Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
    
Адил Ъямил
  
 
 
110
 
QATARDAN GÖRDÜYÜM GENİŞ DÜZLƏRƏ 
 
Bir belə genişlik qonsa gözümə 
Heç vədə ağrıyan ürəyim olmaz. 
Fərəhim çırtlayıb çıxar üzümə, 
Tanrıdan ikinci diləyim olmaz. 
 
Bir belə genişlik qonsa gözümə 
Arzumu bəsləyər meşə kölgəsi. 
Qanadım qırılıb düşməz dizimə, 
Döndərməz yolumu ömür döngəsi. 
 
Bir belə genişlik qonsa gözümə 
Uyub sükutuna uyuyaram mən. 
Bir belə genişlik qonsa gözümə 
Dəryada balıqtək böyüyərəm mən… 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
111
 
KAĞIZ GÜLÜ 
 
- Ay gül alan, gəl, gül apar, 
Gül qalmadı əllərimdə… 
Gözəldir bu kağız güllər, 
Bax, o çəmən güllərindən. 
 
Su istəmir – su verəsən, 
On il saxla – solan deyil. 
Özü yalançıdır deyək, 
Rəngləri ki, yalan deyil… 
 
…Tərifləyir kağız gülü, 
Tərifləyir şişman qarı. 
Çəmən gülü alındıqca 
Baxır peşman-peşman qarı. 
 
O bilməyir çəmən gülü 
Sevilir ki, ətirlidir… 
Ömrü-günü az olsa da 
Qiymətlidir, qədirlidir… 
 
Qəfildən bir yağış yağır, 
Ağ «ləçəyin» ağı solur. 
Göz aldadan gül kimi «gül» 
Parça-parça kağız olur… 
1982 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
112
 
ADINI BİLMƏDİYİM AĞACLAR 
 
Gün aydın, 
adını bilmədiyim ağaclar! 
Gün soyudan kölgənizə gəlmişəm, 
Bu yaşılca «ölkənizə» gəlmişəm. 
«Zirvənizdə» çalağanlar 
yuva yapıb - 
Görünür çalma kimi… 
Budağınız bar gətirib, 
Meyvəniz alma kimi… 
Dad-tamınız bilinməz, 
Mənim üçün, inciməyin, ağaclar, 
Siz hamınız naməlum, 
Siz hamınız bilinməz… 
Nəfəsinizi içib, 
Kölgənizi geyib gedirəm. 
Adını bilmədiyim ağaclar, 
Adımı deyib gedirəm… 
 
1982 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
113
 
ÖLMƏZLİK 
 
(Ballada) 
 
Pyatiqorsk şəhərində, Maşuq dağının ətəyində böyük rus şairi 
M.Y.Lermontovla Martınovun duelə çıxdığı yerə hər gün minlərlə adam 
axışır. Lermontov poeziyasının pərəstişkarları onun duel yerində ucalan 
mərmər abidəsi üzərinə tər çiçəklər qoyaraq cəmi iyirmi yeddi il yaşamış 
nakam şairin ruhunu yad edirlər… 
 
Ey çiynində Rusiyanın 
Dərdini daşıyan şair. 
Görüşünə gül gətirdim, 
Gül ömrü yaşayan şair!.. 
 
Öz elindən, öz obandan 
Sən qovuldun yad ellərə, 
Tale tənha qayıq kimi 
Çırpdı səni sahillərə. 
 
Soyuq Sibir də isindi 
Sənin sönməz söz oduna. 
Vətən üçün yana-yana 
Özün düşdün öz oduna… 
 
Şölələndi misra-misra 
Gəncliyinin alov çağı. 
İradəni daş elədi 
Zindanların daş qucağı. 
 
Azadlıqdan ayrılmadın 
Sürgündə sən, məhbəsdə sən. 
Bir nəğməkar bülbül oldun 
Rusiyatək qəfəsdə sən. 
 


 
    
Адил Ъямил
  
 
 
114
Nəğmələrin hökm elədi: 
Hökmranlıq bəsdi daha. 
Ey qaranlıq dəliləri, 
Bu qaranlıq bəsdi daha… 
 
Bu nəğməni saraylarda 
Lal oxudu, kar oxudu. 
Əldən-ələ keçən şeri 
Axır gəlib çar oxudu… 
 
…Öz elindən, öz obandan 
Sən qovuldun yad ellərə. 
Tale tənha qayıq kimi 
Çırpdı səni sahillərə… 
 
*** 
 
Körpəlikdən sevdiyin 
Qafqaza gəldin yenə. 
Qovdular «qışa» tərəf, 
Sən yaza gəldin yenə. 
 
Başın üstdə yelləndi 
Bəyaz bulud layları. 
Ayağına dolandı 
Kazbekin dolayları. 
 
Çağladı çaylar kimi 
Qəlbinin arzuları, 
Yollarını ağartdı 
Terekin ağ suları. 


Сечилмиш ясярляри
  
 
 
115
Gözlərinin içinə 
Baxdı Çərkəz gözəli. 
Ayılanda gördün ki, 
Qəlbində eşq közərir… 
 
Çöllükdə çevrə cızıb 
Rəqs edəndə çeçenlər 
Xəyalından keçdi hey 
Bütün olub-keçənlər… 
 
Sən Qafqaz dağlarının 
Zirvəsində quş oldun, 
Qanadlanıb uçurkən 
Bir gülləyə tuş oldun… 
 
Naxələflər əliylə 
Bir qansıza oldun ov… 
Zorla səni duelə 
Çəkdi mayor Martınov. 
 
Sən barışmaq naminə 
Atəş açdın havaya, 
O isə gülləsini 
Ötürmədi havayı… 
 
Dayandı şeir yazan 
Ürəyinin vurğusu, 
Mən yaşda məhv elədi 
Səni dövrün qurğusu. 
 
Nəğməli bir ömürdən 
Bu dünyada baha nə?! 
Bir nəğməkar susdurdu 
Xırdaca bir bəhanə… 
 


 
    
Адил Ъямил
  
 
 
116
Bu bəhanə aylarla, 
İllərlə yol gəlirmiş, 
Lermontovun keçdiyi 
Yollarla yol gəlirmiş… 
 
Sənə verilən ömrü 
Xalqınla böldün, şair. 
Qafqazı sevdiyindən 
Qafqazda öldün, şair… 
 
Yox, yox, «öldün» demərəm, 
Dilim gəlməz bu sözə. 
Hər misranın başında 
Dayanırıq üz-üzə… 
 
Ürəklərdə özünə 
Özün heykəl qoymusan. 
Sevməkdən doymamışdın, 
Sevilməkdən doymusan!.. 
 
Pyatiqorski, 1982 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə