Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

 
    
Адил Ъямил
  
 
 
224
 
BÖYÜYƏNDƏ 
 
Böyüyəndə özümə yaxşı oyuncaqlar alacağam… 
                                                       Xəyalə 
 
Ağlın böyüyəcək sən böyüyəndə - 
Gəlincik gülməli gələcək sənə. 
Unutma, uşaqlıq qalır arxada, 
Oyuncaq gətirmir gələcək sənə. 
 
Arzun böyüyəcək sən böyüyəndə, 
Ay-ulduz olacaq oyuncaqların. 
Yada düşməyəcək oyuncaq üstdə 
Məni küçələrdə qoyan çağların. 
 
Sözün böyüyəcək sən böyüyəndə, 
Ağlından gələcək dilindən gələn. 
Mən bunu səndən də yaxşı bilirəm — 
Yaxşılıq olacaq əlindən gələn. 
 
Atan qocalacaq sən böyüyəndə
O vaxt baxacağam səndə özümə. 
Bu qəmli təsəlli su çiləyəcək 
Könül atəşimə, ürək közümə… 
 
1985 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
225
 
DÜNYA, MƏNİ DARA ÇƏKMƏ 
 
Gah gündüzəm, gah gecəyəm, 
Dünya, məni dara çəkmə. 
Açılası bir qönçəyəm, 
Ağ günümə qara çəkmə. 
 
Bu boranda, qarda nə var - 
Boran – başsız, qar – dənəvər… 
Qərib mənəm – yurda nə var
Dağlar, məni ora çəkmə. 
 
Birisinin cah-cəlalı, 
O birinin dərd-məlalı… 
Kimə qalıb dünya malı, 
Tamah, məni vara çəkmə. 
 
Sinəm dolu, dilim laldır, 
İnsan ömrü bir xəyaldır… 
Günəş, məni göyə qaldır, 
Torpaq, məni gora çəkmə. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
226
 
QƏLBİMİN SELİYƏM, GÖZÜMÜN GÖLÜ 
 
Mən öz ürəyimdən başlayan seləm, 
Ürəyim təntisə selim səngiyər. 
Vaxtını itirmir vaxtında ölən - 
Həyat şirin olsa ölüm ləngiyər. 
 
Mən öz gözlərimə yığışan göləm - 
Gözümə yığmışam ağrı-acımı. 
Bilmirəm nə üçün yarandım belə - 
Ağrıyan ürəyim ağrı acımı? 
 
Qəlbimin seliyəm, gözümün gölü, 
Gör hardan başlayıb, harda bitirəm. 
Mən də bu aləmdə bir novruzgülü- 
Baharın eşqiylə qarda bitirəm… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
227
 
HEÇ NƏ 
 
Bəşər ağacıyam, torpaq köklüyəm, 
Torpağa tay olmaz yanımda heç nə. 
Budağım xor baxsa kökümə bir gün 
İlkim də heç nədir, sonum da heç nə. 
 
Mən elə dərdliyəm - bənzərim yoxdur, 
Xalqa əsər edən əsərim yoxdur… 
Sıyrılsam qınımdan kəsərim yoxdur, 
Çəkilsəm qınıma - qınım da heç nə. 
 
Ayrılsam ilhamın qol-qanadından, 
Düşsəm inadımın bədöy atından, 
Danışa bilməsəm elin adından 
Adım da heç nədir, sanım da heç nə… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
228
 
*** 
 
         Ömür bölüm-bölümdür
Yuxu da bir ölümdür. 
Kirpiyim keşik çəkir 
Gözümün sərhəddinə - 
Bu sərhəddi pozmağa 
Bu yuxunun həddi nə… 
Bu gecənin ömrünü 
Bada verən deyiləm. 
Yuxu kimi yağıya, 
Yada verən deyiləm. 
 
Üzümün ünvanında, 
Gözümün ümmanında 
Kor yuxu köç salmağa 
Ada verən deyiləm
Bu gecənin ömrünü 
Bada verən deyiləm. 
 
Bəsdir yatdım il boyu - 
Xəyallarla qol-boyun… 
Ömrüm yarı yoldadır, 
Yatıbmışam yol boyu. 
 
Yatıbmışam sən demə, 
Zəndimə bax, zəndimə… 
(Baxıb yatdığın ömrə 
Oğulsansa təntimə…) 


Сечилмиш ясярляри
  
 
 
229
Düşünürkən özüm - düz, 
İşim - niyə tərs gəldi? 
Ulu səslər içindən 
Qulağıma səs gəldi; 
- Ay oğul, hər yatana 
Buta verən deyiləm… 
 
1985 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
230
 
BƏLƏDÇİNİN TƏQDİMATI 
 
- Gördüyünüz bu qalanı 
Bir zaman türklər dağıdıb; 
Çölünə bax - oyum-oyum, 
İçinə bax - parça-parça. 
İlim-ilim itdiyindən ilmələri 
Məhlim deyil divar-xalça. 
 
Bu körpünü türklər basıb - 
Əyilməyən tağı varmış, 
Yenilməyən çağı varmış… 
…O, danışır…düşünürəm 
Nə yaxşı ki, yer üzündə 
Türklər kimi «yağı» varmış - 
Yoxsa yersiz bu böhtanlar 
Hansı millətin adına, 
Ünvanına yapılardı? 
Özü uçan bu qalanın, 
Özü gələn bu bəlanın 
Kökü harda tapılardı?.. 
 
Kutaisi, 1985 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
231
 
NƏ YAXŞI 
 
İlahi, nə yaxşı şair doğuldum - 
Hər gün soğan kimi soyan var məni. 
Kiminsə hardasa düşməniyəmsə 
Deməli hardasa sayan var məni. 
 
Vermişəm ömrümü qələm-kağıza - 
Söz ömrüm uzundur, öz ömrüm qısa… 
Salıb «söhbətimi» dildən ağıza 
Özündən xəbərsiz yayan var məni. 
 
Payız yağışında, yay qurağında, 
Dəniz sahilində, çay qırağında, 
Ulduz işığında, ay çırağında 
Uzaqdan uzağa «duyan» var məni. 
 
Yolçuluq çətinmiş nədən bu yolda, 
Tapılan bu yolda, itən bu yolda. 
Olumdan ölümə gedən bu yolda 
İkicə şahıya qıyan var məni. 
 
Sinəmə dağ boyda «dağlar» qoyaraq, 
Könlümə «amanlar-ahlar» qoyaraq, 
Gülən taleyimi «ağlar» qoyaraq, 
Gözümün yaşında «yuyan» var məni. 
 
Mini dostum olub, yüzü düşmənim, 
Özünə düşməndir özü düşmənin. 
Deyirəm kor olsun gözü düşmənin - 
Öpüb göz üstünə qoyan var məni… 
 
1984 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə