Сечилмиш ясярляри
67
BİR GECƏLİK VAĞZAL ÖMRÜ
Gözləmə zalının sükutu sarı,
Yuxu kirpikləri sancaqlayıbdır.
Uzanıb torpağın polad qolları
Mürgülü vağzalı qucaqlayıbdır.
Kilidsiz kirpikdə yarımçıq mürgü,
Səfərlər cürbəcür, qatarlar növ-növ.
Bu yollar səfərdən səfərə körpü,
Bu vağzal dünyaya qovuşan bir ev.
Vağzal gözətçisi hamıdan oyaq,
Elə bil qor düşüb duyğularına.
Gəzişir səbirsiz sərnişin sayaq
«Sərnişin» olmadan yuxularına.
Ulduzlar o qədər adiləşib ki,
Əl atsan qırılıb ovcuna düşər.
Qaranlıq o qədər qatılaşıb ki,
Bələdçi özü də nabələdləşər.
Bir azdan qatarın həyəcan səsi
Vağzalı vaqona boşaldacaqdır.
Mrgülü gözlərin yuxu həvəsi
Gecəni kupedə yaşadacaqdır.
1979
Адил Ъямил
68
ANA, AY ANA
Ana, ay ana,
Urvalı əllərinlə
Çörək vermisən mənə,
Çörəyim çörəyindir.
Ürək vermisən mənə —
Ürəyim ürəyindir.
Ana, ay ana,
Beşiyimin başında
Dil açan laylam mənim,
Gözlərimin içində
Yaşayan dünyam mənim.
Ana, ay ana,
Mənə çörək vermisən,
Mənə ürək vermisən,
Mənə layla olmusan,
Mənə dünya olmusan,
Sənə oğul olaydım…
1979
Сечилмиш ясярляри
69
BU DÜNYADA
Qəlpə dəymiş ağrılar var,
Qara donlu qarılar var,
Qara günlü qaralar var
bu dünyada.
İlan yeyən kirpilər var,
«Adamyeyən» körpülər var,
Silahlar var, körpələr var
bu dünyada.
Fil dişindən saraylar var,
Saray yıxan alaylar var,
Külə dönmüş haraylar var
bu dünyada.
Qapılar var çox bağlanıb,
Ömürlər var torpaqlanıb,
Arzular var yarpaqlanıb
bu dünyada.
Öldürülmüş ölkələr var,
Ümmanyumaz ləkələr var,
İşıqlar var, kölgələr var
bu dünyada.
1980
Адил Ъямил
70
BEŞ OĞUL ATASI MƏHƏMMƏD KİŞİ
Tənha otağında açır səhəri,
Kimsəsiz evindən baxır günəşə.
Könlündən keçəni illərdən bəri
Bilmir kimə deyə, kimə gənəşə
Beş oğul atası Məhəmməd kişi.
Utanır çıxmağa kəndə-kəsəyə,
Nə qədər xeyir-şər onsuz olubdur.
O gün ki, oğlanlar çatıb ərsəyə
Övladsız olubdur, sonsuz olubdur
Beş oğul atası Məhəmməd kişi.
Düşünüb bağ sala, bağça bitirə,
Bar-bəhər yağdıra ata yurduna.
Düşünüb toy edə, gəlin gətirə,
Bəlkə bir şirinlik qata yurduna
Beş oğul atası Məhəmməd kişi.
Beş oğul beş yerə şaxələnibdir
Ata ürəyinin damarlarıtək.
Dumanlı gözünə şeh ələnibdir,
Ağlayıb evinin divarlarıtək
Beş oğul atası Məhəmməd kişi.
Düşünür döyüşdə keçən illəri,
Nəfəsi boğucu hava görübdür.
Ütülüb sifəti, yanıb əlləri,
Beş il davam edən dava görübdür
Beş oğul atası Məhəmməd kişi.
Сечилмиш ясярляри
71
Canında beş qəlpə gəlsə də, hərdən
Beş oğul veribdir təskinliyini.
Bəs indi nə oldu, nə oldu birdən,
Necə izah etsin miskinliyini
Beş oğul atası Məhəmməd kişi.
…Beş oğul baş alıb köçüb şəhərə,
Köçəri olublar ağıl dərdindən…
Bir dərddən saralıb dünyada hərə,
Saralıb, solubdur oğul dərdindən
Beş oğul atası Məhəmməd kişi.
Yaşgörməz gözləri dolandan bəri
Özü də mat qalıb öz kimliyinə.
Beş bala beş bəla olandan bəri
İnanır dünyanın beş günlüyünə
Beş oğul atası Məhəmməd kişi.
1980
Адил Ъямил
72
DAĞDA DƏYİRMAN DAŞI
Bu daş buğda üyüdərmiş bir zaman,
İndi özü selavarda üyünür.
Daş üstündə buğda bitib, ay aman,
Daş köksündə sünbül nəbzi döyünür!..
Ötən illər damarına axıb çay,
Dəyirmanın daş ürəyi döyünüb,
Zəmilərin şirəsini sıxıb çay,
Arpa dəni, buğda dəni üyünüb,
Obaların dərdi, qəmi üyünüb.
Çiçək qarı beçəsinin balıyla
Qonşusunun ağ atını alıbdır.
Nənəm Nabat «Nobatalan yolu»yla
Hamısının nobatını alıbdır.
Gümüş pərlər gümüş suyu geyinib,
Taxta çaxçax deyindikcə deyinib,
Aşıb-daşıb dəyirmanın unluğu,
Sarı buğda üyündükcə üyünüb…
…Bu daş gəlib hara çıxıb gör indi,
Səsi batıb, suyu çoxdan sovulub,
Baxdım ona, necə yazıq göründü;
Elə bil ki, qədimləşib dəyirman,
Dövrümüzdən, əsrimizdən qovulub…
1979
Сечилмиш ясярляри
73
ELƏ HEY YAZIRSAN
Elə hey yazırsan: «Qardır, sazaqdır,
Əynini qalın et, özünü gözlə,
Baş çəkə bilmirəm, yolun uzaqdır».
Əzizlə, ay ana, məni əzizlə…
Əzizlə, saçımı yolmasın külək,
Dilim buz bağlasa mehrin əridər.
Məni qalın palto, ən isti köynək
İsitməz nəfəsin isidən qədər.
1973
Dostları ilə paylaş: |