Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə176/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   172   173   174   175   176   177   178   179   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

432



məhərrəmin”  təzə  ayının  görsənməsini  “Nuh  tufanına  düçar  olmağa”, 

“dünyanın sonunun gəlməsinə” bənzətməklə orijinal ifadələrlə təsvir etmişdir. 

Şair,  bu  faciəni  neçə  əsrlər  bundan  əvvəl  deyil,  sanki,  bu  məhərrəm  ayında 

olacaqmış kimi təsvir etməkdədir: 

Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman! 

Yəsribü Məkkə sərvərin salma bəlayə ələman! 

Gərçi İraqə cəlb edir miri-hicazi kufiyan, 

Leyk bu yolda onların özgə xəyali görsənir! 

 

Getmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri, 



Çəkmə diyarı-qürbətə bu vətən aşinaləri, 

Düz deyil əhli-kufənin əhdləri, vəfaləri, 

Əhdşikəndir aqibət, gərçi vəfali görsənir! (4, 66) 

Şair  bu  mərsiyyədə  “açılacaq  olan  qəmli  səhərə”“açılma!”  –  deyə 

hayqırır,  kufəlilər  “Yəsribü  Məkkə  sərvərini”  İraqa  dəvət  etsələr  də  onların 

əhdləri, vəfaları düz deyil, nətcəsi vəfasızlıq olacaq! – deyə fəryad qoparır. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  “680-ci  ildə  xəlifə  Müaviyyənin 

vəfatından sonra İraqda əməvilərə müxalifət genişlənmişdi. Hüseyni özlərinin 

üçüncü  İmamı  kimi  tanıyan  Kufə  şiələri  onu  xəlifə  Yəzidə  qarşı  üsyana 

başçılıq  etmək  üçün  Kufəyə  dəvət  etmişdilər.  Kufəlilər  ona  geniş  yardım 

göstərəcəklərini vəd etmişdilər” (5, 124). Yuxarıdakı hər iki bəndin sonuncu 

beytlərində  həmin  məsələyə  işarə  edən  Sabirin  işlətdiyi  emosional  ifadələr 

onun  bu  faciəyə  bilavasitə  şəxsi  münasibətinin  də  bariz  təzahürüdür.  Bu 

mərsiyənin sonuncu bəndində daha aydın nəzərə çarpır:  

Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər, 

Cani-cəhani tutmadı atəşə, odlandı ciyər, 

Başla fəğanə barı, ey bülbülü-təbi-növhəgər, 

Sənlə bəlali Sabirin başı bəlali görsənir! (4, 66) 

Sabirin Kərbəla faciəsinə həsr olunmuş məlum ikinci mərsiyəsi, 1990-cı 

ildə  Azərbaycan  Elmlər  Akademiyası  Əlyazmalar  İnstitutu  tərəfindən  nəşr 

olunmuş “Dahilərin göz yaşı. Mərsiyələr” toplusuna daxil edilmiş

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə, 

Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə (6, 24) 

– beyti ilə başlanan mərsiyəsidir ki, şair bu mərsiyəni İmam Hüseynin 

özü ilə bərabər Kərbəla çölündə faciəli şəkildə şəhid edilmiş oğlu Əliəkbərə 

həsr  etmişdir.  Bu  beytdə  Sabir  Əliəkbərin  Yəzidin  qoşunu  tərəfindən 

vəhşicəsinə qətl edildikdən sonra, başı kəsilib nizə ucuna taxılaraq ailəsinin, 

anası Leylanın gözü qarşısında Şama – Yəzidə aparılmasını, sonrakı bəndlərdə 

isə Leylanın iniltili fəryadını təsirli ifadələrlə təsvir etmişdir: 

Gəldi şurə dedi: – Ey şəmi-şəbistanım oğul, 

Yetmədin kamı-muradə məhi-tabanım oğul, 



Filologiya məsələləri, №4, 2017 

 

433



Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul, 

Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə. (6, 24) 

“Bu özlərini “əhli-Quran” adlandıranlar sənə necə qılınc çəkdilər, onlar 

məhşərdə həzrəti-Zəhranın üzünə necə baxacaqlar” – deyə, ana fəryad qoparır: 

Qaşların tağı, oğul sureyi-Yasin oxuyur, 

Baxsa hər kim üzünə, ayeyi-Təhsin oxuyur, 

Əhli-Qurandu bular, cümləsi “Ta-sin” oxuyur, 

Necə çəkdilə qılınc, məzhəri-“Taha” üzünə. 

 

Dedilər: – Kimdu bu övrət bizi nalan eliyən, 



Yoxsa Leyladu bu Məcnun kimi əfqan eliyən, 

Səni, ey tazə cəvan, qanına qəltan eliyən

Necə məhşərdə baxar həzrəti-Zəhra üzünə? (6, 24) 

Əliəkbəri,  o  cümlədən  bütün  Kərbəla  şəhidlərini  qətl  edənlərə  böyük 

nifrətini,  qəzəbini  açıq  ifadə  edən  Sabir,  onları  İsa  peyğəmbəri  dara  çəkən 

yəhudilərə bənzədir: 

Arizin səfheyi-incili-Xudavəndi-vədud, 

Nizə başında başın, həm oxuyur sureyi-Hud, 

Deyəsən, nizə ayağında durub qövmi-yəxud, 

Darın üstündə baxırlar hamı İsa üzünə (6, 24). 

Sabir mərsiyənin sonunda, 

Sabira, hər il əza saxla Əliəkbərə sən

Kərbəladə gedib ağla o şəhi-davərə sən, 

Gəl qiyamətdə bu cəm ilə səfi-məhşərə sən, 

Qalma həsrət iki dünyadə bu Mövla üzünə (6, 24) 

– deyərək, Əliəkbərin timsalında, şiəlikdə xüsusi yerə malik olan İmam 

Hüseyn  və  digər  Kərbəla  şəhidlərinin  faciəvi  qətlinə  ürəkdən  yanan,  onlara 

dindar  bir  şiə  kimi  səmimiyyətlə  yas  tutan Sabir həm  öz  münasibətini  ifadə 

edir, həm də bu yolla xalqı onları hörmətlə yad etməyə, anmağa çağırır. 

Lakin  burada  bir  məsələni  də  vurğulamaq  yerinə  düşərdi  ki,  daim 

cəhalətə,  fanatizmə,  xurafata  qarşı  barışmaz  mübarizə  aparan  Sabir  fanatik, 

riyakar  mollaların  rəhbərliyi  altında  əvam,  nadan  camaatın  təziyələrdə 

şüursuz, cahil hərəkətlərini qəzəblə, nifrətlə qınamışdır: 

Oğru, əcamir doluşa məscidə, 

Zəng vura, toy çala, şaxsey gedə, 

Baş-qulağın qanına qəltan edə, 

Dinmə, danışma, bu da, yahu, keçər! 

 

Tüstü basa məscidi külxan ola, 



Tab eləmək xarici imkan ola, 

Mərsiyəmiz kizb ola, böhtan ola




Filologiya məsələləri, №4, 2017 

 

434



İncimə, qatdaş, bu da, yahu, keçər! (4, 9) 

Məhərrəmlik  təziyyələrində  “oğru”,  “əcamir”  və  s.  kimilərin  məscidə 

doluşaraq  “zəng  vurub”,  “şaxsey  getmələrini”,  baş  yardırmalarını,  məscid 

həyətində  tonqal  yandırıb,  məscidi  “külxan”  etmələrini,  yalan,  böhtan 

mərsiyələr oxunmasını Kərbəla şəhdlərini hörmətlə anma deyil, əksinə onların 

ruhuna  hörmətsizlik,  eyni  zamanda  İslamın  nüfuzuna  xələl  gətirmək  kimi 

qiymətləndirir,  müsəlmanların  şüur  səviyyəsinin  yüksəlməsi  ilə  bərabər,  bu 

əməllərin də aradan qalxacağına, “keçəcəyinə” inamını ifadə edirdi. 

Açıqfikirli,  ziyalı  bir  dindar  olan  Sabir  məhərrəmlik  təziyələrini 

təkyələrdə dini söhbətlər aparmaq, dəyərli mərsiyələr oxunaraq İmam Hüseyn 

və digər Kərbəla şəhidlərini hörmətlə anmaq şəklində görmək istəmişdir. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  müsəlman  aləmində,  eyni  zamanda, 

Azərbaycanda mərsiyəçilik məhərrəmlik təziyədarlığı ilə daha çox bağlı olsa 

da, ümumiyyətlə, mərsiyələr ölümlə, matəmlə əlaqədar qəmli, kədərli əhvali-

ruhhiyyədə yazılan əsərlərdir ki, bir sıra hörmətli şəxsiyyətlərin də vəfatı ilə 

bağlı ədəbiyyatımızda çoxlu sayda mərsiyə nümunələri mövcuddur. 

Sabirin  elmə  məlum  olan,  tanınmış  şəxsiyyətlərin  vəfatı  münasibətilə 

yazılmış bir neçə mərsiyəsi də Hophopnaməyə daxil edilmişdir. Onun  

Ey müsibətzədə dindaşlarım, etdikcə nəzər, 

Görürəm mən sizi bir başqa müsibətdə bu gün! (4, 68)  

– beytilə başlanan qəsidə şəklində yazılmış bu mərsiyəsiilk dəfə “İrşad” 

qəzetinin 8 mart 1908-ci il №29 nömrəsində çap olunmuş, Şamaxılı quberniya 

qazısı,  hörmətli  din  xadimi  Hacı  Əbdülməcid  əfəndi  Əfəndizadənin  (Hacı 

Məcid əfəndinin) vəfatına dair Abbas Səhhətin yazdığı məqalənin içərisində 

təqdim olunmuşdur. 21 fevral 1908-ci ildə vəfat etmiş Hacı Məcid Əfəndini 

“alimi-pak”  adlandıran  Sabir  onun  vəfatını  dərin  təəssüflə  müsibət  kimi 

qiymətləndirir: 

Hardasan, ey pədəri-mənəviyi-əhli-vətən? 

Vətən övladı yanır atəşi-firqətdə bu gün! 

Musəfa hörməti-zişəninə ya rəbbi-məcid, 

Ruhunu eylə duagu bizə cənnətdə bu gün! 

Müttəhid olmada tövfiqini qıl ümmətə bəxş, 

Hissi-milliyyət oyandır dili-millətdə bu gün!  

Yaşat aləmdə məhəbbətlə, üxüvvətlə bizi, 

Necə kim, ömr ediriz eyni-üxüvvətdə bu gün! 

Onun övladına, ixvaninə ver əcri-cəzil, 

Sabir et xiyşü təbarın bu müsibətdə bu gün! (4, 68) 

Hacı  Məcid  Əfəndiyə  “vətən  övladının  mənəvi  atası”  deyə  xitab  edən 

Sabir, onun artıq cənnətdə olan ruhundan xalqına duaçı olmağını arzulayır. 

Hacı  Məcid  əfəndinin  vəfatı  münasibətilə  “İrşad”  qəzetinin  həmin 

nömrəsində (8 mart 1908, № 29) “Mərhumül-məğfur Hacı Məcid əfəndi” adlı 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə