Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə168/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   164   165   166   167   168   169   170   171   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

414



inkişafını davam etdirirdi. Eyni zamanda əsərlərdəki islami çalarlar türklərin 

dünyagörüşü və mədəniyyəti ilə zənginləşmişdi.  

Türklər Anadoluda yurd saldıqdan sonra həyat tərzləri də dəyişdi. İslam 

mədəniyytinə  daxil  olan  və  Anadoluda  yaşayan  türklər  hər  iki  mədəniyyəti 

sintez halına gətirdilər. Türk mədəniyyəti tarixi inkişafı baxımından Anadoluda 

müxtəlif inanclara bağlı olan təriqətləri meydana gətirmişdir. Anadolu sufiliyi 

islamiyyətdən  əvvəlki  inanc  sistemləri  və  sosial  həyatın  təsiri  ilə  qarışmış  və 

Anadoluya xas olan bir sintez yaratmışdır (6, 29). 

 Anadoluda  islamiyyət  dərvişlər  vasitəsilə  yayılmağa  başladı.  Bu 

dərvişlərin  çoxu  ozanların  və  şamanların  davamçısı  idi.  Onlar  keçmiş 

inanclarla  islamiyyəti  uzlaşdırmışdılar.  Təqribən,  bu  dövrdə  Türküstanda, 

Təbrizdə  “baba”  ünvanlı  türk  dərvişləri  də  var  idi.  Bunlara  XI  əsrin 

əvvəllərində  yaşamış  Əhməd  Yəsəvinin  ilk  mürşidi  olan  Arslan  Babanı, 

Baba Ferqanini və başqa şeyxləri misal göstərə bilərik. Lakin onların əsərləri 

bizim günümüzə qədər gəlib çatmamışdır (4, 69).  

Xoca Əhməd Yəsəvidən əvvəl IX-X yüzillərdə Buxarada, Fərqanədə 

türk  şeyxlərinin  mövcudluğu  məlumdur.  Məsələn,  məşhur  sufi  şairi  Əbu 

Səid  Əbül  Xeyrin  çox  hörmət  etdiyi  Məhəmməd  Məşuqla,  Əmir  Əli  Əbu 

Xalis türk idilər (9, 18).  

Beləliklə,  İslam  dininin  özəlliklərini  özündə  yaşadan  türk  sufizmi 

İslam  aləmində  xüsusi  hadisə  olaraq  və  mədəni  həyata  rəng  qataraq 

özünəməxsus tərzdə inkişaf etməyə başlamışdır.  

Anadoluda yeni mədəniyyət sintezi ilə meydana gələn türk ədəbiyyatı 

divan  ədəbiyyatı,  dini-təsəvvüfi  xalq  ədəbiyyatı  kimi  qollara  ayrılmasına 

baxmayaraq eyni mədəniyyət qaynaqlarından bəhrələnirdi. Bunlar Quran və 

hədislər,  peyğəmbər  mənbələri,  təsəvvüf,  şəhnamə,  ərəb,  fars  və  hind 

ədəbiyyatlarından keçən müxtəlif əsərlər və bunlara əlavə olan yerli və milli 

əsərlər idi. Bu ortaq nümunələrin ədəbiyyatda əks olunması Anadoluda yeni 

bir ədəbiyyatın doğmasına səbəb oldu.  

Türklərin  islamiyyəti  qəbul  etdikləri  IX  əsrdən  başlayaraq  davam 

edən ədəbiyyatlarında meydana gələn əsərlərin mövzusu əsasən dini xarakter 

daşımasıdır.  İslamı  qəbul  etdikdən  sonra  inkişaf  edən  ədəbiyyatın  bütün 

növlərinə islami dünya görüşü hakim olmuşdur. XI əsrdə islamiyyət demək 

olar ki, türk dünyasının böyük bir hissəsi tərəfindən qəbul edilmişdi. Yeni bir 

din  mədəniyyətinə  daxil  olan  türklər  bir  tərəfdən  islamdan  əvvəl  qalan 

düşüncə  tərzini  yeni  din  ilə  qaynaşdırmağa  çalışır,  digər  tərəfdən  də  islam 

mədəniyyətinin dərinliklərini öyrənirdilər. Hələ tüklərin islamı qəbul etməyə 

başladıqları zaman  ərzində  Mavəraünəhr  bölgəsində  dolaşan  zühd  cərəyanı 

çox keçmədən Türküstana daxil oldu və hicri III ərsdə bir məktəb yaradan 

zahid,  mütəsəvvüf  yetişdirən  Nişapur,  Hərat  və  Mərvdə  olduğu  kimi  türk 

şeyxlərinə rast gəlinməyə başlanmışdı.  



Filologiya məsələləri, №4, 2017 

 

415



Qısa  bir  müddət  ərzində  şəhər  mərkəzlərində  sürətlə  yayılan  və 

inkişaf edən təsəvvüf cərəyanı köçəri türklər arasında qəbul edildi. XI əsrdə 

Yusif Has Hacibin yazdığı “Kitabgu Bilig” əsəri ilə birlikdə ədəbi əsərlərini 

islami ruhda yazan türklər arasında XII əsrdə meydana çıxacaq böyük türk 

mütəsəvvüfü Əhməd Yəsəviyə təməl hazırlanırdı (6, 30-31).  

IX-X  əsrdən  etibarən  türklər  islami  mədəniyyət  ilə  maraqlanmağa 

başlamış və sosial - mədəni həyatlarını islam dini və təsəvvüf düşüncəsi ilə 

qurmağa  başlamışlar.  Təsəvvüfi  düşüncə  kainatın  və  Allahın  həqiqətini 

qəlbən  kəşf  edib  ruhən  idrak  etməyə  əsaslanır.  Təsəvvüf  vasitəsilə  insan 

kainat, Quran və sünnədəki ilahi sirləri anlaya bilir. Eyni zamanda təsəvvüf 

uca  Allaha  yönəlməkdir,  insanın  öz  varlığını  Haqqın  varlığında  yox 

etməkdir.  Təsəvvüf  mənəvi  hiss,  fikir  və  həyəcanları  müəyən  bir  üslub  və 

ədəb daxilində sətirlərə, misralara, yəni sözə də çevirmişdir, ədəbiyyatı daha 

da  zənginləşdirmişdir.  Təsəvvüfi  dərinlik  və  məzmun  ədəbiyyata  kamillik 

bəxş etmişdir.  

Türk təsəvvüf düşüncəsinin qayəsi təsəvvüflə bağlı düşüncələri xalqa 

yaymaq,  yaşadığı  mənəvi  zövqü  insanlara  izah  etmək,  xalqı  doğru  yola 

yönəltməkdir.  Mütəsəvvüf  şairlər təsəvvüfdə  böyük əhəmiyyətə malik olan 

vəhdət-i  vücud  anlayışına  əsaslanaraq  əsərlərini  yaratmışlar.  Bu, 

mütəsəvvüflərin  yaşadıqları  hissin  ədəbiyyatda  təcəssümüdür.  Mütəsəvvüf 

şairlər  ədəbiyyatı  İlahinin  təcəllisi  olaraq  qəbul  edərək  özünəməxsus  tərz 

inkişaf etdirmişlər. 

Türk  təsəvvüf  ədəbiyyatında  yaradılış,  Allahın  varlığı  və  birliyi, 

varlığın həqiqəti, Hz.Peyğəmbərə və səhabələrə duyulan sevgi, təriqət ədəb 

və ərkanı, ilahi eşq, vəcd, insana verilən dəyər, kamil insan təsviri, dünyanın 

faniliyi,  nəfsin  tərbiyəsi,  gözəl  əxlaq,  kəramət,  zikr  kimi  mövzular  onun 

əsasını təşkil edir (2,4).  

Türklər  arasında  təsəvvüfi  düşüncənin  yayılması  İslam  dininin 

yayılması  ilə  paralel  olaraq  inkişaf  etmişdir.  Həmin  dövrdən  etibarən 

mütəsəvvüflər  yetişməyə  başlamış  və  təkkə  ədəbiyyatının  əsası  qoyulmuş-

dur.  Beləliklə  də,  müxtəlif  adlarla  adlandırılacaq  “Təkkə  təsəvvüf  ədəbiy-

yatı”nın məhsulları İslam elminə və təsəvvüf anlayışına uyğun inkişaf edərək 

təkkələrdə  tətbiq  olunmağa  başlamışdır.  Təsəvvüf  və  təkkə  ədəbiyyatının 

yaranmasının kökündə təriqət ideyalarının poetik dillə düşüncələrə daha asan 

çatması, təsir etməsi durur. Böyük türk mütəsəvvüfləri İslamiyyəti məhz bu 

yolla millətin arasında yayırdılar.  

Təsəvvüf  şeirinin  başqa  bir  xüsusiyyəti  də  həmin  təriqətin  ruhunu 

təşkil edən musiqi və rəqsə əsaslanan səma ayinidir. Təsəvvüf ədəbiyyatının 

meydana gəlməsinə təkkələrdə icra edilən zikr, söhbətlər, səma ayini zəmin 

yaratmışdır.  Şeyx  və  təriqət  başçılarının  təkkələrdə  yaşadıqları  daxili 

vəziyyəti  (halı)  ədəbiyyatda  da  özünü  biruzə  vermişdir.  Onlar  yaşadıqları 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə