Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə71/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   67   68   69   70   71   72   73   74   ...   141

220 

 Azərbaycan Dövlət Konservatoriyasında  dərs de-

mişdir. Eyni zamanda Konservatoriyanın dosenti olan 

N.Əliverdibəyov tələbələrinə Azərbaycan xalq 

musiqisinin əsasları fənnindən dərs demişdir. 

Nazim  Əliverdibəyovun yaradıcılığı opera və 

simfoniya bəstələmələri, uşaqlar üçün musiqi, 

kamera-instrumental və vokal əsərləri səmimiliyi, 

emosional ifadəliliyi ilə  fərqlənir. Bu əsərlərdən bir 

çoxu, o cümlədən “Qəhrəmanlıq uvertürası”, “Min-

gəçevir” simfonik poeması, “Cırtdan” uşaq operası, 

“Muğam” xoreoqrafiya lövhəsi, “Bayatı  Şiraz” xoru 

və başqa  əsərlər ifaçı kollektivlərin repertuarına 

möhkəm daxil olmuşdur. 

O, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və 

Məcnun” operalarını yenidən orkestrləşdirmişdir. 

Ü.Hacıbəylinin nəşr edilmiş “Leyli və  Məcnun” 

(1983), “Koroğlu” (1985) operalarının partituralarının 

redaktoru və tərtibçisi  olmuşdur. 

  “Bayatı-şiraz”  muğamı  əsasında kapella xoru 

üçün  əsər yaratmış, sonradan onu orqan aləti üçün 

işləmişdir. Əsər həm xor kapellasının, həm də orqan-

ifaçılarının konsert repertuarında görkəmli yer tutur. 

Bu  əsərin orqan versiyası  əsasında “Muğam” adlı 

xoreoqrafik lövhə balet artistləri tərəfindən səhnə-

ləşdirilmişdir.  

Bəstəkar uzun müddət 

onillik musiqi məktəbinin 

direktoru olmuş, müəllim-

lərin və  şagirdlərin dərin 

hörmətini və  məhəbbətini 

qazanmışdır. Nazim Əliver-

dibəyovun yaradıcılıq yolu-

nun müəyyənləşdirilməsi-

nin, uşaqlar üçün musiqi 

yaratmasının səbəbini də 

məhz bununla izah etmək 

lazımdır.  

Azərbaycan musiqi sə-

nətinin istedadlı xadimlə-

rindən olan Nazim Əliver-

dibəyovun musiqisi və xe-

yirxah işləri bu gün də unu-

dulmur, onun əsərləri kon-

sert salonlarında səsləndi-

rilir. 


Nazim Əliverdibəyov 16 

fevral 1986-cı ildə Bakıda 

vəfat etmişdir. 

 

Ədəbiyyat 

Əliverdibəyov Nazim Ağalar oğu //Muğam ensiklopediyası; Heydər  Əliyev 

fondu.- Bakı, 2008.- S.64. 

Əliverdibəyov Nazim Ağalar oğlu //Üzeyir Hacıbəyli ensiklopediyası; 

Azərbaycan Mədəniyyətinin  Dostları Fondu.- Bakı, 2008.- S.47. 

 

Rus dilində 

Абдуллаева, М. Назим Аливердибеков  /М.Абдуллаева.- Баку, 1981.- 23 с. 

İnternetdə 

 

www.anl.az  



www.az.wikipedia.org  

www.musigi-dunya.az                                                                        



Nailə Alışova  


221 

 

Söhrab Əbülfəz oğlu Tahir 1926-

cı il avqust ayının 6-da Cənubi 

Azərbaycanın Astara şəhərində 

sənətkar ailəsində anadan olmuşdur. 

Burada həkim Nizam məktəbinin 

hazırlıq sinfində ikən  İran  şah 

hakimiyyəti onu ailəlikcə Kirman-

şah şəhərinə sürgün etmişdir. 1939-

1943-cü illər sürgün dövründə “Səadət” və  “Şahpur” 

məktəblərində 9-cu sinifədək oxumuş, ailə  vəziyyəti-

nin ağırlığı üzündən atası ilə  “İran-İngilis neft 

şirkəti”ndə işləməyə məcbur olmuşdur. Burada torna-

çı, qaynaqçı, motorçu işləmişdir. 

1941-ci ildə Sovet Ordusunun İrana daxil olması, 

ailəliklə sürgündən Təbrizə qayıtmalarına imkan ver-

mişdir. Təbrizdə bir müddət atasının qaynaqçı sexində 

işləmişdir. Azərbaycanda Milli hökumət qurulan za-

man Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitə-

si təşkilat şöbəsinin partiya bilet bölməsində möhürdar 

işləmişdir. 

“Yaşa qüdrətli qoşun” adlı ilk mətbu  şeiri “Azər-

baycan” qəzetinin 30 aprel 1949-cu il tarixli sayında 

dərc olunmuşdur. O vaxtdan dövri mətbuatda  şeir, 

hekayə, ədəbi-tənqidi və publisistik məqalələrini dərc 

etdirir. 

O, 1946-cı ildə Bakıya təhsil almağa göndərilmiş-

dir. 1950-ci ildə Bakı diş həkimliyi və feldşerlik mək-

təbini də bitirmişdir. O, 1952-1957-ci illərdə Azər- 

 

baycan Dövlət Universi-



tetinin Filologiya fakültə-

sində  təhsil almışdır. 1959-

1961-ci illərdə Moskvada 

M.Qorki adına Ali Ədəbiy-

yat kurslarında müdavim 

olmuşdur. Eyni zamanda 

ADF MK-da (Azərbaycan 

Demokrat Firqəsi Mərkəzi 

Komitəsində) təlimatçı, 

ADF-nin Bakı  şəhər komi-

təsinin birinci katibi, Cənu-

bi Azərbaycan Yazıçılar 

Cəmiyyətinin sədri vəzifə-

sində işləmişdir. 

1962-1966-cı illərdə 

ADF-in Bakı komitəsində 

birinci katib, 1967-1973-cü 

illərdə “Azərbaycan” jurnalı 

redaksiyasında məsul katib, 

1974-1980-ci illərdə ADF 

MK orqanı “Azərbaycan” 

qəzetinin və “Azərbaycan” 

jurnalının redaksiyalarında 

bədii 


şöbələrdə müdir, 

ADF-in nəzdində  çıxan 

“Səhər”  ədəbi-tarixi jurna-

lında baş redaktor müavini, 

 

Avqust  


 

85 illiyi 

 

Söhrab Tahir 



1926 

 

 



 

 

Şair 






222 

1984-cü ildə isə ADR MK-nın siyasi-nəzəri orqanı 

olan “Azərbaycan” jurnalının redaktoru olmuşdur. 

1986-1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyi 

idarə heyətinin, “Literaturnı Azerbaydjan” jurnalı 

redaksiya heyətinin, “Yazıçı” nəşriyyatının bədii  şu-

rasının, Azərbaycan  Ədəbiyyat fondu idarə heyətinin 

üzvü, SSRİ  Ədəbiyyat fondu plenumunun üzvü, 

Azərbaycan Yazıçılar Birliyi şeir  şurasının sədri ol-

muşdur. 


1991-ci ildən  Bədii ədəbiyyat təbliğat bürosu idarə 

heyətinin sədri təyin olunmuşdur. 

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü-

dür. 


1993-2003-cü illərdə Azərbaycan Respublikası 

Elmlər Akademiyasının Milli Münasibətlər  İnstitu-

tunda aparıcı elmi işçi olmuşdur. 2003-cü ildən hal- 

hazıra kimi Azərbaycan Milli Elmlər Akademiyasının 

Şərqşünaslıq İnstitutunun böyük elmi işçisidir. 

Ölkəmizdə ümumittifaq 

səviyyəsində keçirilən  ədə-

bi tədbirlərdə, poeziya gün-

lərində, Azərbaycan ədəbiy-

yatı ongünlüklərində, yubi-

ley təntənələrində  və bir 

sıra tədbirlərdə  iştirak et-

mişdir.  İnqilabi,  ədəbi-icti-

mai fəaliyyətinə görə  Təb-

rizdə “21 Azər” medalı  və 

bir sıra medallarla, Azər-

baycan SSR Ali Soveti 

Rəyasət Heyətinin Fəxri 

fərmanı ilə  təltif olunmuş-

dur. 


1998-ci ildən Azərbay-

canın Xalq şairidir. 

 

Ədəbiyyat 

 

Ata: Poema-epos: 2 kitabda /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2000.- Kitab 1.- 386 s.; 

2002.- Kitab 2.- 207 s. 

Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam: Romanlar /Söhrab Tahir.- Bakı: 

Yazıçı, 1988.- 383 s.  

Sevgi, sevinc, ayrılıq /Söhrab Tahir.- Bakı: Qartal nəşriyyatı, 1996.- 184 s.  

Sevgisində itən qız /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 434 s. 

Sonuncu şah /Söhrab Tahir.- Bakı: Ağrıdağ, 2001.- 498 s. 

Quliyeva, Z. Yaradıcılıq gecəsi: Xalq şairi Söhrab Tahirin 80 yaşı münasibətilə  

/Z.Quliyeva //Azərbaycan.- 2007.- 25 aprel.- S.8. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.orq 

www.google.az 

 

 

                                                              Samirə   Eminova    




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə