Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə166/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   162   163   164   165   166   167   168   169   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

409



Müsahibədə  jurnalistikaya  təbliğat  vasitəsi  kimi  baxıldığı  da  vurğulanır  və 

bu  barədə  Faiq  Hüsiyevin  rəyi  öyrənilir.  Müsahib  bildirir  ki,  jurnalistika 

ictimai rəyi formalaşdıran sosial institut olaraq demokratik şəkildə fəaliyyət 

göstərməli, jurnalistlər təbliğatçıya və təşkilatçıya çevrilməməlidirlər. Çünki 

əgər  belə  bir  hal  baş  verərsə,  o  zaman  jurnalistika  biznes  marağından  və 

korporativ maraqdan başqa bir şey ola bilməz: “Cəmiyyətin ənənəvi güvənc 

yeri olan mətbuat bufer rolunu itirirsə, fikir müxtəlifliyi yeknəsək-monoton 

çalar  alırsa,  demokratik  cəmiyyətin  əsas  sütunu  sayılan  söz  azadlığı 

maddiyyat buxovlarında sıxılırsa, bunun günahını ancaq iqtisadi böhranda və 

korporativ maraqlarda axtarmaq lazımdır”(5).  

Həqiqətən də, Faiq Hüsiyevin bu fikri jurnalistikanı xarakterizə edən və bu 

gün çox aktual xarakter daşıyan dəyərli ifadədir.  

Bu  gün  jurnalistikanın  qarşısında  duran  mühüm  problemlər  də 

söhbətin mövzusu olub. Suala sistemli şəkildə cavab verən qonaq qeyd edib 

ki,  bu  sualın  cavabı  çox  dərindir.  Müsahibin  fikrinə  görə,  ilk  problem 

jurnalistlərin  sırf  xidməti  personala  çevrilməsidir.  Problemlər  sırasında 

peşəyə  hörmət  indeksinin  aşağı  düşməsinin,  həmçinin  bəzi  hallarda  peşə 

məsuliyyəti  anlayışının  itməsinin  də  olduğunu  qeyd  edən  F.  Hüsiyev  belə 

düşünür  ki,  kimliyindən  asılı  olmayaraq,  heç  bir  halda  jurnalist  sensasiya 

xatirinə  dövləti  maraqları  zərbə  altında  qoymamalıdır.  Əməkdar  jurnalist 

bunu da əlavə edib: “Ən böyük problem isə məncə qələm əhli arasında peşə 

həmrəyliyinin olmamasıdır. Dəyərlərin təhrif olunması, elementar 

 etik normaların yoxluğu da problem kimi ortalıqdadır”(5).  

Jurnalist  adı  altında  jurnalist  rolunu  ifa  edən  şoumenlərin,  mü-

ğənnilərin,  biblioqrafların,  və  daha  başqalarının  hal-hazırda  jurnalistlik 

vəzifəsini icra etməyə çalışmaları müsahibi narahat edən əsas məsələlərdən 

biridir.  F.  Hüsiyevin  rəyinə  əsasən,  belə  hallar  auditoriyaya,  cəmiyyətə 

birbaşa öz mənfi təsirini göstərir: “Sifarişlə hərəkət edən bu ordunun məq-

sədyönlü  şəkildə  bir  məcraya  yönəlməsi  ölkəmiqyaslı  auditoriyanı  əsaslı 

şəkildə  bayağı  zövqə  və  primitiv  düşüncəyə  kökləyir.  Güclü,  ağıllı  və 

istedadlı  jurnalistlərin  potensial  təhlükə  mənbəyi  hesab  edilməsi  onların 

sıradan çıxarılmasına, susdurulmnasına səbəb olur”(5).  

Müsahib həm də bildirib ki, biz milli mətbuatımız yarandığı gündən etibarən 

xalqımızın milli təfəkkürünü formalaşdıran ziyalılarımızdan, jurnalistika ilə 

zaman-zaman məşğul olaraq gələcəyimizin inkişaf konturlarını cızan, bizim 

üçün ilk demokratik dövlət quran, ədəbi dil normalarımızı yaradan peşəkar, 

dahi insanlardan örnək götürməliyik.  

Sonda  televiziyamızın  inkişafının  yollarını  açıqlayan  əməkdar 

jurnalist fikirlərini belə yekunlaşdırıb: “İndi Azərbaycan tamaşaçısının dün-

ya  telekanallarına  sərbəst  şəkildə  baxdığı  bir  zamandır.  Dövlətimizin  dina-

mik inkişafa qədəm qoyduğu bir dövrdür. Azərbaycanın dünya miqyasında 



Filologiya məsələləri, №4, 2017 

 

410



imicini  artdığı  bir  zamandır.  Azərbaycanın  dünya  miqyasında  imicinin 

artdığı  bir  tarixi  mərhələdə  jurnalistlərimiz  yeni  çağırışlara  hazır 

olmalıdırlar”(5).  

Göstərilən  nümunələrdən  də  aydın  olduğu  kimi,  bu  gün  ənənəvi 

jurnalistikada,  qəzetlərdə  dərc  olunan  əksər  analitik  səciyyə  daşıyan 

müsahibələrin  informasiya  mənbəyi  internet  portallarıdır.  Elə  qəzetlərin 

sonunda göstərilən informasiya qaynaqları da bunu bir daha təsdiq edir. Belə 

ki,  “525  ci  qəzet”in  səhifələrinə  nəzər  salsaq,  görərik  ki,  informasiya 

mənbəyi kimi, “Trend”, “APA”, “AzərTac”, “Olaylar” informasiya agentlik-

ləri, “Yeni Azərbaycan” qəzetində isə, “AzərTac”,“APA”, “Azadinform” və 

“SİA”  xəbər  agentlikləri  informasiya  qaynağı  olaraq  göstərilir.  Bu,  bütün 

qəzetlər üçün səciyyəvidir. Belə nümunələrə, internet portallarından intensiv 

istfadəyə qəzetlərin demək olar ki, əksər nömrələrində rast gəlmək mümkün-

dür.  Həmin təhlili  müsahibələr  aktual  mövzulara  həsr olunur və  insanlarda 

ictimai rəy formalaşdırmağa çalışır. Müəyyən nöqsanlar və çatışmazlıqların 

olmasına  baxmayaraq,  yazılanlar  və  nümunələr  bir  daha  sübut  edir  ki, 

müsahibə janrı istər ənənəvi, istərsə də yeni medianın prioritet janrıdır. 

 

Ədəbiyyat  



 

1.  C. Məmmədli, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, Bakı, 2012, səh. 

324 

Sosyal Bilimler Enstitüsü Dergisi Sayı : 22 Yıl : 



2007/1, səh. 123-149. 

Тетрычный А. А. Аналитическая журналистика: познавательно-

псикокологический 

подход. М., 1998, стр.8. 

Alan Knight, Journalism 2.0. 

5. “Yeni Azərbaycan” qəzeti, 7 noyabr, 2016-cı il 

6. “525 ci qəzet”, 27 oktyabr, 2016-cı il. 

7. http://m.lent.az/news/181151, A. Aslanov. 

Гюней Фридунбекова 

Интервью-анализ в интернет порталах 

и его использование в газетах 

 

Резюме 



 

Интернет, как средство общения, появившийся в конце ХХ века, охва-

тил весь мир, развился и распространился в каждой сфере человеческой 

деятельности. В последние десятилетия в Азербайджане, так же как и 

во  всем  мире,  интернет  журналистика  получила  широкое  развитие.  С 

развитием  интернета,  традиционная  журналистика  отошла  на  второй 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə