Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə172/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   168   169   170   171   172   173   174   175   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

422



использовали  народную  литературу.  Одна  из  особенностей  суфийского 

стиха заключается в том, что он исполняется в музыкальном сопровож-

дении. Тюркские дервиши не оставались в кельях, общались с народом, 

обстоятельно  знакомились  с  его  духовной  жизнью.  В  XI-XIII  веках 

суфийская поэзия получила особое развитие. Тема Божественной любви 

была основной темой литературы того времени. Суфийская литература, 

начавшаяся в XI-XII веках с Ахмеда Ясави, была продолжена в XIII веке 

в Анатолии поэтом Божественной любви Юнусом Эмре. 

 

Nigar Ismailzada  



The place of divine love in development of the Turkish literature of the 

11

th



-13

th

 century 



 

Summary 


 

The  conversion  of  Turks  to  Islam  created  an  opportunity  for  them 

enter the circle of civilization, and therefore their understanding of religion, 

thought,  fine  art  and  literature  showed  important  changes.  At  the  same 

period Sufi scholars appeared in the Muslim world and a new genre of lodge 

(tekke)  literature  emerged.Through  this  way,  Turkish  Sufism,  which  in  its 

essence included characteristics of Islamic religion, started to develop as a 

special practice. Turkish Sufis helped the spread of Islam via this literature. 

As  a  result,  books  of  religious-mystical  tendency,  which  were  firstly  seen 

between 11th-13th centuries and became widespread soon afterwards had a 

unique place in Turkish civilization and literature.At the same time, mystical 

thought and believes began to to fulfil a special role. From the 11th century 

on,  Islamic  religion  and  civilization  influenced  and  improved  Turkish 

culture.  In order  to transfer  mystical  ideas  to  common  people,  Sufi  lodges 

used popular literature in a broad way. Sufi poetry was also read along with 

musical ryhmes. The Turkish dervishes did not only stay in lodges, but also 

had contacts with people and, thus, were closely aware of their spiritual life. 

Between 11th and 13th centuries the poetry of lodges reached to a high level 

in  society.  Divine  love  was  also  the  main  theme  of  literature  at  the  same 

period. The literature of Sufi lodges, which started with Ahmed Yasawi in 

the  11th-12th  centuries,  continued  in  the  13th  century  with  Yunus  Emre, 

who is known as the poet of divine love.  

 

Rəyçi :      Vasim Məmmədəliyev 



                           Akademik 

 

 




Filologiya məsələləri, №4, 2017 

 

423



FİRUZƏ BABAYEVA  

 Odlar Yurdu Universitetinin magistrantı 

 e-mail: babayeva.firuze1@gmail.com 

 

VİLYAM ŞEKSPİR SONETLƏRİNİN İDEYA MƏZMUN 



XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: ədəbi yaradıcılıq, vəzifə, dost, sonet, qanun 



Key words: literary activity, duty, friend, sonnet, law 

Ключевые  слова:  литературная  деятельность,  обязанность,  друг,  сонет, 

закон 

 

V. Şekspir 1564-cü il aprelin 23-ündə Stretford-upon-Eyvon şəhərciyində 



anadan  olmuşdur.  Vilyam  Şekspirin  atası  Con  Şekspir  (1531-1601)  idi.  O, 

Snitterfilddən olan Riçard Şekspirin – icarəçi fermerin oğlu idi. O, dəri işlərini, 

xüsusilə də əlcək tikməyi çox gözəl bacarırdı. C. Şekspir dəri və yun ticarətiylə 

məşğul olurdu. O, dəfələrlə bələdiyyə ofislərinə məhkəmə işçisi kimi vəzifəyə 

seçilmişdir.  Sonralar,  onun  var-dövləti  oğlunun  uğurundan  sonra  gözdən 

keçirilmişdir və o, ölümündən 5 il qabaq gerblə təltif olunmuşdur. 

Con  Şekspir  1551-ci  ildə  Stretford–upon-Eyvona  köçür  və  o,  burada 

uğurlu biznesmenə çevrilir. 1552-ci ildən 1592-ci ilə kimi olan rəsmi yazılar, 

onu əlcəktikən, əlcəktoxuyan kimi təqdim edirdi. Bu, onun ilk peşəsi olmasına 

baxmayaraq, yaşlı vaxlarında da o, məşhur əlcəktikən kimi tanınırdı. Onun bu 

ticarətdən əldə etdiyi gəlir adi şəhər tacirinin gəlirindən qat-qat üstün idi. 1561-

ci ildə atasından qalan miras Con Şekspiri daha da imkanlı edir və varlı fermerə 

çevirir.  O,  çoxlu  torpağa  sahib  olur.  Bəzi  məhkəmə  yazılarında,  onun  qeyri-

qanuni, sənədsiz yun alver etdiyi göstərilib.  

Bundan  əlavə,  o,  ev  alır  və  icarəyə  verirdi.  C.  Şekspir  sələmə  pul 

verdiyinə  və  qanunları  pozduğuna  görə,  iki  dəfə  həbs  edilmişdir.  O,  çox 

möhkəm  əqidəyə  malik  idi,  rəsmi  ingilis  inancını  qəbul  etmirdi,  amerikan 

kilsəsinə getmirdi və buna görə də, bir neçə dəfə böyük məbləğdə pul cərimələri 

ödəmişdir,  ancaq  məlum  deyil  ki,  o,  gizli  olaraq  katolik  və  ya  protestant  idi. 

Məlumdur ki, Con Şekspir nəinki təkcə özünə görə, hətta katolik və protestant 

olan dostlarına görə də, böyük məbləğdə cərimələr ödəmişdir. Belə ki, onlar da 

eyni səbəblərə görə, represiyalara məruz qalmışdırlar. 

 1556-cı ildə Con Şekspir pivə dequstatoru seçilir və Stretfordda yüksək 

mövqeyə  sahib  olur.  O,  bu  vəzifədə  çəkini,  ölçünü  təyin  edirdi.  Bütün  şəhər 

əhalisi  -  mehmanxanaçılar,  qəssablar,  çörəkçilər,  meyxanaçılar  tərəfindən 

qayda-qanunlara riayət olunurdu. 1558-ci ildə onu polis vəzifəsindən bir pillə 

aşağı  hesab  olunan  qalabəyi  vəzifəsinə  qoyurlar,  hansı  ki,  bu  şəxslər 

cinayətkarların axtarışı və cinayət işlərinin araşdırılması ilə məşğul olurdular və 




Filologiya məsələləri, №4, 2017 

 

424



onların  mühakimə  etmək  hüquqları  var  idi.  Onlar  özlərinin  xüsusi  ofislərində 

otururdular. 1559-cu ildə C. Şekspirin vəzifəsini biraz da qaldırırlar və o, ingilis 

qanunlarını pozanları cərimələmək və s. kimi səlahiyyətləri olan zabitə çevrilir. 

O, Stretfordda “yaxşı adam” kimi tanınırdı. 1564-cü ildə “Stretfordun Ümumi 

Zalı” nın üzvü seçilir və bu həmin il idi ki, Vilyam Şekspir anadan olur. 

1568-ci  ildə  Con  Şekspir  mayor  vəzifəsinə  yüksəlir  və  ona  “Usta  Con 

Şekspir”  deyə  xitab  olunur.  Onun  vəzifəsi  isə  Rekord  məhkəməsinin 

sessiyalarını keçirtmək və şura iclaslarını təşkil etmək idi. 

 Çox tarixçilər inanır ki, V. Şekspir atasının Londondakı ədəbi və iqtisadi 

uğurlarını yenidən qaytardı. Con Şekspir 1570-ci ilin sonlarından 1590-cı ilin 

əvvəllərinədək çətin günlər yaşadı. O artıq şura iclaslarında iştirak etmirdi və 

etdiyi davamiyyətsizliklərinə görə də vəzifədən uzaqlaşdırıldı. 1592-ci ildə kilsə 

xidmətlərindən istifadə etmədiyi üçün borclarına görə onu həbs etdilər. Rəsmi 

yazılar  göstərir  ki,  o,  1570-ci  illərdə  yun  ticarətində  etdiyi  qanunauy-

ğunsuzluqlara  və  sələmə  pul  verdiyinə  görə  məsuliyyətə  cəlb  olundu.  Bu 

qanunsuz ticarət onun əlcək biznesi üçün yüksək miqdarda gəlir gətirirdi. 1570-

ci  ildə  o,  220  £  dəyərində  olan  istiqrazların  hazırlanmasında  təqsirləndirildi. 

Onun bu maliyyə riskləri problemli biznes fəaliyyətinin bir hissəsi idi. 

 1570-ci ildə ildə o, Stretford şəhər həyatından uzaqlaşmağı qərara alır. O 

müflis  olur,  lakin  ümid  edirdi  ki,  nə  vaxtsa  yenidən  şəhər  həyatına  qayıdıb, 

maliyyə vəziyyətini bərpa edəcək. 

 Meri  Arden  Vilyam  Şekspirin  anası  olmuşdur.  O,  Robert  Ardenin 

(həmçinin, Con Şekspirin atası Riçard Şekspirin qardaşı qızı) qızı idi. Ardenlər 

ailəsi  hələ  Norman  işğalından  çox-çox  əvvəl,  Varvikşayədə  görkəmli  ailə 

olmuşdur. O, ailədə 8 qızdan ən kiçiyi və ən sevimlisi idi. Ona atasından ferma 

miras  qalmışdır,  hansı ki,  o  ferma  Vilmkotda  yerləşir  və  “Meri  Ardenin  evi” 

adlanır. Ardenlər ailəsinin bəzi üzvləri katolik dininə etiqad edirdilər. 

Meri atasının vəfatından sonra Snitterfild və Vilmkotdakı torpaqlara sahib 

oldu. Con Şekspirin atası Riçard Şekspir icarəçi fermer olduğundan, Meri Conu 

hələ  uşaqlıqdan  tanıyırdı.  Con  müxtəlif  heyvanları  otarır,  müxtəlif  torpaq 

sahələrində  işləyirdi.  Bu  torpaqların  çox  qismi  isə  Vilmkotlu  Robert  Ardenə 

(Merinin atasına) məxsus idi. 

 Con  ilk  əvvəllər,  atası  ilə  fermer  kimi  işləyirdi.  O  zamanlar  hələ  onlar 

Stretforda biznes üçün köçməmişdilər. Meri və Conun beləcə çoxlu görüşmək 

imkanları yaranırdı, lakin onların bu münasibətləri çox problemliydi. Con orta 

təbəqədən  fermer  idi,  ancaq  Meri  aristokrat  ailəsindən  idi.  Robertin  bu  sevgi 

əlaqəsini dəstəkləməsi şübhəli vəziyyət idi.  

Robert 1556-cı ildə vəfat etdi. Meri ilə Con yalnız yasdan bir il keçəndən 

sonra evlənə bilərdilər. Merinin atası öləndə onun 16 yaşı var idi. Meri 1557-ci 

ildə Conla ailə həyatı qurur. Merinin çox övladı olmasına baxmayaraq, onları 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə