Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə177/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   173   174   175   176   177   178   179   180   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

435



məqalə (4, 208) də dərc etdirmiş Sabir, göründüyü kimi, bu şəxsə dərin hörmət 

bəsləmişdir. 

İlk  dəfə  “Tazə  həyat”  qəzetində  (29  fevral  1908,  №  49)  Şamaxıdan 

yazılmış  müxbir  məktubunun  içərisində  çap  olunmuş  aşağıdakı  beytlə 

başlanan mərsiyəsi də yenə Sabirin Hacı Məcid əfəndinin vəfatı münasibətilə 

yazılmış mərsiyələrindəndir: 

Çünki vücudi-alim bir neməti-xudadır, 

Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır! (4, 67) 

Matəm  mərasimini  geniş  təsvir  edən  müxbir,  mərsiyədən  əvvəl  yazır: 

“Minlərcə  hazirun  əfəndi  həzrətlərinə  iqtida  edərək  namaza  şüru  olundu. 

Namaz  xitam  bulduqda  səflər  pozulmaqsızın  cəmaət  kəmali-aramiyyət  ilə 

durub,  püştbamda  növhə  (mərsiyə-F.Q.)  oxumağa  amadə  duran,  məşhur 

xoşavazlar Ağa Xəlil və Seyfullahın oxuyacaq olduqları növhəni gözləyirdilər. 

Bu əsnada müşarileyhlər həmahəng olaraq Ə.Sabir Tahirzadə cənabları, əfəndi 

mərhumun  vəfatı  münasibətincə  inşad  etdiyi  atiyəzzikr  növhəni  oxuyub 

haziruni ağlattılar...” (4, 266). 

Ey alimi-həqiqi, qaldıqca ad səndən

Olmazmı zikri-xeyrin dillərdə yad səndən, 

Çün yadigar qaldı bir ittihad səndən, 

İsmin Məcid olurkən məcdin də bərməladır! 

Sabir müsibətində dildadeyi-bəladır. (4, 67) 

Sabirin  məlum  mərsiyələri  içərisində  İslam,  millət  yolunda  bir  sıra 

mütərəqqi  addımlar  atmış  İran  şahı  Müzəffərdin  şahın  vəfatı  münasibətilə 

yazmış olduğu, 

Qərini-məğrifət qıl, ya ilahi

Müzəffərdin vəfalı padşahı! (4, 54) 

– beytilə başlanan mərsiyəsi də vardır. 

Xudavənda, kərima, girdigara, 

Onilə rəhmətinlə qıl müdara, 

Olurkən fövt, edib islamı ihya 

Səadət rütbəsin aldı kəmahi, 

Qərini-məğrifət qıl, ya ilahi, 

Müzəffərdin vəfalı padşahı! (4, 54) 

Sabirin  böyük  Azərbaycan  ziyalısı  və  pedaqoqu,  “Əkinçi”  qəzetinin 

naşiri  Həsənbəy  Zərdabinin  vəfatı  münasibətilə  yazdığı  və  ilk  dəfə  “İrşad” 

qəzetində (19 yanvar 1908, №9) nəşr olunan “Ənin” (inilti –F.Q.) adlı şeiri də 

onun mərsiyələrinə daxildir. Şair bu mərsiyəsində görkəmli maarif və ictimai 

fikir  xadimimiz  Həsənbəy  Zərdabinin  vəfatından  hədsiz  kədərləndiyini  açıq 

ifadə etmişdir: 

Uçdun, ey ruhi-pürfütuhi-Həsən! 

Uçuşun iztirari-təndənmi? 



Filologiya məsələləri, №4, 2017 

 

436



Qoca bülbül, niyə savuldun sən? 

Ya səfa bulmadın çəməndənmi? 

 

Ey həqiqi mücahidi-islam! 



Nəşri-irfanda etdiyincə dəvam –  

Səni alamə yaxdı, yoxsa əvam? 

Gedişin kəsrəti-mihəndənmi? 

 

Həsənim, şimdi qıl behiştə xüram, 



Onda Seyyid Əzimə söylə səlam: 

Key məhin-şairi-bədiikəlam 

Bir xəbər tutmasan vətəndənmi? 

 

Ürəfa məskəni olan Şirvan 



Cühəla xabgahidir əlan, 

Bizi iğfal edən bu nüktə həman 

Kəndimizdən deyil, zəməndənmi? (4, 65) 

Bu  misraların  da  misilsiz  şairimizin  o  böyük  və  incə  ürəyindən  gələn 

həzin, səmimi və təəssüflə dolu kədərli duyğular olduğu göz qabağındadır. 

Sovet dövrü bəzi tədqiqatçılarımızın onun mərsiyə yaradıcılığını 1903-

cü ilə qədərki dövrlə məhdudlaşdırmaq cəhdlərinin əksinə olaraq, göründüyü 

üzrə,  dahi  şairimiz  Mirzə  Ələkbər  Sabir  yaradıcılığının  bütün  dövrlərində 

qiymətli mərsiyə əsərləri yaratmışdır. 

 

Ədəbiyyat 



 

1.  Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993. 

2.  Həbib  Nəccar  Astaralı.  Məhəmməd  Peyğəmbərin  həyat  yolu  və 

mübarizəsi. Bakı, Gənclik, 1991, 152 s. 

3.  Qasımzadə Feyzulla. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 

1974, 488 s. 

4.  Sabir. Hophopnamə. 2 cilddə. II cild. Tərtib edəni Məmməd Məmmədov. 

Bakı, Şərq-Qərb, 2004, 384 s. 

5.  İslam (qısa məlumat kitabı). Bakı, Azərnəşr, 1983. 

6.  Dahilərin göz yaşı. Mərsiyələr. Bakı, Elm, 1990, 112 s. 

7.  Sabir xatirələrdə. Tərtib edəni Abbas Zamanov. Bakı, Gənclik, 1982, 160 s. 

 

 



 

 



Filologiya məsələləri, №4, 2017 

 

437



Фариз Гасымбейли  

Элегии Мирзы Алекпер Сабира 

 

Резюме 


 

В  статье,  дается  краткая  информация  не  привлекающейся  к 

фундаментальному  исследованию,  нуждающейся  в  серьезном 

разбирательстве азербайджанской литературы в области элегии (мярсия). 

Излагается,  что  трагическое  убийство  внука  исламского  пророка 

Мухаммеда  имама  Гусейна  и  его  соратников  в  680  году  в  пустыне 

Кербела  на  территории  Ирака  имеет  в  Исламе  особое  значение  для 

шиитов.  Указано  посвящение  многих  образцов  элегий,  созданных  в 

азербайджанской  литературе  этой  трагедии,  основанных  великими 

поэтами  Хатаи  и  Физули.  Доведено  до  внимания  известность  великого 

сатирика  Мирзы  Алекпер  Сабира,  как  мастера  жанров  элегии  и  газели 

конца  XIX  века  в  Шемаха,  который  в  месяце  Магеррам  часто  пригла-

шаясь в мечети читал свои элегии в траурных церемониях. Несмотря на 

внесенных  им  в  азербайджанскую  литературу  в  области  элегии 

многочисленных  произведений,  отмечается  известность  только  двух  его 

произведений,  посвященных  трагедии  Кербела.  Однако,  с  точки  зрения 

особенностей  мастерства  подчеркивается,  что  эти  две  элегии  являются 

наглядным  примером  его  многолетнего  опыта  в  этом  направлении.  В 

статье,  также,  систематизированы  и  проанализированы  образцы  элегий 

Сабира, сочиненные по случаю кончины священнослужителя шемахинс-

кой  губернии,  уважаемого  религиозного  деятеля  Эфендизаде  Гаджи 

Абдулмеджид  эфенди,  великого  азербайджанского  просветителя  и  педа-

гога,  издателя  газеты  «Экинчи»  Гасанбека  Зардаби,  иранского  шаха 

Музаффердин шаха.  

 

Fariz Gasimbayli  



Elegy works by Mirza Alakbar Sabir 

 

Summary 



 

Brief  information  about  Azerbaijan  elegy  literature  that  requires  a 

serious  investigation  but  not  involved  to  detailed  research  is  given  in  the 

article.  A  specific  importance  of  the  tragic  murder  of  Imam  Huseyn,  a 

grandson of Islamic Prophet Muhammad and his comrade-in-arms in 680 in 

the field of Kerbala in Iraq territory among Shiah in Islamic religion has been 

noted  in  the  article.  It  is  shown  that  a  great  number  of  elegy  works  in 

Azerbaijan literature have been devoted to this tragic murder and they were 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə