Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə73/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   69   70   71   72   73   74   75   76   ...   141

226 

 

Ələviyyə  Hənifə  qızı Babayeva 



1921-ci il avqust ayının 12-də Bakıda 

anadan olmuşdur. Orta məktəbi bitir-

dikdən sonra S.M.Kirov adına ADU -

nun (indiki BDU) Fılologiya fakül-

təsində  təhsil almışdır.  Ələviyyə 

xanım bədii yaradıcılığa çox erkən 

yaşlarından başlamışdır. Bir uşaq yazıçısı kimi ədə-

biyyat aləminə  qədəm qoymuş, uzun illər uşaqlar 

üçün kiçik hekayələr yazmış, onların mənəvi 

dünyasının zənginləşməsinə, vətənpərvərlik ruhunda 

tərbiyələnməsinə kömək etmişdir.  Ədəbi fəaliyyətə 

1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki 

həyat” adlı hekayəsi ilə başlamışdır.  Onun “Mənim 

müəllimim”, “Kənd yoları”, “Yenə baharda”, “Sehrli 

pillələr” kitablarına toplanmış hekayələr kiçik yaşlı 

uşaqların həyatından bəhs edir. 

Ələviyyə Babayevanın yaradıcılığında ikinci xətt 

gənclərin həyatı, problemləri və taleyi məsələsidir. 

Yazıçı “Kölgə”, “Yarpaqlar nə haqda pıçıldaşır”, 

“Tut” adlı hekayələr kitabını, “Adamlar və talelər”, 

“Hardasan dost, harada”, “Anadil  ağlayırdı”, “Yanar 

su”, “Ölürəm, a dağlar” povest və romanlarını bu 

mövzulara həsr etmişdir. 

Hekayə, povest və romanlar yazmaqla yanaşı, 

müasir rus ədəbiyyatından tərcümələr etmişdir. 

A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz 

ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı  təpə” 

(1963), K.Paustovskinin “Oğru pişik” (1951), 

V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962),  

 

Y.Sotnikin “Əcaib quş” 



(1964), V.Astafyevin “Ul-

duz xəzanı” (1970), Y.Ça-

ruşinin “Nikitanın oyun-

caqları” (1984) və b. onun 

tərcüməsində kütləvi tirajla 

çap olunmuşdur.  

Ələviyyə xanımın bir 

sıra  əsərləri rus, ingilis, 

türk, bolqar, çin, yapon və 

başqa dillərə tərcümə olun-

muş  və  həmin ölkələrin 

nəşriyyatlarında çapdan 

çıxmışdır. 

Ə.Babayeva 25-dən ar-

tıq kitabın müəllifidir.  

O, 1951-1973-cü illər-

də “Azərbaycan qadını” 

jurnalında məsul katib, 

1973-1976-cı illərdə 

“Gənclik” nəşriyyatında 

Müasir ədəbiyyat şöbəsinin 

müdiri, 1976-1985-ci illər-

də baş redaktor olmuşdur. 

Moskvada Azərbaycan ədə-

biyyatı ongünlüyündə, 

həmçinin ölkəmizin bir çox 

yerlərində ədəbi tədbirlərdə 

iştirak etmişdir.  

 

Avqust  


 

90 illiyi 



Ələviyyə  Babayeva   

  1921  


 

 

Yazıçı 



12 


227 

O, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 

üzvü, 1979-cu ildən Azərbaycanın  Əməkdar mədə-

niyyət işçisidir.  



 

Ədəbiyyat 

 

Cırtdan şəhərdən qaçıb (povest və hekayələr) /Ə.Babayeva.- Bakı: Turan, 2001.- 

110 s.  

Dəli Sona (roman) /Ə.Babayeva.- Bakı: Şirvan, 1998.- 419 s. 

Yanar su: roman /Ə.Babayeva;  red. Z.Şahsevənli.- Bakı: Qapp-Poliqraf Npk, 

2002.- 216 s.  

Rəngbərəng yuxular: 60 ildə gördüklərim, sevdiklərim və sevmədiklərim:  

Həyat-behişt və cəhənnəm əzabı /Ə.Babayeva; red. Arif Şamo.- Bakı: Araz, 2000.- 

232 s. 

Son döngə: roman /Ə.Babayeva.-Bakı: Azərnəşr, 2000.- 430 s.  



Rəssam Rasim haqqında sözlərim: rəssam Rasim Babayev haqqında 

/Ə.Babayeva //Ədəbiyyat qəzeti.- 2008.- 8 avqust.- S.3.  

Ələviyyə Babayeva /S.Gəncəli //Qadın, Gözəllik və Ülviyyət: Ensiklopedik 

toplu.- Bakı, 2001.- S.265. 

 

İnternetdə 

www az.wikipedia.org 

www big.az 

www.kitab.az                                                                                      



 

Nailə Alışova 

 

 




228 

 

    



Emin  Ələkbər oğlu Quliyev 

1976-cı il avqust ayının 12-də Bakı-

nın Qaradağ rayonunun Sahil qəsə-

bəsində doğulmuşdur. 

 25 avqust 1994-cü ildə Qaradağ 

rayon Hərbi Komissarlığı tərəfindən 

Milli Orduya çağırılmışdır. O, Ya-

lamada hərbi təlim keçdikdən sonra 

776 saylı hərbi hissəyə göndərilmişdir. 

   E.Quliyevin  xidmət etdiyi batalyonun əsgərləri 

1995-ci ilin fevral ayının əvvəllərində Şubanıya ezam 

olundu. Artıq bu ərəfədə ölkədə siyasi sabitlik pozul-

muşdu. Bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə 

can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə 

ağır fəlakətlərlə üzləşə bilərdi. 13 mart 1995-ci ildə 

çağırışlara tabe olmayan bu dəstə öz çirkin əməllərini 

həyata keçirmək üçün silahlı  əməliyyata başladı. 

Eminin xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı 

yatırmaq üçün hadisə yerinə göndərildilər. Milli 

Ordunun  əsgərləri hadisə yerinə çatanda silahlı 

toqquşma artıq başlamışdı. Emin cinayətkarlara qarşı 

aparılan əməliyyatda fəal iştirak edir, yaralıların  

döyüş meydanından çıxarıl-

masında  əsl qəhrəmanlıq 

nümunəsi göstərirdi. Lakin 

güllələrdən biri ondan yan 

keçmədi. O, gözlərini əbədi 

yumdu. 


   Subay idi. 

   Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı  Fər-

manı ilə Quliyev Emin 

Ələkbər oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmış-

dir. 

   Məzarı doğulduğu Sahil 



qəsəbəsindəki  Şəhidlər Xi-

yabanındadır. 

   Bakının Qaradağ rayo-

nunun Sahil qəsəbəsindəki 

14 saylı Xüsusi İnternat 

məktəbi, Qaradağ rayonun-

da küçə və park onun adını 

daşıyır. 



Ədəbiyyat 

    Emin  Ələkbər oğlu  Quliyev //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.121-122. 

     Əsgərov, V. Quliyev Emin Ələkbər oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.121.   

                                                                                                Bəybala Ələsgərov 

 

Avqust  


 

35 illiyi 

 

Emin Quliyev 



1976-1995 

 

 



 

 

Milli 



Qəhrəman 

12 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə