Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

 
    
Адил Ъямил
  
 
 
164
 
QIŞDA BAHAR 
 
Orda - ilin qış günü, 
Orda - qışın xoş günü 
Çiçəklərin gözündən 
Al günəş boylanırdı. 
Ləçəklərin gözündən 
Od-alov paylanırdı. 
 
Zərrə-zərrə ümidi 
Zərrə-zərrə işığı 
Torpağa bağışlayıb, 
Torpağı naxışlayıb 
Yoxa çıxmışdı günəş. 
Yox, yoxa çıxmamışdı — 
Dağa çıxmışdı günəş… 
 
Zaqalata, fevral, 1980 
 


Сечилмиш ясярляри
  
 
 
165
 
BİR DƏ YA QİSMƏT 
 
Qismətim olmur ki, görəm yazını - 
Dağlar mənə yaxın, mən uzaq kimi. 
Çəkim ciyərimə dağ havasını, 
Yayılsın canıma sarı yağ kimi. 
 
Öpüm nərgizlərin xumar gözündən, 
Qızarsın lalənin üzündə ismət. 
Haçan bir də keçəm Meydan düzündən, 
Haçan yolum düşə bir də, ya qismət… 
 
Ağlayım dağılmış quş yuvasına, 
Uçan «divarını» hörəsi olum. 
Qarışıb meşənin yaz havasına 
Bir yuva ömrünə dayaq olmağa 
Çevrilib bir ağac pöhrəsi olum. 
 
O Cinli qayanı nişangah edim, 
Cinləri «dağılsın» qayanın qəfil… 
Bulaq laylasına yuxuya gedim, 
Tərtər qıyyasına oyanım qəfil. 
 
Dalğası durulan çay «güzgüsündə» 
Yenə «kefli» görüm o balıqları. 
Meşə kölgəsində, qaya üzündə 
Axtarım elləri, obalıqları. 
 
Gözümü açanda görüm ki, indi 
Evlər «addımlayır» üzü sabaha
Mənim ürəyimə sığışan kəndim 
Dağların köksünə sığmayır daha… 
 
1983 


 
    
Адил Ъямил
  
 
 
166
 
ÇİÇƏKLƏR ÜŞÜYÜR 
 
Payız küləyinin buz nəfəsiylə 
Çiçəklər üşüyür soyuq talada. 
Bu soyuq çəməni öz nəfəsiylə 
İsidə bilməyir Allahtala da… 
 
Çiçəklər üşüyür, üşüdür məni 
Bu soyuq talanın soyuq havası. 
Bir təzə ümidlə yaşadır məni 
Körpə çiçəklərin «həyat davası». 
 
Çiçəklər ağlayır gözündə şəbnəm — 
Axı çiçəyin də çiçək dərdi var… 
Çiçəyin baxtına biçilib bu qəm
Tikana dəyməyə kimin həddi var?.. 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
167
 
DAĞ HAVALI DÜŞÜNCƏLƏR 
 
Qovuşduğum bu yaşıllıq 
Kəndimizin meşəsidir. 
Qayaları oyub çıxan 
Palıdların rişəsidir. 
 
Dağ başında meydan salan 
Buludları heydən salan, 
İldırımı göydən salan 
Qayaların tişəsidir. 
 
…Deyirlər ki, çoban Nağı 
Küsdürübdür Murovdağı… 
Barışmasa göy qurşağı 
Göy tağından düşəsidir. 
 
Gədikləri daşdan aşmaq, 
Zirvələri başdan aşmaq, 
Bu dağlarda başqalaşmaq 
Dağ oğlunun peşəsidir. 
 
1976 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
168
 
TƏRTƏR ÇAYI 
 
Taleyimdən bir çay axar, 
Axıb gedər xısın-xısın, 
Çiçəkləyər yosun-yosun. 
 
Gileyimdən bir çay axar – 
Çay deyilmiş bu pir olmuş; 
Kəndimizə gedən yolmuş… 
 
Ürəyimdən bir çay axar – 
Mən bu çaya təşnəyəmmiş, 
Mən bu çaysız heç nəyəmmiş… 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
169
 
HEYİF 
 
O dəli ildırım ilan diliylə 
Palıdın bağrını yeyib ki, yeyib. 
Saralmış saplaqdan sallanıb bahar, 
Ağaclar payızı geyib ki, geyib. 
 
Saralıb yaşılbaş sonalar burda - 
Ovçu ova çıxsa yanılar burda… 
Harasa köç edən durnalar burda 
Vida nəğməsini deyib ki, deyib. 
 
Dərəyə sığmayır çayın gileyi, 
Torpağı yalayır payız küləyi. 
Əsir ağacların yarpaq ürəyi - 
Saralan çöllərə heyif ki, heyif… 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
170
 
BU MEŞƏ BƏNZƏMİR BİZİM MEŞƏYƏ 
 
Meşəyə kollardan «sərhəd» çəkiblər
«Sərhəd» kollarının başı qırxılı. 
Əlləşib əl ilə meşə əkiblər 
Torpağı ütülü, daşı qırxılı, 
Bu meşə bənzəmir bizim meşəyə. 
 
Əl ilə göyərən ağac bitimi 
Meşə görən üçün meşə deyilmiş… 
Çoxları çox yerdə görməmiş kimi 
Ağac sıxlığına «meşə» deyirmiş - 
Bu meşə bənzəmir bizim meşəyə. 
 
…Bəzən ağaca da ağac tay deyil
Bu kök ağacların kökü dayazdır. 
Ucalan ağaclar ucaboy deyil, 
Düzünü axtarsan uzundrazdır - 
Bu meşə bənzəmir bizim meşəyə. 
 
Çinarlar bu yana çin-çin düzülüb, 
Qovaqlar o yana «qovulub» qəsdən. 
«Baş alan» budağın başı üzülüb 
Xal düşən yarpaqlar «sovulub» qəsdən - 
Bu meşə bənzəmir bizim meşəyə. 
 
Ey vəhşi təbiət, qanımda qansan - 
Fayda yox bəslənmiş quş iliyindən… 
Qoynundan yarımçıq çıxarmış insan 
Təbiət çıxanda vəhşiliyindən - 
Bu meşə bənzəmir bizim meşəyə… 
 
1982 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə