Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

Сечилмиш ясярляри
  
 
 
101
«Oğul» deyib ağlar olsan 
Göz yaşını qoy mən silim… 
Sənsən mənim bu dünyada 
İlk beşiyim, son mənzilim, 
Kəlbəcərim, Kəlbəcərim… 
1982 
 
TORPAQ ŞİRİNLİYİ 
 
Bir camış sərhədi o taya keçir və yeddi ildən sonra iki 
 balası ilə bu tayda yaşayan sahibinin qapısına qayıdır 
 
Sərhədçi söhbətindən 
 
Allahın dilsiz heyvanı, 
Qürbətdən Vətən olmayıb. 
Yadın qərib torpağında 
Göyərib-bitən olmayıb. 
 
Vətən bağrını yandırıb, 
Ağlamısan için-için. 
Ot gəzmisən bircə kövşək, 
Su gəzmisən bircə içim. 
 
Sənin dilsiz kədərini 
Qərib el duya bilməyib. 
Ahından doyan yadelli 
Südündən doya bilməyib. 
 
Göz yaşından keçib illər, 
Düyə olub iki balan. 
Elə yenə Vətən dərdi 
Olub sənin dərdin, bəlan. 
 
 


 
    
Адил Ъямил
  
 
 
102
Bir gün odlu məftilləri 
Mələrtinlə soyutmusan, 
Özün heyvan ola-ola 
Vətəninə qayıtmısan… 
 
Diz çökmüsən bu torpağa
Sevincindən ağlamısan. 
Bircə parça Vətən bilib 
Sahibini yalamısan… 
 
1980 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
103
 
BUDAQLARI YALIN AĞAC 
 
Sən ağaca bənzəmirsən, 
Elə bil ki, 
Buynuzları burum-burum 
Dağ kəlisən. 
Sən ağaca bənzəmirsən, 
Sən ağacın heykəlisən… 
Ağac olan çiçək açır, 
Yarpaq tökür, 
Ağacsansa ağacların 
Meyvəsini dərən olur, 
Kölgəsinə girən olur. 
…Yeyilməzsən - meyvən kimi, 
Görünməzsən -  kölgən kimi. 
Göyün altda yellənirsən 
Bir göyümsov yelkən kimi… 
Qışa qışdan soyuqluğun 
Hələ qalsın bir tərəfə, 
Bahara da biganəsən. 
Bu qəribə xislətinlə 
Yer üzündə yeganəsən, 
Budaqları yalın ağac!.. 
Sən ağaca bənzəmirsən, 
«Daş ürəkli» zalım ağac! 
Bir baharla meşə ömrü 
Ağac-ağac yaşıllaşır, 
Torpaqköklü ağacların 
Budağında bahar daşır, 
Söylə, sənin yazın hanı? 
Ağacsansa günəş görən 
O tumurcuq gözün hanı? 
…Ya ocağa odun ol sən, 


 
    
Адил Ъямил
  
 
 
104
Ya da belə ağac olma. 
Bu görkəmlə, 
Bu kölgənlə 
Öz başına qaxanc olma. 
 
1981 
 
 


Сечилмиш ясярляри
  
 
 
105
 
«ŞİMALİ QAFQAZ» DƏFTƏRİNDƏN 
 
 
 
 
HARA GETSƏN… 
 
Hara getsən dünyanın bir üzü 
Baharı yaşadır 
yamyaşıl ağacıyla, 
al-əlvan yamacıyla… 
 
Hara getsən qara torpaq 
Qara buluda həsrət, 
Qaranlıq işığa, 
İnsan umuda həsrət… 
 
Hara getsən sevilmək, sevmək 
Ürəkdə göyərən ehtiyac, 
Kimisi sevilməyə, 
Kimisi sevməyə ac… 
 
Hara getsən evlərin 
Yoxsulu, varlısı var. 
Cavanı, qocası, 
Qızı, qarısı var. 
 
Hansı kəndli süfrəsinə 
qonaq olsan 
Öz kəndçinə bənzəyəcək — 
Danışanda şirin kəndli şivəsiylə 
Süfrəsini bəzəyəcək… 


 
    
Адил Ъямил
  
 
 
106
   
Bir yaşımtıl kənd axşamı 
Çəkib içinə çəyirtkə səsini 
Sabaha saxlayanda, 
İnək sağmağa gedən 
 
Anasının dalınca 
Körpələr ağlayanda 
Öz kəndin tapılacaq 
Özgə kəndin içində… 
 
Hara getsən dünyada 
Bulaq elə bulaqdır, 
Yaylaq elə yaylaqdır, 
Axşam axşam rəngində, 
Səhər südrəng səhərdir. 
Hara getsəm dünyada 
Kənd qalır kəndliyində, 
Şəhər elə şəhərdir. 
 
Hara getsən, o yerin 
Fəsilləri dəyişkən, 
Nəsilləri döyüşkən… 
Nəhəng zavod, fabriklər 
Qaynaşan insan ilə 
Dolar-boşalar 
Arı pətəyi kimi. 
Rüzgar — qarlı-günəşli 
Dağ ətəyi kimi… 
 
 


Сечилмиш ясярляри
  
 
 
107
Hara getsən, dünyada 
Yad dillərdə demirəm, 
İnsanca danışmaq 
Su içimitək asandır. 
Hara getsən dünyada 
İnsan elə insandır! 
Kislovodsk 
1982 


 
    
Адил Ъямил
  
 
 
108
 
KAZAK MAHNISI 
 
Elbrusun ətəyi, 
Şehə batıb çiçəyi… 
Burda bir qız sevmişəm: 
Qızların ən göyçəyi… 
 
Elbrusun dumanı 
Verməz görüş gümanı. 
Yarım gələ, yanılda 
Ürəyimə damanı. 
 
Elbrusun yamacı, 
Yamacında turacı. 
Heç doymadım vüsaldan, 
Yar acıyam, yar acı… 
 
Elbrusu qış tutub, 
Gözlərimi yaş tutub, 
Başımdakı bu sevda 
Bir də görəm baş tutub… 
 
Elbrus bir uca dağ, 
Həm cavan, həm qoca dağ. 
O qız mənim olmasa
Qorxuram ki, uça dağ… 
1982 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
109
 
BİLMİR 
 
Gözlərim bir duru bulaq gözünü 
Hara gedirəmsə unuda bilmir… 
Gözümdə çağlayır hər gün o bulaq, 
Dağlar heç olmasa bunu da bilmir… 
 
Dolaşıb beynimin misra düzümü, 
Dan üzü dağlara tutum üzümü… 
Ən gözəl torpaqlar mənə özünü 
Yuvam Kəlbəcərtək tanıda bilmir. 
 
İnsan unudulur iz qoymayırsa, 
Şair ölüb gedir söz qoymayırsa, 
Kim doğma torpağa üz qoymayırsa 
Odur əvvəli də, sonu da - bilmir... 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə