Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə175/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   171   172   173   174   175   176   177   178   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

430



yazılsa da, bəzi hallarda başqa şəkillərdə yazılmış mərsiyələrə də rast gəlmək 

olur. XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşudbanu Natəvan gənc yaşlarda 

vəfat etmiş oğlunun ölümü münasibətilə qəzəl şəklində mərsiyələr yazmışdır. 

Qeyd etmək lazımdır ki, ümumtürk ədəbiyyatında qədim şeir şəkillərindən biri 

olan “ağı” da mərsiyə janrının növlərindəndir. 

Doktor Cavad Heyət mərsiyə ədəbiyyatı haqqında yazır: “Mərsiyə vəfat 

edənlərə  qarşı  bəyani-təsir  və  məhəbbət  üçün  yazılan  əsərlərdir.  Bu  kimi 

əsərlərin  çoxunu  qəsidələr  təşkil  edir.  Mərsiyələr  əski  türk  ədəbiyyatının 

növlərindəndir. 

Əski  türk  qəbilələrində  ölən  adama  yas  (yuq)  tutulan  zaman  el  özü 

musiqi  ilə  bərabər  ölən  xanı,  qəhrəmanı,  igidi  tərif  etməyə  adət  etmişdi. 

Matəmdə  oxunan  parçalara  “ağı”  deyilərdi.  Ağılar  mərsiyənin  bir  şəklidir. 

Keçmişdən  bəri  türk  xalqları  içində  məşhur  olan  saqurlar  (mərsiyələr) 

qopuzların  müşayiətilə  ümumi  yığıncaqlarda  və  yaxud  matəm  ayinlərində 

oxunan şeirlərdir. 

Bu  gün  Azərbaycanda  mərsiyəçilik  şiəliklə  əlaqədardır  və  bütün  şiələr 

arasında  işlənir.  Bu  növ  mərsiyəçilik  Şah  İsmayıl  Xətai  ilə  rəvac  tapmışdır. 

Şah  İsmayıl  və  Füzuli  kimi  böyük  şairlər  tərəfindən  təməli  qoyulan  bu  növ 

mənzum və mənsur əsərlər Azərbaycan ədəbiyyatında müstəqil bir cərəyanın 

inkişafına  imkan  verdi.  Kərbəla  faciəsindən  təsirlənən  şairlər  ürək  yandıran 

mərsiyələr yazıb şəhidləri təqdis etmişlər” (1, 101). 

Doktor Cavad Heyətin də qeyd etdiyi kimi, İslam aləmində, o cümlədən, 

Azərbaycan  ədəbiyyatında  mərsiyəçilik,  əsasən,  şiələr  arasında  mühüm 

əhəmiyyətə malik olan Məhərrəmlik təziyədarlığı ilə əlaqədardır.  

Dördüncü və sonuncu raşidi xəlifəsi olan Əli ibn-Əbu Talibin vəfatından 

sonra, əvvəlcə Müaviyyə ibn-Əbu Süfyan, onun ölümündən sonra isə oğlu I 

Yəzid  hakimiyyətə  gəldi.  Müaviyyənin  hakimiyyəti  dövründə  baş  verən 

ziddiyyətlər I Yəzidin hakimiyyətə gəlməsi ilə daha da kəskinləşdi. “Müaviy-

yənin  ölümü  ilə  əlaqədar  dərhal  hakimiyyəti  öz  oğluna  tapşırması  İslam 

qanunlarının  kobudcasına  pozulması  demək  idi.  Yəzid  xəlifəliyi  öz  əlinə 

keçirən kimi Əlinin övladlarına qarşı düşmənçiliyə başladı” (2, 143). 

Əli ibn-Əbu Talib ikinci oğlu Hüseyni özlərinə İmam seçən və xilafətə 

başçılıq  etməsini  istəyən  əməvilərə  qoşulmuş  Kufə  şiələri  Yəzidin  hakimiy-

yətinə qarşı qəti etiraz edib, qaldırdıqları aşkar üsyana rəhbərlik etmək üçün 

İmam Hüseyni Kufə şəhərinə dəvət etmişdilər. Kufəlilərin çağrışına hay verən 

İmam  Hüseyn  Məkkədən  yola  düşüb  Kufə  şəhəri  yaxınlığında  Kərbəla 

adlanan  susuz  çöldə  70  nəfər  döyüşçü  və  ailələri  ilə  birlikdə  düşərgə  salır. 

Bundan xəbər tutan Yəzid qoşun göndərib Kərbəla çölündə onları mühasirəyə 

aldırır. Beyətə boyun əyməyən İmam Hüseyn, onun qohumları (oğlu Əliəkbər, 

qardaşı Abbas, böyük qardaşı İmam Həsənin iki oğlu Qasım və Abdullah) və 

silahdaşları hicri tarixinin 61-ci ili məhərrəm ayının 10-da “Aşura” (“onuncu” 



Filologiya məsələləri, №4, 2017 

 

431



deməkdir-F.Q.)  adlanan  gün  –  miladi  tarixlə  680-ci  il  oktyabr  ayının  10-da 

Yəzidin qoşunları tərəfindən faciəli şəkildə qətlə yetirildilər. Şəhidlərin başları 

kəsilib  nizələrin  ucuna  taxılaraq  ailələrinin  gözü  qarşısında  Şama  –  Yəzidə 

aparıldı. 

Həmin tarixdən etibarən hər il məhərrəm ayında şiələr İmam Hüseyn və 

onunla  birlikdə  şəhid  olanlara  matəm  saxlayır,  “Aşura”  –  qətl  gününü  isə 

xüsusi qeyd edirlər. “Kərbəla” isə, dünyanın dörd bir yanından şiələrin bura 

axışdığı böyük bir ziyarətgaha çevrilmişdir. 

Yuxarıda da qeyd etdiyimiz kimi, Şah İsmayıl Xətai şiəliyi (imamiliyi – 

F.Q.)  Səfəvilər  dövlətində  dövlət  dini  səviyyəsinə  qaldırmışdı.  Bununla 

əlaqədar  “məhərrəmlik  təziyyədarlığı”  da  xüsusi  və  geniş  şəkildə  qeyd 

olunmağa başlanmışdı. Azərbaycan türkləri arasında da, əsasən, bu dövrdən – 

XVI  əsrin  əvvəllərindən  etibarən  qeyd  olunan  “məhərrəmlik  təziyədarlığı” 

gündən-günə daha geniş vüsət tapmışdır. 

İmam Hüseyn və onunla bərabər şəhid olanların qətli barədə ürəkağrıdıcı 

təsvirlər verən, şəhidlərə böyük və sonsuz məhəbbət, ölümlərinə dərin təəssüf, 

Yəzid başda olmaqla, qətli törədənlərə qatı nifrət aşılayan mərsiyə nümunələri 

də XVI əsrin əvvəllərindən başlayaraq Azərbaycan türklərinin ədəbiyyatında 

yaranmağa  və  sürətlə  inkişaf  etməyə  başlamışdır.  İlkin  nümunələri  Şah 

İsmayıl  Xətai  və  Məhəmməd  Füzuli  kimi  ustad  şairlərin  qələmindən  çıxan 

Azərbaycan  mərsiyə  ədəbiyyatı,  xüsusən,  “XIX  əsr  boyunca  qızğın  inkişaf 

yolu keçərək geniş yayılmış və onun Raci, Qumri, Şüai, Süpehri, Ahi, Mirzə 

Həsib  Qüdsi  kimi  tanınmış  nümayəndələri  yetişmiş  və  yüzlərcə  mərsiyə 

kitabları yazılmışdır” (3, 16). 

Məhəmməd peyğəmbərin ikinci qız nəvəsi, dördüncü və sonuncu raşidi 

xəlifəsi olan Əli ibn Əbu-Talibin oğlu olan imam Hüseynin, onun yaxınları və 

silahdaşlarının  İraq  ərazisindəki  Kufə  şəhəri  yaxınlığında  yerləşən  Kərbəla 

çölündə Yəzid ibn Müaviyyənin ordusu tərəfindən faciəvi qətlə yetirilməsi ilə 

bağlı Azərbaycan ədəbiyyatında saysız mərsiyə əsərləri qələmə alınmışdır. 

Dahi  satirik  şairimiz  Mirzə  Ələkbər  Sabir  də  bu  qədim  mərsiyəçilik 

ənənələrimizi  davam  etdirərək  Azərbaycan  mərsiyə  ədəbiyyatına  qiymətli 

nümunələr  bəxş  etmişdir.  Lakin  təəssüf  ki,  onun  hələlik,  Kərbəla  faciəsinə 

həsr edilmiş cəmi iki mərsiyəsinin məlumdur. Ancaq buna baxmayaraq, sənət-

karlıq xüsusiyyətləri baxımından bu iki mərsiyə Sabirin bu yöndəki uzunmüd-

dətli təcrübəsinə bariz nümunədir: 

Ayineyi-cəhanda bir surəti-qəm nümalənir

Vəqeyi-Nuhdur məgər kim yenə ibtidalənir? 

Yoxsa sinini-aləmin günləri intihalənir

Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir! (4, 66) 

İlk  dəfə  “Tazə  həyat”  qəzetinin  30  yanvar  1908-ci  il  №  25-də  nəşr 

olunmuş  bu  mərsiyədə  Sabir  Kərbəla  faciəsinin  yaxınlaşmasını,  “mahı-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə