Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə169/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   165   166   167   168   169   170   171   172   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

416



halı  şeirlə  dilə  gətirmək  istədiklərində  şübhəsiz  ki,  ədəbi  və  mədəni 

təcrübələrindən istifadə etmişlər. Səmazənlər musiqi və rəqsə üstünlük verib 

vəcdə  gələrək  Haqqa  qovuşmaq  qüdrəti  ilə  şeirlərini  meydana  çıxarmışlar. 

Mədrəsələr şeiri qadağan etdiyi halda təkkələr insanları vəcdə gətirəcək hər 

vasitəni, yəni musiqiyi, rəqsi və təbii ki, şeiri məqbul saymışlar (2, 4).  

X-XI  əsrdə  ilk  nümunələrini  verən  təkkə-təsəvvüf  ədəbiyyatı  əski 

türk dini və milli ədəbiyyat nümunələrinin ənənəsini də davam etdirmişdir. 

Tarixi  zaman  ərzində  təkkə-təsəvvüf  ədəbiyyatının  dövrləri  bir-birinin 

davamı  olmaqla  birlikdə  quruluş  baxımımdan  bir  qədər  fərqlənmişdir.  Bu 

fərqliliklər cəmiyyətin sosial, mədəni, iqtisadi-siyasi vəziyyətinin inkişafı ilə 

də bilavasitə bağlı idi. 

İslam  dini  və  mədəniyyəti  XI  əsrdən  etibarən  türk  mədəniyyətini 

idarə  etmiş  və  inkişaf  etdirmişdir.  Təkkələr  təsəvvüf  düşüncələrini  geniş 

kütlələrə  çatdıra  bilmək  üçün  xalq  ədəbiyyatından  geniş  istifadə  edirdilər. 

Bunun  nəticəsində  də  dini-təsəvvüfi  xalq  ədəbiyyatı  meydana  gəlmişdir. 

Sazın  müşaiyətində  ilahilər  oxuyan  dərvişlər  məclislər  keçirirdilər.  Təkkə 

ədəbiyyatı  xalqa  yönəldiyi  üçün  islami  termin  və  anlayışlardan  əlavə  sadə 

dilə də üstünlük verirdi. Şeirlərdə daha çox heca ölçüsündən istifadə edilir, 

əruzun  hecaya  uyğun  qəlibləri  tətbiq  edilirdi.  Təkkə  aşıqları  təkkələrdə 

keçirilən məclislərdə yeni bir ədəbiyyat, təkkə musuqisi, səma ayini adlanan 

dini  rəqslərlə  yeni  sənət  inkişaf  etdirdilər.  Təkkə  şeirinin  əsas  şəkli  xüsusi 

musiqi  müşayiətində  oxunan  və  təriqətlərə  görə  müxtəlif  adlarla  adlanan 

ilahilərdir. Nəzm ölçüsü dördlük, nəzm şəkli isə qoşma idi. Bununla birlikdə 

qəzəl və mürəbba və başqa nəzm şəkli ilə yazılmış ilahilər də var.  

Türk  təkkə  ədəbiyyatının  yaranmasında  həlledici  rol  oynayan  xalq 

sufizmi əsaslandığı dünyagörüşə, söykəndiyi etnik-mədəni dəyərlərinə görə 

həm  ərəb,  həm  də  əcəm  sufizmindən  fərqlənir.  Türk  dərvişləri  yalnız 

təkkələrdə  qapanıb  qalmırdılar,  xalqla  təmasda  olur,  geniş  xalq  kütləsinin 

içinə girir, onların mənəvi həyatı ilə yaxından tanış olurdular. Türk sufizmi 

xalq  sufizmi  olaraq  qonar-köçər,  yarımköçəri  kütlələr,  kənd  əhalisi,  şəhər 

sənətkarları  və  ordunun  içində  yayılıb  müridlik  prinsipi  ilə  formalaşmışdı. 

Türk  nəzəri  sufizmi  isə  iri  şəhərlərdə  oxumuş,  dini  təhsil  görmüş  zümrə 

arasında  yayılmışdı.  Bütövlükdə  sufizmin,  o  cümlədən  türk  sufizminin 

xarakterik  cəhətlərindən  biri  də  batini  (mərifət)  zahiri  elmdən  üstünlüyünü 

qəbul etməsidir. Elm onlara görə bir vasitədir. Mürid biliklə bilmədiklərinin 

çoxluğunu görüb, bu çoxluq və əzəmətlər qarşısında heyrətə gəlir, anlayır ki, 

biliklə  dərk  edilə  bilməyən  o  qədər  şeylər  var  ki,  onları  öyrənmək  üçün 

duyğu, hiss, vəcd gərəkdir. Bu səbəbdən də türk sufizmini xalq sufizmi də 

adlandırmaq  olar.  Türk  xalq  sufizminin  yaranmasında  türk  mistizminin  də 

xüsusi  rolu  olmuşdur.  Şamanlar  islamdan  əvvəl  hansı  vəzifəni  yerinə 

yetirirdilərsə, islamdan sonra bunu xalq sufiləri həyata keçirməyə başladılar. 



Filologiya məsələləri, №4, 2017 

 

417



Şamanlıqda  islam  elementləri  də  müəyyən  qədər  nəzərə  çarpırdı.  Sufi 

şeyxləri  xəstələri  zikrlə,  təkkə  şeirləri  oxuyaraq,  hətta  Qurandan  ayələr 

oxuyaraq müalicə edirdilər (4, 97-99).  

X-XIII  əsrlər  arasında  türk  topluluqlarında  ilk  örnəkləri  görülən  və 

qısa bir müddətdə türk dünyasında yayılan təkkələr ətrafında meydana gələn 

dini-təsəvvüfi xaraklterli əsərlər Türk mədəniyyəti və ədəbiyyatında xüsusi 

yerə sahib oldu. İslam dini ilə sıx bağlı olan elm və əxlaqın, təsəvvüfün ana 

cizgilərini özündə əks etdirən, islamiyyətdən əvvəlki türk inancı, düşüncəsi 

və ədəbi ənənəsinin vəhdətindən ibarət olan bu əsərlər öz önəmi ilə xüsusi 

yer aldı. 

XI-XII  əsrlərdə  türk  ədəbiyyatı  təsəvvüf  və  ya  təkkə  poeziyasının 

güclənməsi  ilə  yeni  bir  mərhələyə  qədəm  qoymuşdur.  Təsəvvüfdə  eşq 

mövzusu  fəlsəfi  əhəmiyyət  qazanmışdır.Türk  ədəbiyyatında  eşq  mövzusu 

təlmih,  təşbeh,  məcazlarda  da  işlənmişdir.  Mövlana  Cəlaləddin  Rumidən 

başlayaraq Yunus Əmrə, və bir çox mütəsəvvif şairlərin mənzum və mənsur 

əsərləri ilə qəzəl ilahilərində təsəvvüfi xüsusiyyətləri ilə işlənən eşq mövzusu 

təsəvvüfün əsas mövzusu olmuşdur. Təsəvvüf ədəbiyyatında eşq hər şeydir, 

hər şey eşqdir. 

Şeirin ecazkar dilində eşq İlahinin sayısız təcəllasına vurulmuş, aşiq 

olmuş,  sona  qədər  vüsal  həsrəti  ilə  çırpınmışdır,  çünki  hər  təcəllada,  hər 

gözəllikdə, hər hüsndə Allahın camal sifətinin bir əksi vardır, aşiq də bütün 

cəhdləri ilə ilahi vüsala can atar.  

Təkkə  şeirinin  Türk  ədəbiyyatında  ilk  qaynaqları  XII  əsrdə 

Xorasanda  Əhməd  Yəsəvinin  “Divan-ı  Hikmət”ində  artıq duyulurdu.  Xoca 

Əhməd  Yəsəvi  XI-XII  əsrlərin  İslami  türk  ədəbiyyatının  ilk  möhtəşəm 

örnəklərini və ilk təsəvvüfi təkkə ədəbiyyatının yaradıcısıdır.  

  

Əhməd Yəsəvi Türk və İslam aləminin ən önəmli şəxsiyyətlərindən 



biri,  İslam  dəyərlərini  Türk  mədəniyyəti  dəyərləri  ilə  birləşdirən,  türk 

xalqlarına  xidmət  etmiş  böyük  insandır.  Yəsəviyyə  təriqətinin  qurucusu 

Xoca Əhməd Yəsəvinin türk tarixində, mədəniyyətində xidməti misilsizdir. 

Əhməd Yəsəvinin ideyaları və prinsipləri türk-müsəlman dünyasının birliyi 

baxımından çox aktualdır. 

 

Yusif  əl-Həmədaninin  üçüncü  xəlifəsi  olan  və  “Pir-i  Türküstan” 



adlandırılan Əhməd Yəsəvinin Yəsidə irşada başladığı ərəfədə Türk ellərində 

İslamlaşma  ilə  yanaşı  İslam  ölkələrinin  hər  tərəfinə  yayılan  təsəvvüf 

hərəkatları var idi. Təkkələr həmin hərəkatların mərkəzində dururdu. Əhməd 

Yəsəvi  türklər  arasında  qüdrətli  nüfuza  malik  idi.  Əhməd  Yəsəvinin 

“hikmət”lərində  İslamın  əsaslarını  sadə  və  xalqın  başa  düşəcəyi  bir  dillə 

qələmə almışdır (8, 159-161).  

Əhməd  Yəsəvinin  təsəvvüfün  inkişafında  xüsusi  xidməti  vardır. 

Çünki o, təsəvvüfə türk ruhu gətirmişdir. Təsəvvüfün köçəri türk qəbilələri 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə