инди-

видуальность 

Keywords: novel, writer, hero, publicizing, individuality 

 

Türk ədəbiyyatı bəlli bir dönəmə kimi nəsrdən çox nəzm ədəbiyyatı ol-



muş, roman janrı XIX əsrdə türk ədəbiyyatına daxil olana qədər onun yerini 

bir sıra digər təhkiyəli əsərlər tutmuşdur. Əski Türk ədəbiyyatında hekayə ən 

geniş  anlamı  ilə  konkret  bir  hadisənin  izahı  şəklində  düşünülmüş,  istər 

mənzum, istər mənsur olsun bir hadisəni anladan nağıl, əfsanə, lətifə, dastan 

və  s.  təhkiyə  əsasına  dayanan  bütün  əsərlər  ümumi  olaraq  hekayə  adı  ilə 

adlandırılmışdır.  Roman  Tənzimat  dövründə  ortaya  çıxmışdır  və  Tənzimat 

dövrünün Türk romanında etdiyi ən önəmli dəyişiklik ənənəvi köklərə bağlı 

Türk  təhkiyə  etmə  tərzinin  yanına  Avropa  tərzinə  uyğun  yeni  bir  roman 

anlayışı  gətirmiş  olmasıdır.  1861-ci  ildən  sonra  Türk  ədəbiyyatında 

Batılı(Qərbli)  roman  inkişaf  etməyə  başlayır.  XIX  əsrin  sonlarında  yazıb 

yaradan Əhməd Midhətin (“Yeniçərilər”), Namiq Kamalın (“İntibah”, “Cəz-

mi”),  Sami  Paşazadənin  (“Sərgüzəşt”,  “Kiçik  şeylər”),  Halid  Ziya  Uşaklı-

gilin  (“Mavi  və  Siyah”,  “Eşq-i  məmnu”,  “Nəmidə”)  romanlarında  Qərbi 

Avropa, xüsusilə də fransız ədəbiyyatının güclü təsiri hiss olunur. XX əsrin 

birinci  rübündə  Türkiyə  romanında  bir  boşluq,  yoxsulluq  hiss  olunur. 

İstanbulun  hüdudlarından  kənara  çıxaraq  xalq  həyatını,  mövcud  quruluşun 

törətdiyi ədalətsizlikləri əks etdirməyə sanki bir ehiyac yaranır. Düzdür, türk 

nəsrində  ilk  dəfə  olaraq  İstanbulun  sərhədlərindən  kənara  çıxıb,  Anadolu 

həyatından, orada yaşayan əhalinin ağır yaşayış tərzindən bəhs edən, hakim 

sinfin rəzilliyini ifşa edən Ömər Seyfəddin və Rəfiq Xalid olmuşdur, lakin 

onlar  hər  ikisi  hekayə  yazmışdır.  Bu  sahədə  ilk  uğurlu  addımı  Rəşad  Nuri 

Güntəkin  ataraq  1922-ci  ildə  yazdığı  “Çalı  quşu”  romanı  ilə  roman 

janrındakı  mövcud  boşluğu  doldurdu  və  Anadolu  həyatını  türk  romanına 

gətirdi.  Cümhuriyyət  dövrü  Türk  Milli  ədəbiyyatının  qurucularından  biri 

kimi qəbul edilən R.N.Güntəkin yazdığı silsilə romanlarla türk ədəbiyyatında 

silinməz  iz  buraxmışdır.  Müfəttişlik  vəzifəsindən  dolayı  Anadolunu  qarış-

qarış  gəzdiyi  üçün  Anadolu  insanını  yaxından  tanıya  bilmişdir.  Roman-

larında Anadoludakı həyatı və ictimai problemləri qələmə almış, insani insan 

və  mühit  münasibəti  içərisində  təsvir  etmişdir.  On  doqquz  roman  müəllifi 



Filologiya məsələləri, №4, 2017 

 

448



olan ədib əsərləri ilə türk ədəbiyyatında lirik-psixoloji üslubun inkişafında da 

misilsiz  rol  oynamışdır.  “Gizli  əl”  (1920),  “Çalı  quşu”  (1922),  “Damğa” 

(1924), “Dodaqdan qəlbə” (1925), “Axşam günəşi” (1926), “Bir qadın düş-

məni”  (1927),  “Yaşıl  gecə”  (1928),  “Acımaq”  (1928),  “Yarpaq  tökümü” 

(1930),  “Qızılcıq  dalları”  (1932),  “Göy  üzü”  (1935),  “Köhnə  xəstəlik” 

(1938),  “Atəş  gecəsi”  (1942),  “Dəyirman”  (1944),  “Miskinlər  təkkəsi” 

(1946),  “Xarabaların  çiçəyi”  (1953),  “Qovaq  yelləri”  (1961),  “Son  sığına-

caq”  (1961),  “Qan  davası”  (1962)  kimi  romanlarında  türk  ictimai-siyasi 

həyatının  bir  panoramasını  yaratmışdır,  mövcud  zəmanənin  bütün  çatışma-

mazlıqlarına bir növ güzgü tutmuşdur. Ədibin romanlarını mövzu baxımın-

dan  iki  qrupa  bölmək  olar:  1)  İctimai  məzmunlu  romanlar;  2)  Məhəbbət 

məzmunlu romanlar. Amma yazıçının hər hansı bir romanını sırf məhəbbət, 

yaxud  sırf  ictimai  məzmunlu  adlandırmaq,  fikrimcə  doğru  olmazdı,  çünki 

Rəşad Nuri bütün romanlarında dövrünün ən aktual məsələlərinə toxunmuş-

dur. Rəşad Nuri insanın daxili dünyasının ən gizli qatlarına baş vuran, onun 

hissi-psixoloji  yaşantılarını  çox  real  cizgilərlə  təqdim  edən  ədiblərdəndir. 

Romanlarında  əsas  konflikt  kimi  seçilmiş  fərd  və  cəmiyyət  qarşıdurması 

onun yaratdığı qəhrəmanların taleyini müəyyən edən amillər kimi səciyyələ-

nir. “Mən qəhrəmanlarımdan birini alıb onun ağzından anlatmağa daha çox 

üstünlük verirəm. Həm bu zaman süjet pozulmaz, əhvalatı anladan qəhrəman 

vəhdəti mühafizə edər. Sonra bunun bir yaxşı cəhəti də vardır; sən məsuliy-

yətin mühüm bir qismini üstündən silib atmış olursan. Adətən bir romançının 

yaratdığı  təsvir  oxucuya  soyuq  gələ  bilər,  bir  çox  oxucular  romançının  bir 

adamı  anladmasını  bəyənməyə  bilər.  Ancaq  romanı  qəhrəmanın  dilindən 

anladarsınızsa,  məsliyyətin  bir  qismi  sizdən  ziyadə  qəhrəmanın  vəzifəsinə 

çevrilər(1,18).  

Türk  ədəbiyyatının  davamlı  və  məhsuldar  yazıçılarından  biri  olan 

R.N.Güntəkin ilk romanlarını Birinci Dünya müharibəsi illərində yazmışdır. 

Yaşadığı dövrün insan mənzərələrini, sosial-psixoloji quruluşunu əsərlərində 

əks  etdirməyə  çalışmışdır.  Fəzilət,  təvazökarlıq,  paylaşma  prinsiplərini  ön 

plana  çıxararaq  Anadolu  insanına  öz  özünü  sevməyi  öyrətdi.  Əzilmiş,  geri 

qalmış,  cahil  kəndlini  ən  sevimli  halı  ilə  əsərlərinə  mövzu  etdi.  Rəşad 

Nurinin  bir  sıra  romanlarında  baş  qəhrəmanlar  ya  Anadoluya  sürgün 

olunmuş, ya da Anadoluda özünü sanki “sürgün” hiss edən şəkildə qarşımıza 

çıxır.  Yaşadığı  sevgi  acısını  unutmaq  məqsədi  ilə  Anadoluya  qaçan  Fəridə 

(Çalı  quşu),  İstanbulda  iş  tapa  bilmədiyi  üçün  Gəmlikdə  maliyyə  məmur-

luğuna məhkum olan Şərəf (Gizli əl), oğru damğası səbəbi ilə ancaq Anado-

luda  işləyə  bilən  İffət  (Damğa),  üzü  qüsurlu  olduğu  üçün  kütlədən  kənar-

laşan  Süleyman  (Xarabaların  çiçəyi),  şöhrəti  yavaş-yavaş  azalmağa  baş-

layanda doğub böyüdüyü yerlər üçün darıxmağa başlayan bəstəkar Hüseyn 

Kənan (Dodaqdan qəlbə), atasının məcburiyyəti ilə Anadolu həyatına məh-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə