Filologiya
məsələləri, № 7, 2017
25
R.Şamiyeva
İngilis dilində cümlə quruluşu
Xülasə
İngilis dilində tipik cümlə bir müstəqil və bir və ya daha artıq asılı
hissələrdən ibarətdir və bu formada olan uzun cümlələr uyğun bağlayıcılar
vasitsilə bir-birilə bağlanır. Cümlə adətən mübtəda və xəbərdən ibarət olur.
Asılı cümlə tərkibi adətən budaq cümlə bağlayıcısından ibarət olur.
İngilis dilinin sintaksisi əsasən Mübtəda-Xəbər-Tamamlıq tərkibli olur; feli
birləşmədə fel tamamlığından əvvəl, mübtəda isə feldən əvvəl gəlir. Mübtə-
da adətən cümlədə hərəkəti yerinə yetirən canlı və cansız subyekt ola bilər.
İngilis dilində səciyyəvi cümlə quruluşu cümlə növlərinə görə dəyişir.
Məsələn: nəqli cümlədə əgər cümlə MXT (mübtəda-xəbər-tamamlıq) quru-
luşlu olursa, sual, əmr və digər cümlə növlərində bu quruluş fərqlənir.
Р.Шамиева
Структура предложения на английском языке
Резюме
Типичное предложение содержит один независимый часть и,
возможно, один или несколько зависимых частей, хотя также возможно
связать предложения этой формы в более длинных предложениях,
используя координационные конъюнкции.
В предложение обычно содержится подлежащее (словосочета-
ние) и предикат. Зависимое предложение также обычно содержит под-
чиненную конъюнкцию (или, в случае относительных предложений,
относительное местоимение или фразу, содержащую один). Синтаксис
английского языка по существу относится к типу ПГD (подлежащее-
глагол- дополнение); Глагол предшествует его объекту в глагольной
фразе, и предмет предложения предшествует глаголу.
Rəyçi:
Lalə Məsimova
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri, № 7, 2017
26
NAHİDƏ
HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universiteti
h.nahide@mail.ru
MÜASİR AZƏRBAYCAN DİLİNİN FONETİK
NORMASI
Açar sözlər : ədəbi dil, nitq normaları, orfoepik norma, orfoqrafik norma.
Ключевые слова: литературный язык,
речевые нормы, орфоэпические
нормы, орфографические нормы.
Keywords: a literary language,
speech norms, orphoepic norms, spelling
norms.
Nitq dilin, nitq mədəniyyəti isə nitqin təzahürüdür. Biz nitq mədə-
niyyətinə ona görə yiyələnirik ki, həm nitqimizi inkişaf etdirək, həm də nitq
vasitəsilə dilimizin ifadə imkanlarını daha da genişləndirək.
Nitq dilin sayəsində meydana çıxır, dildən törəyir, həm də eyni
zamanda onu inkişaf etdirir, formalaşdırır. Beləliklə, nitq dilin əməli fəaliy-
yət forması olaraq fərdi xüsusiyyətlərə malikdir. Bu baxımdan nitqlə dili
eyniləşdirmək olmaz. Bu barədə dünya dilçiliyində [9; 10; 13,19-21], eləcə
də Azərbaycan dilçiliyində [4,99; 5,35; 6,176; 7, 6-7; 8,60-61] məsələyə eyni
aspektdən yanaşılmış, nitq və dilin fərqi göstərilmiş, ayrı-ayrı anlayışlar
olması ortaya qoyulmuşdur. Belə ki, dil bir bazadır, oraya dilin bütün ifadə
imkanları daxildir. Nitq isə dildə məqbul sayılanları (fonetik, leksik və
qrammatik yaruslar üzrə) sistemləşdirərək normanı müəyyənləşdirir ki,
bununla da ədəbi dil yaranır. “Bəs norma özü nədir?” sualına ümumiləşmiş
şəkildə belə cavab vermək olar ki, norma “bir çox variantlardan birinin
seçilməsinin möhkəm təlimatıdır, dilin özünün xüsisiyyətləri və onun ictimai
tətbiqinin ədəbi ənənələri ilə verilən təlimatıdır” [12,513]. Göründüyü kimi
norma dildən əxz olunur, lakin ictimai tətbiqə-nitqə məxsus vahiddir. Norma
konkretləşmiş qayda-qanunlar sistemidir. Lakin bir daha deyək ki, burada
fərdiliyi də inkar etmək qeyri-mümkündür. Nitqin fərdiliyi üslubiliyin föv-
qündə özünə yer qazanır, zaman-zaman kütləviləşir və normativləşir(!). La-
kin bu fərdilik normadan yayınma halları
ilə də müşahidə olunur ki, xüsusən,
fonetik normalar üzrə bu məsələlərin üzərində dayanmaq istərdik. Fonetik
norma özlüyündə iki mühüm normanı ehtiva edir:
1.Orfoqrafik norma.
2.Orfoepik norma.
Fonetik norma istər orfoqrafik, istərsə də orfoepik qaydalar üzrə nə
qədər təkmilləşərək müəyyənləşsə də, həm yazılı, həm də şifahi nitqdə hələ
də xətalara yol verilir. Bu gün ədəbi dili ən çox təmsil edən kütləvi infor-