Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə173/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   169   170   171   172   173   174   175   176   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

425



erkən  yaşlarında  itirir.  Con  Şekspirin  və  Meri  Ardenin  birlikdə  nikahından  8 

övladı dünyaya gəlir. 

 Bu  izdivac  çoxlarını  heyrətləndirirdi,  çünki  Con  Şekspir  sadə  fermer, 

Meri isə artıq aristokratların mirasa sahib olmuş bir üzvü idi. Onları birləşdirən 

ortaq  cəhət  hər  iki  ailənin  katolik  dininə  inam  bəsləməsi  idi.  C.  Şekspir  çox 

şöhrətpərəst adam idi, bu özünü yalnız həyat yoldaşı seçimində deyil, zamanla 

onun  Stretfordun  ən  görkəmli  şəxsinə  çevrilməsində,  cəmiyyət  içində  yüksək 

mövqe qazanmasında da göstərdi. 

 Con  Şekspirin  cəmiyyətdə  birdən-birə  yüksəlişi  çox  heyranediciydi,  nə 

Con Şekspirin, nə də Merinin ali təhsili yox idi, onlar yazma, oxuma bilmirdilər. 

Meri imza çəkəndə qaçan atlar işarəsi qoyurdu. 

 Vilyam Şekspir sadə xalqın içərisində anadan olmuşdur. Stretford-upon-

Eyvon kiçik bazar şəhərciyi idi və Koventri şəhərindən sonra Henley-in Arden 

ilə biznes mərkəzlərindən biri hesab olunurdu. 

O, 1590-cı ildə ilk əsərini yazmaqla bədii yaradıcılığa başlamış, 1593-cü 

ildə aktyor Ceyms Berbecin teatr truppasında  həm  aktyor,  həm  də  dramaturq 

kimi  fəaliyyət  göstərmişdir.  Vilyam  Şekspir  teatra  çox  bağlı  idi  və  get-gedə 

onun mövqeyi burada möhkəmlənirdi. Sonralar o, özünə iki ev və bir az torpaq 

sahəsi aldı. 1599-cu ildə qraf Sauzhampton tərəfindən ona aşağı zadəgan rütbəsi 

verildi. O zamanlar belə bir fikirlər var idi ki, sadə ailədə doğulan, universitet 

təhsili  görməyən  V.  Şekspirin  bu  məşhur  əsərləri  onun  özünə  aid  deyil.  V. 

Şekspir aktyorlar üçün rolların üzlərini köçürən zaman onları öz adına çıxıbmış. 

Bəziləri  də  deyirlər  ki,  guya  dram  əsərlərinin  üzünü  köçürən  adam  da  eyni 

olmamışdır. Bu fikir düz ola bilməz. 

 V. Şekspirin yaradıcılığı 3 dövrə (mərhələyə) bölünür: 

I  dövr.  Optimist  mərhələ  (1591-1601).  Bu  mərhələdə  o,  əsasən  nikbin 

əhvali-ruhiyyəli əsərlər yazmışdır. V. Şekspirin komediyaları, sonetləri və qeyri-

səhnə  əsərləri  bu  mərhələnin  məhsuludur.  “Venera  və  Adonis”,  “Lukresiya” 

poemalarını, sonetlərini, “VII Henrix” pyesindən başqa bütün tarixi dramlarını, 

“Tit Andronik”, “Romeo və Cülyetta”, “Yuli Sezar” faciələrini, şən və nikbin 

“Səhvlər  komediyası”,  “Şıltaq  qızın  yumşalması”,  “İki  veronalı  əsilzadə”, 

“Məhəbbətin  əbəs  səyi”,  “Yay  gecəsində  bir  yuxu”  ,  “Venesiya  taciri”, 

“Vindzor  cici-bacıları”,  “Heç  nədən  hay-küy”,  “Necə  istəsəniz”,  “On  ikinci 

gecə” komediyalarını yazıb. 

II  dövr.  Pessimist  mərhələ  (1601-1608).  Bu  mərhələ  -  V.  Şekspirin  öz 

tragediyalarını  yazıb-yaratdığı  mərhələdir.  V.  Şekspir  dünyanın,  onun 

qanunlarının  və  mənəvi  dəyərlərinin  dəyişəcəyini  sübut  etmək  istəyirdi.  O 

göstərirdi  ki,  insanlar  daha  gözəl  həyat  axtarışında  olmalıdırlar.  Cəmiyyət 

mübarizə yoluyla sonda xoşbəxtlik əldə edə bilər. Qədim tragediyalarda insanlar 

köməksiz idi, onların həyatı bəxtdən asılı idi, lakin V. Şekspirin qəhrəmanları 




Filologiya məsələləri, №4, 2017 

 

426



konkret və sosial dünyada iştirak edən şəxslərdir. Onlar ətraf mühitin və tarixin 

məhsuludur. 

V. Şekspir bu dövrdə əsasən “Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”, 

“Antoni  və  Kleopatra”,  “Karolian”,  “Afinalı  Timon”,  “Troil  və  Kressida”, 

“Tədbirə  qarşı  tədbir”,  “Xeyirlə  qurtaran  hər  iş  yaxşı  olar”  və  “Perikl” 

faciələrini yazıb. 

III  dövr.  Romantik  mərhələ  (1608-1612).“Sinbelin”,  “Qış  nağılı”, 

“Fırtına”  tragikomediyalarını  yazmışdır.  Bunlar  romantik  dramlardır.  Onlarda 

böyük  problemlər  və  güclü  konfliktlər  yoxdur.  V.  Şekspir  fantaziya  və 

alleqoriyaların  gözəl  dünyasına  daxil  olmuşdur  və  o,  bütün  əsərlərində 

insanların gələcək xoşbəxtliyinə inanırdı. 

V.  Şekspirin  sonetləri  1609-cu  ildə  naşir  Tomas  Torp  tərəfindən  nəşr 

olundu  və  deyilənə  görə,  onlar  sirli  bir  şəkildə  “Cənab  V.  H”-ya  sonetləri 

yazmağa  ilhamlandırana  həsr  olunub.  Bəs,  “Cənab  V.  H”  kim  idi? 

Tədqiqatçıların  əksəriyyəti  belə  hesab  edirdi  ki,  sonetlərin  qəhrəmanı 

Souzhempton qrafı Kenri Rayçliyə həsr olunub.  

O, şairin himayədarı idi və naşir qəsdən onun adının baş hərflərinin yerini 

dəyişmişdir. Burada “Cənab” sözü şübhə oyadır. Belə ki, zadəgan bir şəxsə - 

Souzhempton qrafına bu cür müraciət yol verilməz idi. Bununla belə, T. Torp 

bu  müraciət  formasını  qəsdən  dəyişmiş  ola  bilərdi.  Şairin  Souzhemptona 

bağlılığı danılmazdır və bu onun poemalarında əks etdirdiyi qəhrəmanlarından 

görünür.  

Əgər 1593-cü ildə onun “Venera və Adonis” poemasında himayədarlarına 

müraciəti  daha  təmkinli  xarakter  daşıyırdısa,  növbəti  ildə  “Alçaldılmış 

Lukresiya”  poemasını  nəşr  edərkən  V.  Şekspir  öz  məhəbbətini  açıq  şəkildə 

bəyan edirdi: “Zati alilərinizə olan məhəbbətim sonsuzdur, indiyə qədər yazmış 

olduğum və bundan sonra da yazacağım hər şey sizə məxsusdur”.  

Sonet  (italyanca  “sonetto”,  “şən  nəğmə”  deməkdir)  14  sətirdən  ibarət 

şeirdir  və  iki  dördlükdən  və  iki  üçlükdən  ibarət  olur.  Belə  bir  müəyyən  heca 

norması da mövcuddur ki, ideal sonet özündə 154 hecanı birləşdirməlidir. Bu 

janr Qərb intibahının beşiyi sayılan İtaliyada yaranmışdır.  

İlk  sonetin  müəllifi  Jakopo  (Cakomo)  da  Lenti  sayılır.  Sonet  janrı 

Petrarkanın sayəsində İtaliyada daha da təkmilləşmişdir və onun İngiltərədəki 

sonet  yazan  şairlərin  yaradıcılığına  böyük  təsiri  olmuşdur.  İngiltərədə  bir  çox 

şairlər sonet janrını yazmışlar, lakin o, V. Şekspirin yaradıcılığında özünün ən 

yüksək zirvəsinə gəlib çatmışdır.  

V.  Şekspirin  sonetlərindən  sonra  heç  bir  məktəb  yaranmadı.  Bunun  iki 

səbəbi var idi. Birincisi, V. Şekspir kimi sonet yazmaq artıq mümkün deyildi. 

İkincisi, XVII əsrin sonuna doğru sonet ingilis poeziyasında tam şəkildə işləndi. 

XVII  əsrdə  Con  Don  sonet  formasını  əxlaqi  məzmunlu  şeirlərini  yazarkən 

istifadə edirdi. XVII əsrin sonunda ingilis ədəbiyyatında klassisizm özünə yer 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə