Сечилмиш ясярляри
101
«Oğul» deyib ağlar olsan
Göz yaşını qoy mən silim…
Sənsən mənim bu dünyada
İlk beşiyim, son mənzilim,
Kəlbəcərim, Kəlbəcərim…
1982
TORPAQ ŞİRİNLİYİ
Bir camış sərhədi o taya keçir və yeddi ildən sonra iki
balası ilə bu tayda yaşayan sahibinin qapısına qayıdır
Sərhədçi söhbətindən
Allahın dilsiz heyvanı,
Qürbətdən Vətən olmayıb.
Yadın qərib torpağında
Göyərib-bitən olmayıb.
Vətən bağrını yandırıb,
Ağlamısan için-için.
Ot gəzmisən bircə kövşək,
Su gəzmisən bircə içim.
Sənin dilsiz kədərini
Qərib el duya bilməyib.
Ahından doyan yadelli
Südündən doya bilməyib.
Göz yaşından keçib illər,
Düyə olub iki balan.
Elə yenə Vətən dərdi
Olub sənin dərdin, bəlan.
Адил Ъямил
102
Bir gün odlu məftilləri
Mələrtinlə soyutmusan,
Özün heyvan ola-ola
Vətəninə qayıtmısan…
Diz çökmüsən bu torpağa,
Sevincindən ağlamısan.
Bircə parça Vətən bilib
Sahibini yalamısan…
1980
Сечилмиш ясярляри
103
BUDAQLARI YALIN AĞAC
Sən ağaca bənzəmirsən,
Elə bil ki,
Buynuzları burum-burum
Dağ kəlisən.
Sən ağaca bənzəmirsən,
Sən ağacın heykəlisən…
Ağac olan çiçək açır,
Yarpaq tökür,
Ağacsansa ağacların
Meyvəsini dərən olur,
Kölgəsinə girən olur.
…Yeyilməzsən - meyvən kimi,
Görünməzsən - kölgən kimi.
Göyün altda yellənirsən
Bir göyümsov yelkən kimi…
Qışa qışdan soyuqluğun
Hələ qalsın bir tərəfə,
Bahara da biganəsən.
Bu qəribə xislətinlə
Yer üzündə yeganəsən,
Budaqları yalın ağac!..
Sən ağaca bənzəmirsən,
«Daş ürəkli» zalım ağac!
Bir baharla meşə ömrü
Ağac-ağac yaşıllaşır,
Torpaqköklü ağacların
Budağında bahar daşır,
Söylə, sənin yazın hanı?
Ağacsansa günəş görən
O tumurcuq gözün hanı?
…Ya ocağa odun ol sən,
Адил Ъямил
104
Ya da belə ağac olma.
Bu görkəmlə,
Bu kölgənlə
Öz başına qaxanc olma.
1981
Сечилмиш ясярляри
105
«ŞİMALİ QAFQAZ» DƏFTƏRİNDƏN
HARA GETSƏN…
Hara getsən dünyanın bir üzü
Baharı yaşadır
yamyaşıl ağacıyla,
al-əlvan yamacıyla…
Hara getsən qara torpaq
Qara buluda həsrət,
Qaranlıq işığa,
İnsan umuda həsrət…
Hara getsən sevilmək, sevmək
Ürəkdə göyərən ehtiyac,
Kimisi sevilməyə,
Kimisi sevməyə ac…
Hara getsən evlərin
Yoxsulu, varlısı var.
Cavanı, qocası,
Qızı, qarısı var.
Hansı kəndli süfrəsinə
qonaq olsan
Öz kəndçinə bənzəyəcək —
Danışanda şirin kəndli şivəsiylə
Süfrəsini bəzəyəcək…
Адил Ъямил
106
Bir yaşımtıl kənd axşamı
Çəkib içinə çəyirtkə səsini
Sabaha saxlayanda,
İnək sağmağa gedən
Anasının dalınca
Körpələr ağlayanda
Öz kəndin tapılacaq
Özgə kəndin içində…
Hara getsən dünyada
Bulaq elə bulaqdır,
Yaylaq elə yaylaqdır,
Axşam axşam rəngində,
Səhər südrəng səhərdir.
Hara getsəm dünyada
Kənd qalır kəndliyində,
Şəhər elə şəhərdir.
Hara getsən, o yerin
Fəsilləri dəyişkən,
Nəsilləri döyüşkən…
Nəhəng zavod, fabriklər
Qaynaşan insan ilə
Dolar-boşalar
Arı pətəyi kimi.
Rüzgar — qarlı-günəşli
Dağ ətəyi kimi…
Сечилмиш ясярляри
107
Hara getsən, dünyada
Yad dillərdə demirəm,
İnsanca danışmaq
Su içimitək asandır.
Hara getsən dünyada
İnsan elə insandır!
Kislovodsk
1982
Адил Ъямил
108
KAZAK MAHNISI
Elbrusun ətəyi,
Şehə batıb çiçəyi…
Burda bir qız sevmişəm:
Qızların ən göyçəyi…
Elbrusun dumanı
Verməz görüş gümanı.
Yarım gələ, yanılda
Ürəyimə damanı.
Elbrusun yamacı,
Yamacında turacı.
Heç doymadım vüsaldan,
Yar acıyam, yar acı…
Elbrusu qış tutub,
Gözlərimi yaş tutub,
Başımdakı bu sevda
Bir də görəm baş tutub…
Elbrus bir uca dağ,
Həm cavan, həm qoca dağ.
O qız mənim olmasa,
Qorxuram ki, uça dağ…
1982
Сечилмиш ясярляри
109
BİLMİR
Gözlərim bir duru bulaq gözünü
Hara gedirəmsə unuda bilmir…
Gözümdə çağlayır hər gün o bulaq,
Dağlar heç olmasa bunu da bilmir…
Dolaşıb beynimin misra düzümü,
Dan üzü dağlara tutum üzümü…
Ən gözəl torpaqlar mənə özünü
Yuvam Kəlbəcərtək tanıda bilmir.
İnsan unudulur iz qoymayırsa,
Şair ölüb gedir söz qoymayırsa,
Kim doğma torpağa üz qoymayırsa
Odur əvvəli də, sonu da - bilmir...
1982
Dostları ilə paylaş: |