Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

Сечилмиш ясярляри
  
 
 
117
 
 
 
 
 
 
 
 
 
 
 
 
AYLI GECß  
NAÝILI 


 
    
Адил Ъямил
  
 
 
118


Сечилмиш ясярляри
  
 
 
119
 
YENƏ GƏLƏSİYƏM 
 
Ömür dayanırmı, insan ölürmü? 
Ölümün özü də başqa ömürmü? 
Bu sirri haçansa biləsiyəm mən
Yenə bu dünyaya gələsiyəm mən… 
 
Bir yaşıl bucaqda ota çevrilib, 
Bir yanar ocaqda oda çevrilib 
Qoymaram şöləmi öləziyə mən - 
Yenə bu dünyaya gələsiyəm mən. 
 
Gərək ayağına durub döşənim - 
Bu balta çaldığım yaşıl meşənin 
Haçansa ulası, vələsiyəm mən - 
Yenə bu dünyaya gələsiyəm mən. 
 
Günəşə qarışıb, havaya çöküb, 
Ağlayan buludla göz yaşı töküb, 
Açılan güllərlə güləsiyəm mən - 
Yenə bu dünyaya gələsiyəm mən. 
 
Ömrümün davamı övlad səsiylə, 
Bu nəfəs aldığım söz nəfəsiylə 
Mənsizlik qəmini siləsiyəm mən - 
Yenə bu dünyaya gələsiyəm mən. 
 
Köçsə «o dünyaya» karvanım, köçüm, 
Bir gün tələsərəm bu dünya üçün - 
Həmişə harasa tələsiyən mən… 
… Yenə bu dünyaya gələsiyəm mən. 
 
1983 
 


 
    
Адил Ъямил
  
 
 
120
 
VƏTƏN 
 
Varlığından var olmuşam, 
Malım, mülküm, varım vətən. 
Günəşindən nur almışam, 
Odum, közüm, nurum vətən. 
 
Səngiməyən ocağınam, 
Nəğmə deyən dodağınam, 
Bar gözləyən budağınam, 
Şəhdim, şirəm, barım vətən. 
 
Muğamında hənirtin var, 
Həm keçmişin, həm indin var… 
İliyimdə iniltin var - 
Neyim, sazım, tarım vətən… 
 
Düşməni çaşbaş qoyaram, 
Yuvasını boş qoyaram… 
Uğrunda mən baş qoyaram, 
Namus, qeyrət, arım vətən. 
 
Açan gülün solmayaydı, 
Gülən gözün dolmayaydı, 
Ürəyində olmayaydı 
Araz boyda «şırım» vətən… 
 
Sənsiz olsam - bədənim yox
Sənsiz ölsəm - kəfənim yox… 
Məni səntək sevənim yox - 
Anam, bacım, yarım vətən… 
 
1983 
 


Сечилмиш ясярляри
  
 
 
121
 
GÖZLƏRİM YOL ÇƏKİR 
 
Xalq şairi Söhrab Tahirə 
 
Gözlərim yol çəkir - yollar gözümdə, 
«Nə bir gələnim var, nə bir gedənim». 
Haçandır qalmısan əli dizində, 
Bir dildə danışan iki vətənim… 
 
…Həsrət yol gəlibdir neçə qərinə
Bir gün bu yolları ölçən tapılar… 
Xuda kömək olsun Xudafərinə - 
Nə vaxtsa üstündən keçən tapılar! 
 
Gözlərim yol çəkir… qulağım səsdə, 
Hər gün yol gedirəm düz Təbrizəcən. 
Uçmaq çətin imiş tək qanad üstdə, 
Yollar uzun imiş bizdən bizəcən!.. 
 
Gözümü açandan göynəyir sinəm, 
Bu həsrət canımda məgər can qoyub?! 
Ölüncə o taya boylanan nənəm 
Atamın adını Savalan qoyub… 
 
1983 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
122
 
DİVAR ÇATDAĞINDAN SÜZÜLƏN İŞIQ 
 
Divar çatdağından süzülən işıq 
Oynayır gözündə Nazim Hikmətin. 
Nə yaxşı günəşi topa tutmayır, 
Yoxsa ki, xəbəri yox hökumətin?.. 
Soyuq kamerada alışan şair, 
Günəşə tamarzı, pərişan şair 
Üzür dənizində bu səadətin… 
 
Bir parça həyatdır - bir zərrə işıq, 
Qaranlıq qurd kimi gəmirir ömrü… 
Nazim fikrə gedir - fikri qarışıq - 
Fikir də bir yandan sümürür ömrü… 
 
Bu titrək işığın aydınlığında 
Həyat yoldaşına həyat haqqında 
İşıqlı bir məktub yazmaq istəyir, 
Yamanı yaxşıya yozmaq istəyir - 
Yadına düşməyir aclıq, fəlakət… 
Mavi gözlərindən yaş olub axır 
Torpağı, dənizi mavi məmləkət… 
 
Titrəyir Nazimin əlində qələm - 
Qonşu kamerada kimsə çığırır… 
Diksinib qorxudan geri çəkilir 
Günəşdən ayrılan işıq cığırı. 
Şair gözlərinin mavi həsrəti 
O ürkək işığı geri çağırır - 
Divar çatdağından süzülən işıq 
Oynayır gözündə Nazim Hikmətin
Nə yaxşı xəbəri yox hökumətin… 
                                                            
1983 
 


Сечилмиш ясярляри
  
 
 
123
 
ALTILIQLAR 
 
Ayların, illərin axarı iti - 
Gün keçir… yaş gəlir yaşımın üstə. 
Keçdiyim yolların keçilməzliyi 
Qırışa çevrilir qaşımın üstdə. 
Başımı götürüb hara gedirəm 
Taleyin havası başımın üstdə… 
 
*** 
Aclara təsəlli verə bilərəm - 
Mənim ki, çörəyim bolluqdan çıxır. 
«Cığırı» əriyir gedən gəminin 
Su yolu bir anda yolluqdan çıxır. 
Vəzifə adına qul olan kəslər 
Özündən çıxanda qulluqdan çıxır… 
 
*** 
Gözümlə yeyirəm bu dünyanı mən - 
Əlim çatmayana baxışım çatır. 
Yaxşılıq eləmək istədiyimə 
Köməyim çatmasa alxışım çatır. 
Gözlərə görünmür düz əməllərim, 
Elin qulağına yanlışım çatır… 
 
*** 
Açılan səhərlər ümid gətirir - 
Nə yaxşı gecənin gündüzü varmış. 
İcma «qabığına» sığmayıb bəşər - 
Nə yaxşı keçmişin indisi varmış. 
Necə doğulardıq, necə ölərdik, 
Nə yaxşı yerimiz yer üzü varmış… 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə