Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə170/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   166   167   168   169   170   171   172   173   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

418



arasında  türk  ruhuna,  türk  düşüncəsinə  uyğun  şəkildə  yayılmasında 

Yəsəvinin  böyük  rolu  olmuşdur.  Onun  özünəməxsusluğu  da  həmin  dövrdə 

fars  dilində  yazan  sufilərin  sayının  çox  olmasına  baxmayaraq  Yəsəvinin 

əsərlərini  türk  dilində  yazması  idi.  Əhməd  Yəsəvi  təsəvvüf  ruhlu  şeirlərini 

geniş xalq kütlələrini nəzərdə tutaraq yazmışdır. O, istər “Divan-ı hikmət”, 

istərsə də “Fəqirnamə” kitablarında təsəvvüfü sadə türk dilində bacarıqla dilə 

gətirmişdir.  Yəsəvinin  bu  xidməti  ərəb,  fars  dillərinin  hökmran,  hakim  ol-

duğu  bir  dövrə  təsadüf  etmişdir.  Deməli,  Əhməd  Yəsəvi  öz  hikmətlərini 

türkcə  anlatmaqla  bu  dilin  təməlini  qoyanlardan  biri  olmuşdur.  Mütəfəkkir 

və şair kimi Əhməd Yəsəvinin ağıl və könül gücü onda idi ki, o, təsəvvüflə 

təsəvvüfə  qədərki  türkün  ruhu,  dünyagörüşü,  məişəti,  həyat  tərzi  arasında 

fitri, təbii ahəngi də tuta bildi;ona yalnız milli təfəkkür yox, həm də milli dil, 

milli  üslub,  forma,  vəzn  biçimi  verdi.  Milli  çalarları  hətta  təsəvvüfü 

yaymağın, təbliğ eləməyin tərzində, üslubunda qoruyub saxladı (7, 63). 

Əhməd  Yəsəvinin  təsəvvüf  anlayışında  eşq  məfhumu  əhəmiyyət 

daşıyır. Məlum olduğu kimi təsəvvüfdə eşq sufinin çata biləcəyi ən yüksək 

mərtəbədir. Təsəvvüfdə eşq məfhumu tamamilə Qurana əsaslanır. Sonradan 

yaranan  bir  anlayış  deyildir.  Qurandakı  həmin  surələr  də  buna  sübutdur. 

Əhməd  Yəsəvi  də  eşq  anlayışının  qaynağını  Qurani  Kərimdən  almışdır. 

Yəsəviyə görə ilahi eşq varlığın səbəbi və mənasıdır. 

 

Əhməd  Yəsvi  şeirlərində  təsəvvüfün  eşq  anlayışını  çox  gözəl  izah 



etmişdir.  “Divan-ı  Hikmət”ə  nəzər  saldıqda  onun  hər  “hikmət”ində  eşqdən 

bəhs  etdiyini  görmək  olar.  O,  “hikmət”lərində  dönə-dönə  dünyanı  eşq  ilə 

dərk  etməyi  xatırladır.  Bu  eşqin  əzabı  da  şirindir.  Bu  əzablar  onu,  öz 

varlığını  Tanrıda  əriməyə  doğru  istiqamətlənib.  Haqq  aşiqi  eşq  şərabı 

içəndən  sonra  özündən  keçərək  Tanrısına  qovuşmuş  olur.  O,  öz  varlığında 

Tanrının  nurunu  görür.  Bu  nur  sufi  aşiqin  iç  dünyasını  işıqlandıraraq  ona 

çatmış olur.  

Əhməd  Yəsəviyə  görə  ilahi  eşq  də  iman  kimi  Allahın  insanlara  bir 

lütfüdür.  Bu  lütfü  qazanan  hər  hansı  bir  şəxsin  içi  təmizlənib  hər  cür 

pislikdən  qorunar,  könlü  isə  eşq  atəşi  ilə  yanar.  İlahi  eşq  bir  lütf  olmaqla 

birlikdə insanın daxilini işıqlandıran bir özəlliyə malikdir. 

Əhməd Yəsəvinin qurduğu yəsəviyyə təriqəti ilk türk təriqətidir. Türk 

sufizmi bütün konseptual tərəfləri ilə bu ilk türk təriqətində əks olunmuşdur. 

Sonrakı  türk  təriqətlərindən  heç  biri  yəsəviyyə  qədər  əski  türk  inamlarını 

islamın içində yeni bir şəkildə yaşada bilməmişdir (4,132). 

Əhməd  Yəsəvinin  təsəvvüf  tarixindəki  önəmi,  islamiyyətin  türklər 

arasında  yayılmağa  başladığı  bir  dövrdə,  türklər  arasında  təsəvvüfü  inkişaf 

etdirməsində,  digər  tərəfdən  onun  qurduğu  Yəsəvilik  təriqətinin  ilk  türk 

təriqəti  olmasındadır.  Əhməd Yəsəvi  bütün həyatı  boyunca  Qurani  Kərimə 

bağlı olmuş və türklərə islamiyyəti sevdirmək üçün əlindən gələni etmişdir. 




Filologiya məsələləri, №4, 2017 

 

419



Əhməd Yəsəvinin “Divan”ında əks olunan eşq anlayışı Mövlanə və Yunus 

Əmrənin əsərlərində eynilə mövcud olmuşdur. Əhməd Yəsəvi türklərə məhz 

təsəvvüf yolu ilə islamiyyəti yaymışdır. Bununla da türk təsəvvüfünün ilk və 

ən qüdrətli sufisi olaraq türk irfan aləmində parlamaqdadır.  

XIII əsrin əvvəllərində Monqol istilasından Anadoluya gələn bir çox 

sufi  I  Əlaəddin  Keykubadın  dövründən  başlayaraq  təsəvvüfi  düşüncə  daha 

da inkişaf etməyə başlamışdır. Digər tərəfdən Orta Asiya və Xorasandan da 

türkmən  şeyx  və  dərvişləri  Anadoluya  köç  etməyə  başladılar.  Böyük 

şəhərlərdə  fars  dilində  bilən  xalqa  təqdim  olunan  əsərlərlə  yanaşı,  Oğuz 

Türkcəsi ilə yazılan əsərlər diqqəti cəlb etməyə başladı. Beləliklə, XIII əsrin 

əvvəllərində  fars  dilində  bilməyən  xalqı  maarifləndirməyə  də  xidmət  edən 

türk dilində dini-təsəvvüfi bir ədəbiyyat meydana gəlməyə başladı (10, 393.) 

XIII  əsrdə  Səlcuqlular  Dövlətinin  mərkəzi  olan  Konya  elm, 

ədəbiyyat, təsəvvüfi düşüncənin inkişafının mərkəzi sayılırdı. Həmin dövrdə 

türk  mütəsəvvüfləri  əsərlərini  xalqın  anlaya  biləcəkləri  sadə  türk  dilində, 

şəhər  xalqı  üçün  isə  farsca-ərəbcə,  farsca-türkcə  yazırdılar.  Bu  mütəsəv-

vüflərdən  Mövlana  Cəlaləddin  Rumi, Hacı  Bəktaş  Vəli,  Sultan  Vələd, Əh-

məd  Fakih,  Yunus  Əmrənin  Anadoluda  dini-təsəvvüfi  ədəbiyyatın  inkişa-

fında xüsusi rolunu qeyd etməliyik. 

Təkkələrin  daha  da  inkişaf  etməsi  Anadoluda  “təsəvvüf  həyatı  və 

təsəvvüf məktəbi”nin yaranmasına başlanğıc oldu (1, 281). Bu məktəb XIII 

əsr Anadolusunda Yunus Əmrə kimi ilahi eşq şairini yetişdirdi.  

XIII əsrin böyük təsəvvüf şairi Mövlana Cəlaləddin Ruminin düşüncə 

sistemində eşq anlayışı olduqca mərkəzi mövqedə yerləşir. Mövlanaya görə 

eşq  təkamülün  əsas  hissəsidir.  Böyük  mütəsəvvüf  Mövlananın  həyatına  və 

əsərlərinə nəzər saldıqda onun eşq üzərində qurulduğunu görərik. Mövlanaya 

görə, hər şeyin bünövrəsində eşq vardır. İnsanın dünyaya gəlməsinin səbəbi 

də eşqdir. Cənnətdən yer üzünə göndərilmiş insan daim axtarışda olmuşdur. 

Çünki sevgilisini tərk edib itirdiyi gerçək sevgilisini yer üzündə axtarmağa 

gəlmişdir.  Təsəvvüfdə  bəşəri  eşqdən  ilahi  eşqə  doğru  addımlamaq 

mümkündür.  Böyük  mütəsəvvüf  Mövlananın  yaradıcılığında  da  eyni 

mərhələni görmək mümkündür.  

XIII  əsrdə  dini-təsəvvüfi  türk  ədəbiyyatının  önəmli  nümayən-

dələrindən biri də Hacı Bəktaş Vəlidir. Hacı Bəktaş Vəlinin “Məqalət” adlı 

əsərini  tədqiq  etdikdə,  İslam  şəriətinə  bağlı  bir  mütəsəvvüf  olduğu  aydın 

sübut olunur. Həmin əsərində Hacı Bəktaş Vəli təsəvvüfü incəlikləri ilə şərh 

etmişdir.  

Sultan  Vələd  Anadoluda  yüksək  zümrəyə  məxsus  sufilər  arasında 

türk dilində böyük ölçüdə şeirlər yazan mütəsəvvüf və Mövlana Cəlaləddin 

Ruminin  oğludur.  Sultan  Vələd  Mövləvilik  təqitətinin  qurucudur,  lakin 

həmin  təriqətin  əsası  Mövlananın  dünyagörüşünə  əsaslanır.  Sultan  Vələd 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə