Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə171/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   167   168   169   170   171   172   173   174   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

420



səma  ayini  və  musiqi  müşaiyətində  oxunan  təsəvvüf  ayininin  qaydasını 

nizamlayan  ilk  mütəsəvvüfdür.  Anadoluda  əruz  vəzni  ilə  və  klassik  nəzm 

şəkilləri  ilə  söylənən  didaktik  mahiyyət  daşıyan  təsəvvüf  şeirinin  əsasını 

qoymuşdur.  “Divan”ında  dini-təsəvvüfi  və  əxlaqi  dəyər  daşıyan  şeirlərinə 

rast  gəlinir.  Ümumiyyətlə  Sultan  Vələdin  əsərləri  dini-təsəvvüfi  xarakter 

daşıyır. O, XIII əsrin məşhur mütəsəvvüflərindəndir. Sultan Vələdin məşhur 

olmasının  əsas  səbəbi  də  təsəvvüfa,  təsəvvüfün  əsaslarına,  inanışına  ait 

əsərlərini sadə, xalqın başa düşəcəyi türk dilində yazmasındadır (1, 310). 

“Sultan Xoca” və “Mövlana Əhməd” adları ilə adlandırılan mütəsəvvüf 

Əhməd Fakih XIII əsrin ikinci yarısında Anadoluya Xorasandan gəlmişdi. O, 

“Həqiqət”ə  elm  yolu  ilə  deyil,  sufiliklə  çata  biləcəyinə  inanmışdır.  Əhməd 

Fakihin  “Çarxnamə”  adlı  əsəri  dini-təsəvvüfi, əxlaqi  nəsihətlərdən  ibarət  olan 

didaktik bir əsərdir. Şairin əsərində ibadət, səbr, nəfs, ilahi eşq əsas mövzudur. 

Əhməd  Fakihin  əsərlərində  daha  çox  Əhməd  Yəsəvinin  təsiri  nəzərə  çarpır. 

Yunus Əmrə Anadoluda dini-təsəvvüfi türk ədəbiyyatının qurucusudur. Əhməd 

Yəsəvinin  əsasını  qoyduğu  təsəvvüf  ədəbiyyatı  XIII  əsrdə  Yunus  Əmrənin 

hecada  yazdığı  sadə,  lirik,  ilahi  eşq  mövzulu  təsəvvüf  şeirləri  ilə  zirvəyə 

qaldırıldı.  Yunus  Əmrənin  hecada,  eyni  zamanda  da  əruzda  yazdığı  axıcı 

ilahiləri təsəvvüfü xalqın səviyyəsinə endirdi və beləliklə, türk xalq sufizmi ya-

ranmış oldu. Bir sözlə təkkə ədəbiyyatının əsas məqsədi sufi düşüncələrini, irfan 

elmini, ilahi eşqi sadə bir dildə geniş xalq kütlələrinə çatdırmaq oldu. Əhməd 

Yəsəvinin  “hikmət”ləri  ilə  başlayan  cığırı  Yunus  Əmrə  davam  etmişdir.  O, 

klassik sufi terminologiyasına uyğun türk dilində terminologiya tərtib etmişdir. 

Yunus Əmrənin şeirlərinə həm islami və milli quruluş xasdır (3,71). İlahi eşqin 

insanı  haldan  hala  saldığını  təsəvvüf  ədəbiyyatında  ilk  öncə  Yunus  Əmrə 

işləmiş, eşqin iztirabından, acısından “şikayət etmişdir” (5, 39). Yunus Əmrənin 

bu ilahiləri bütün əsrlərdə ilahi eşqin ən gözəl deyiminə çevrilmiş oldu və XVII 

yüzilə qədər dini-təsəvvüfü ədəbiyyatın nümayəndələrinə böyük təsir göstərdi.  

 

XI əsrdən başlayan təsəvvüf ədəbi məktəbi türk ədəbiyyatına dini və 



təsəvvüfi  ruh  bəxş  etmişdir.  Bunun  nəticəsində  XIII  əsrdə  türk 

mədəniyyətinin inkişafına yeni yol açmışdır. Mütəsəvvüflər, alimlər Xarəzm

Xorasan,  Azərbaycan,  Türküstandan  Anadoluya  gələrək  təkkələr  qurmuş, 

yeni  türk  ədəbiyyatını  təsəvvüf  düşüncəsi  üzərində  qurmuşlar.  Yəsəvi 

dərvişləri təsəvvüf düşüncələrini xalq arasında yaymış, Mövlanə Cəlaləddin 

Rumi  kimi  böyük  təsəvvüf  şairi  də  fars  və  ərəb  dilində  yazdığı  əsərlərini 

yüksək  zümrəyə  çatdırmışlar.  Beləliklə,  Əhməd  Yəsəvi  ilə  başlayan  təkkə 

ədəbiyyatı, XIII-XIV əsrlərdə daha da inkişaf edərək türk ədəbiyyatına yeni 

ruh  bəxş  etmişlər.  Anadolu  dərvişləri  Anadolu  türk  dövlətinin  təşəkkülü 

tapdığı bir dövrdə İslamın inkişaf etməsi və yayılmasına xidmət etmişlər. 

 

 



Filologiya məsələləri, №4, 2017 

 

421



Ədəbiyyat 

 

1.Abdurrahman  Güzel.  Dini-tasavvufi  Türk  Edebiyatı.  3.Baskı,  Ankara, 



2006. 

2.A.Azmi Bilgin. Türk Tasavvuf Edebiyatının Mahiyeti. Türkiyat Mecmuası, 

C.24/Bahar, 2014. 

3.Azmi  Bilgin.  Tasavvuf  ve  Tekke  Edebiyatı.  İlmi  Araştırmalar.  Dil, 

Edebiyat, Tarih İncelemeleri, Sayı 1, 1995. 

4. Bayatlı F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı, 2011. 

5.  Bayatlı  F.  Xoca  Əhməd  Yəsəvi  və  xalq  sufizminin  bəzi  tərəfləri.  Bakı, 

Ağrıdağ, 1997. 

6.  Erman  Artun.  Dini-tasavvufi  Halk  Edebiyatı  Metin  Tahlilleri.  İstanbul, 

2010. 


7. Əsgərli Zaman. Əhməd Yəsəvi Azərbaycan ədəbiyyatşünaslığında. Xoca 

Əhməd Yəsəvi Simpoziumu. Bakı, 2008. 

8. Kemal Arslan. “Ahmet Yesevi”, DİA, II, İstanbul, 1989. 

9. Köprülü F. Türk Edebiyatında ilk Mutasavvuflar. Ankara, 1991. 

10. Ö.Faruk Akün. “Divan Edebiyatı”, DİA, IX, İstanbul, 1994. 

11.  Şinasi  Tekin.  “Türk  dünyasında  Gaza  ve  Cihad  Kavramları  Üzerine 

düşünceler”, Tarih ve Toplum, İstanbul, 1993. 

  

 



 

 

 



Исмаилзаде Нигяр,  

Роль божественной любьви в развитии турецкой литературы 

XI-XIII века 

 

Резюме 



 

Принятие  тюрками  Ислама  заложило  основу  их  вступления  в 

новую  сферу  культуры,  в  их  религии,  образе  мышления,  языке, 

искусстве  и  литературе  также  произошли  существенные  перемены. 

Одновременно  стала  проявляться  особая  роль  суфийского  сознания  и 

веры. Таким образом, тюркский суфизм, олицетворяющий особенности 

Ислама, являясь особым событием в исламском мире, стал развиваться 

в самобытном стиле. С этого времени стали появляться суфисты и была 

заложена основа суфийской литературы. Тюркские суфисты именно так 

распространяли  среди  людей  исламизм.  Произведения  религиозно-

суфийского  характера,  появившиеся  среди  суфистов,  первые  образцы, 

созданные  которыми,  вошли  в  тюркские  сборники  в  XI-XIII  веках,  и 

которые  в  короткий  срок  распространились  в  тюркском  мире,  заняли 

особое  место  в  тюркской  культуре  и  литературе.  С  XI  века  Ислам  и 

мусульманская  культура  управляли  тюркской  культурой  и  развивали 

ее. Стремясь довести до народа суфийское сознание, суфисты широко 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə