Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə165/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   161   162   163   164   165   166   167   168   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

407



Beynəlxalq  Teatr  konfransının  ölkəmizdəki  mutikultural  dəyərləri  diqqətə 

çatdırması ilə bağlıdır. Analitik səciyyə daşıyan bu müsahibənin informasiya 

qaynağı ölkəmizin 

aparıcı agentliklərindən biri olan Azərtac informasiya agentliyidir.  

Məlumdur ki, noyabrın 7-si və 8-də Mədəniyyət və Turizm Nazirliyi, 

Teatr  Xadimləri  İttifaqı  və  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

təşkilatçılığı  və  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  dəstəyi  ilə 

“Multikulturalizm  və  teatr”  mövzusunda  IV  Beynəlxalq  Teatr  konfransı 

keçirilmişdir.  Bu  səbəbdən,  konfransın  Təşkilat  komitəsinin  rəhbəri, 

mədənyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə artıq ənənə halını 

almış  söhbət  aparılıb.  Söhbətin  əsas  mövzusu  teatr  forumunun  əhəmiyyəti, 

Azərbaycan teatrının beynəlxalq əlaqələrin genişlənməsinə töhfəsi, eləcə də 

bu  qəbildən  olan  beynəlxalq  layihələrin  ölkəmizin  mədəni  həyatında  rolu 

barədədir.  

Ümumilikdə,  müsahibəyə  nəzər  salsaq,  müəyyən  nöqsanların 

olduğunu  görə  bilərik.  Belə  ki,  müsahibə  vasitəsilə  öz  ideyasını 

gerçəkləşdirməyə  çalışan  jurnalist  sualların  verilmə  tərzində  yalnışlığa  yol 

vermişdir.  Məsələn,  bəzən  bir  neçə  sualı  bir  dəfəyə  verdiyi  üçün  alınan 

nəticə  də  qənaətbəxş  deyil.  Çünki  müsahibənin  qızıl  qaydalarına  əməl 

olunmur. Məlumdur ki, müsahibə zamanı 1 dəfəyə 2 sual və ya yüklənmiş 

suallar  vermək  uğursuz  addımdır.  Elə  jurnalistin  ilk  sualı  da  məhz  bu 

qəbildəndir: “Ədalət müəllim, Azərbaycan teatr ictimaiyyəti IV Beynəlxalq 

Teatr Konfransının ərəfəsindədir. İstərdik ki, söhbətimizin əvvəlində ötən 3 

teatr forumu ilə bağlı fikirlərinizi eşidək. İlk dəfə Bakıda belə bir konfransın 

keçirilməsi ideyası necə yarandı, o zaman bu təşəbbüsün davamlı olacağına 

inanırdınızmı?”(6).  Müsahibin  verdiyi  cavab  sualın  yalnız  ikinci  hissəsini 

əhatə  edir  və  belə  başlayır: “Bakı Beynəlxalq Teatr  Konfransı  Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı 

ilə  təsdiq  edilmiş  “Azərbaycan  teatrı  2009-2019-cu  illərdə"  Dövlət 

Proqramı"na uyğun olaraq keçirilir”. Və bütünlükdə cavab 2006-cı ildən baş-

layaraq  2010-cu  ilədək  Dövlət  proqramında  sadalanan  və  həyata  keçirilən 

çoxsaylı tədbirlər haqqındadır. Daha sonra isə noyabrın 7-də keçiriləcək IV 

Bakı  Beynəlxalq  Teatr  Konfransının  keçiriləcəyi  məkan  barədə,  iştirakçı 

ölkələr  və  tədbirə  qatılacaq  qonaqların  sayı  barədə  və  s.  haqqında  məlu-

matlar verilir.  

Müsahibənin növbəti sualına nəzər salaq: “Son zamanlar dünya teatr 

prosesində  belə  bir  meyil  müşahidə  olunur:  əsər  teatrda  yaranır,  teatrın  öz 

qüvvəsi  ilə  hazırlanır  və  oynanılır.  Lap  antik  teatr  dövründə  olduğu  kimi. 

Bunu II Şəki Beynəlxalq Teatr Festivalında bəzi kollektivlərin tamaşalarında 

da gördük. Bu barədə nə deyə bilərsiniz?”(6). 




Filologiya məsələləri, №4, 2017 

 

408



Əvvəla,  qeyd  edək  ki,  sualda  qeyri  -  dəqiqlik  var.  Sualın  birinci 

hissəsində teatr tamaşalarının teatrın öz qüvvəsi ilə hazırlandığı söylənir və 

sual “ Bunu... bəzi kollektivlərin tamaşalarında da gördük” deyə tamamlanır. 

Hesab  edirəm  ki,  bir  teatr  tamaşasının  teatrın  öz  qüvvəsi  ilə  hazırlandığını 

tamaşaya  baxmaqla  müəyyən  etmək  olmaz.  Bunu  müəyyən  edən  şərtlər 

başqadır.  Bu  səbəbdən  fikrin:  “Bunu...  bəzi  kollektivlərin  tamaşalarının 

hazırlanmasında  da  gördük”  şəklində  ifadə  olunmasını  daha  düzgün  hesab 

edirəm. Verilən cavab da sualı tam əhatə etmir. Geniş şəkildə ifadə olunmuş 

kimi  görünən  cavab  əslində  2  -  3  cümlədə  natamam  şəkildə  cavablandırılıb: 

“İstənilən  səhnə  əsəri  teatrda  doğulur,  rejissorun  laboratoriyasında  dəyişikliyə 

məruz  qalır.  Razılaşıram  ki,  bu,  hər  zaman  uğur  gətirmir,  amma  bir  qayda 

olaraq, bu proses baş verir. Hər bir teatr mövzunu özününküləşdirməyə çalışır. 

Bu  mənada  pyeslər  teatrda  yaranır  və  aktyorlarla  yaşamağa  başlayır”(6). 

Cavabda  “tamaşaların  teatrın  öz  qüvvəsi  ilə  necə  hazırlanması”  barədə  geniş 

məlumat  verilə  bilərdi.  Dinləyici  bu  cavabdan  heç  bir  məlumat  əldə  edə 

bilmir.  Müsahibənin  digər  sualları  və  suallara  verilən  cavablar  da  qismən 

qənaətbəxşdir.  

 “Yeni  Azərbaycan”  qəzetinin  7  noyabr  2016-cı  il  tarixli  nömrə-

sindəki  analitik  müsahibəyə  isə  “ASSA  news”  informasiya  portalında  rast 

gələ  bilərik.  Müsahibə  Azərbaycan  Radiosunun  90,  Azərbaycan  Televi-

ziyasının 60 illik yubileyi münasibətilə ömrünü teleradio sahəsinə həsr etmiş 

Azərbaycan  Televiziyasının  Teleradio  Akademiyasının  rektoru,  Əməkdar 

Jurnalist,  Filologiya  üzrə  fəlsəfə  doktoru  Faiq  Hüsiyevdən  alınıb. 

Müsahibədə jurnalistikamızın bu günü, problemləri, televiziyamızın inkişaf 

yolu  kimi  dəyərli  məqamlar  təhlil  olunur.  Müsahibə  ilə  tanışlıqdan  sonra 

təcrübəli bir şəxsdən bu sahə üzrə kifayət qədər yararlı informasiyalar almaq 

mümkündür. Müsahibənin ilk sualı televiziyamızın müasir standartlara cavab 

verməsi ilə əlaqədardır: “Faiq müəllim, sizcə qocaman teleradiomuz zamanla 

ayaqlaşa bilirmi?”(5) 

Ömrünün  23  ilini  Azərbaycan  Televiziyasına  həsr  edən  Faiq  Hüsi-

yevin cavabından da aydın olduğu kimi, hal-hazırda televiziyamız regional 

miqyasda  heç  kəsdən  geri  qalmır,  ölkə  daxilində  isə  hətta  öndədir.  Dövlət 

kanalı  olan  AzTv-ni  “yüksək  əyarlı  peşəkar  telekanal  adlandıran  müsahib 

bildirir  ki,  milli  teleradiomuz  da  müasir  ənənələrə  sıx  bağlıdır  və  mənəvi 

dəyərlərə  sədaqət,  milli  özünüdərk,  eləcə  də  azərbaycançılıq  ruhu  ana 

televiziyamızın hər bir verilişində hiss olunur. Müsahib həm də qeyd edib: 

“Müasir trendlərə meyl, zamanla ayaqlaşma önəmli əhəmiyyət kəsb etsə də 

millilik hər bir yanaşmanın fövqündə durmalıdır. Hər gün dəyişən dünyamız, 

ümumilli  maraqlar  və  dövlətçilik  ideologiyasının  qorunması  baxımından 

bəzən subyektiv yanaşma nümayiş etdirmək çox önəmlidir”(5).  




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə