Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə174/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   170   171   172   173   174   175   176   177   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

427



tutdu  və  bununla  da,  nəinki  V.  Şekspir  soneti  unuduldu,  eyni  zamanda  onun 

pyesləri də dəbdən düşdü. İngilis şeirinin dahisi Fransadan gələn rassionalistik 

dramların tələbatlarına cavab vermirdi. 

 

Ədəbiyyat 



 

1. Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: Öndər, 2004, 736 s. 

2. Cəfərov Cəfər. Vilyam Şekspir. Bakı, 1964, 63s. 

3. Shakespeare W. 8 plays, Selected sonnets. New York, 1951, 741 p. 

4. A short life of Shakespeare with the sources. – Oxford: The Clarendon press, 

1965. – 260 p. 

5. Stewart J. I. M. Character and motive in Shakespeare. London, 1950, 144 p. 

6. Shakespeare W. The complete works. Oxford: Clarendon Press, 1988, 1050 

p. 

7. Shintri S. Woman in Shakespeare. Dharward: Karnatak University, 1977, 313 



p. 

8. Бартошевич А. В. Поэтика раннего Шекспира. Москва: ГИТИС, 1987, 

55 с. 

9. И. А. Дубашинский. Вильям Шекспир. Очерк творчества. Издательство 



«Просвещение», Москва, 1965, 344 с. 

10. Бадалбейли У. И. Шекспир в Азербайджане. Баку, 1993, 136 с. 

 

F. Babayeva 



The ideological content features of shakespeare’s sonnets 

 

Summary 



 

This  article  is  about  the  life  and the literary  activity  of  the  pre-eminent 

English poet, playwright and actor, William Shakespeare. Writer touch upon the 

crucial problems existing among the society and at the same time tried to find 

out the way how to settle those problems.

  

The themes of the matters were friendship, love, faith, description of the 



life of simple people. He is often called England's national poet and the "Bard of 

Avon".


 

His plays have been translated into every major living language and are 

performed more often than those of any other playwright. 

 

 



 

 

 



 


Filologiya məsələləri, №4, 2017 

 

428



 Ф. Бабаева 

Идейно-смысловые характеристики в сонетах шекспира 

 

Резюме 


 

Эта  статья  о  жизни  и  деятельности  известного  английского  поэта, 

драматурга  и  актера  Уильяма  Шекспира.  Писатель  постарался  найти  в 

своих произведениях пути решения проблем, затронувшись важные темы 

для общества.  

Основные  темы  его  произведений  любовь,  дружба,  верность  и 

описание  жизни  простого  народа  и.  т.  д.  Его  часто  называют  народном 

поэтом Англии и «Певцом Эйвона». Его произведения были переведены 

на  все  основные  языки  и  их  ставят  чаще  чем  произведения  других 

драматургов. 

 

Rəyçi: S. X Abdurahmanova  




Filologiya məsələləri, №4, 2017 

 

429



FARİZ QASIMBƏYLİ  

Azərbaycan Universitetinin dissertantı 

fariz.qasimbeyli@yandex.com 

 

MİRZƏ ƏLƏKBƏR SABİRİN MƏRSİYƏ ƏSƏRLƏRİ 



 

Açar sözlər: Mirzə Ələkbər Sabir, İslam, mərsiyə, Kərbəla. 

Key words: Mirza Alakbar Sabir, Islam, elegy, Kerbala. 

Ключевые слова: Мирза Алекбер Сабир, Ислам, элегия, Кербала. 

 

Mirzə Ələkbər Sabir Azərbaycan xalqının ədəbiyyat tarixində əlçatmaz 



zirvələrdən birini fəth etmiş əvəzsiz bir satirik şairdir. Onu həmin zirvəyə, ən 

başlıcası xalqının ürəyindəki əbədi məskənə ucaldan misilsiz satirik əsərləridir 

ki, bu əsərlərlə də böyük bir ədəbi məktəbin – Sabir ədəbi məktəbinin əsası 

qoyulmuşdur. O da məlumdur ki, Sabirin həmin satirik şeirləri onun, əsasən, 

1906-1911-ci illər yaradıcılıq dövrü məhsullarıdır. 

Bilindiyi  kimi,  Sabirin  Hophopnaməyə  daxil  edilən  və  elm  aləminə 

məlum olan əsərlərinin əksəriyyəti şairin 1903-1911-ci illər arasında qələmə 

aldığı  yaradıcılıq  nümunələridir.  Lakin  Sabirin  təxminən  30  illik  yaradıcılıq 

dövrü məhsullarının taleyi isə qaranlıqdır. 

Sabirin  həyatı  və  ədəbi  irsinin  bir  sıra  tədqiqatçıları  tərəfindən  də 

göstərildiyi kimi, şair həmin “30 illik yaradıcılığında”, əsasən, qəzəl, qəsidə və 

mərsiyələr qələmə almışdır. XIX əsrin sonlarında Sabir Şamaxıda mərsiyə və 

qəzəl ustası kimi tanınır, Məhərrəm ayında tez-tez məscidlərə dəvət olunaraq, 

təziyələrdə mərsiyələrindən oxuyardı (bax: 7, 44). Lakin çox təəssüf ki, Sabirin 

bu əsərləri indiyəcən əldə edilə bilməmişdir. Şübhəsiz ki, ölməz satirikin dini 

ruhlu  şeirlərinin,  mərsiyələrinin  axtarışı  onu  hər  vasitə  ilə  “ateist”,  “dinsiz”, 

“dinə qarşı mübarizə aparan” bir şair kimi qələmə verməyə çalışan sovet dövrü 

tədqiqatçılarımız  tərəfindən  heç  də  əhəmiyyətli,  vacib  məsələlərdən  hesab 

olunmurdu. Onun ilk nəşrlərdə dərc olunmuş bəzi dini şeirlərinin bir sıra sonrakı 

nəşrlərə daxil edilməməsi də buna əyani bir misaldır. 

Lakin  əldə  olunmamasına  baxmayaraq,  müasirlərinin  xatirat  və  məqa-

lələrindən  də  göründüyü  kimi,  Sabirin  yaradıcılığında  geniş  yer  tutan  şeir 

növlərindən  birini  məhz  mərsiyələr  təşkil  etmişdir.  Sabirin  Hophopnaməyə 

daxil  olan,  məlum  əsərləri  içərisində  də  bir  neçə  mərsiyəsi  mövcuddur. 

Bunları təhlilə keçməzdən əvvəl mərsiyələr, mərsiyə ədəbiyyatı haqqında bir 

qədər məlumat vermək istərdik. 

Məlum olduğu kimi, mərsiyələr ölümlə, matəmlə əlaqədar qəmli, kədərli 

əhvali-ruhiyyədə  yazılan,  müəyyən  konkret  ədəbi  forması  olmayan  poetik 

əsərlərdir.  Orta  əsrlərdə  şərqdə,  türklər,  o  cümlədən  Azərbaycan  türkləri 

arasında geniş yayılmış olan mərsiyələr çox vaxt qəsidə və məsnəvi şəklində 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə