Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

Сечилмиш ясярляри
  
 
 
283
 
 
 
 
 
 
 
 
 
 
 
 
     ÖÐßÉÈÌÄß ÁÈÐ  
         ÙÀÐÀÉ ÂÀР


 
    
Адил Ъямил
  
 
 
284


Сечилмиш ясярляри
  
 
 
285
 
ŞEİR HAQQINDA ŞEİR 
 
Mən səni kefimdən yazmıram, şerim – 
Dərdimin, sərimin libası sənsən. 
Qədimdir ülfətin, dərindir mehrin – 
Ulu babamın da babası sənsən. 
 
Dilində bayatım, dilində ağım, 
Sən beşik bəstəsi, layla dilisən. 
Oduna alışıb odum-ocağım, 
Sən bizə dil verən ana dilisən. 
 
Sirrinə, sehrinə biganə baxır – 
Sənə ağız əyib, dodaq büzənlər. 
Çıxdığı ağacdan özünü yıxır 
Ayağı altından budaq kəsənlər… 
 
Durna qatarında heca görmüşəm
Közərən şeirdir Günəş də, Ay da. 
Mən səni həmişə uca görmüşəm 
Nizami, Füzuli zirvəsi  boyda. 
1988 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
286
 
ÜRƏYİMDƏ BİR HARAY VAR 
 
Ürəyimdə bir haray var, ay haray
Ürəyimdə çığırmışam, susmuşam. 
Çığırtımı sükutumla pozmuşam. 
Ürəyimdə bir haray var, ay haray. 
Haraylasam dost gələrmi imdada? 
Dost gəlməsə yetişəcək kim dada? 
Ürəyimdə bir haray var, ay haray, 
Bu harayı ürəyimdə göyərtdim, 
Bu harayı taleyimdə böyütdüm. 
Böyüdükcə harayım da böyüdü… 
Ürəyimdə haray olub göyərdi 
Bu dünyanın bir bəhrəsiz söyüdü. 
İndi mənim ürəyimin səması 
Bu harayın səmasıdı, göyüdü. 
…Bu harayın budağı var, barı yox, 
Bu harayın varlığı var, varı yox. 
Bu harayı istəyinə çatdıran 
«Uçan xalça», «küpəgirən qarı» yox. 
…Ürəyimdə bir haray var, ay haray, 
Ürəyimə toxunmayın, dəyməyin, 
Bu harayı yetişməmiş dərməyin. 
1981 
 
 


Сечилмиш ясярляри
  
 
 
287
 
YAXIN KEÇMİŞ 
 
Kimə inanasan bu Yer üzündə
Ömrünə sığışmır insanın qəmi. 
Üzüm çöllüyündə, pambıq düzündə 
Göyərən görmüşük saxta rəqəmi. 
 
Həqiqət bilmişik çox yalanları, 
Fəqət billə-bilə əl çalmışıq biz. 
Yetirib yerinə bu «planları» 
Hər dəfə bir bayraq «ucalmışıq» biz. 
 
Qoyunun yerinə söz verən çoban 
Qoyubdur milləti qoyun yerinə. 
Bir deyən olmayıb o vaxt, o zaman: 
«Gəlmə» quzuları qoyun yerinə… 
 
Bir toyuq bir gündə iki yumurta, 
Bir inək bir ildə üç bala verib. 
Biclərin əməli bu ana yurda 
Bilsəniz nə qədər bic bala verib… 
 
Hər yerdə başsızı başa çəkiblər, 
Yüz iş görübdülər bir qohum üçün. 
Kələmin yerinə qarpız əkiblər – 
Bu torpaq şumlanıb yad toxum üçün. 
 
Mayası yalanmış belə ad-sanın – 
Barsız budaqlardan «bəhər» yağıbdır. 
Əlindən bərəkət yağan insanın 
Başına nə qədər zəhər yağıbdır… 


 
    
Адил Ъямил
  
 
 
288
Yaşayıb qaranlıq zirzəmilərdə 
Ulduza «şığıyıb», Aya «dəymişik». 
O yaxın keçmişə boylanıb hərdən 
Deyirik: - İlahi, biz beləymişik?.. 
 
1988 
 


Сечилмиш ясярляри
  
 
 
289
 
KÜLÜNƏ ÇEVRİLDIM BU ARZULARIN 
 
Ömrüm yel qanadlı çapardı – getdi, 
Cığırlar göyərdən cıdırdı dünya. 
Gedənlər məni də apardı getdi, 
Dolmamış boşalan çadırdı dünya. 
 
Hamının gözünə boylanar Günəş
Hamının bəxtinə yol tapa bilməz. 
Yazıq insan oğlu, min yol fikirləş – 
Sinədən qəlb qopar, qəm qopa bilməz… 
 
Küləklər sovurar durğun suları, 
Yağış yığnağından göl ola bilməz. 
Külünə çevrildim bu arzuların – 
Ürəkdən yanmayan kül ola bilməz. 
 
Tumurcuq sabahım sirli dəfinə – 
Elə bil bu insan heç mən deyiləm. 
Məni aparmayın dostun dəfninə, 
Allahsız olmayın – düşmən deyiləm… 
 
Təndir ağarmasa küt gedər kündə
Sünbül döyülüncə qılçıqlı olar. 
Gecələr Yer üzü qara geyəndə 
Yaxşı ki, Göy üzü işıqlı olar… 
 
1988 
 


 
    
Адил Ъямил
  
 
 
290
 
AY ÜRƏK, AMAN VER 
 
Ay ürək, bu qədər vəfasız olma, 
Hələ nə görmüşəm, nə götürmüşəm… 
Mənimçün düşməyib göydən «üç alma», 
Özüm bağça salıb, bağ bitirmişəm. 
 
Niyə köksüm üstə əydin başımı – 
Sən ki dözümlüydün daşdan, dəmirdən. 
Gözüyaşlı gördüm otuz yaşımı – 
Yarıya bilmədim yarı ömürdən. 
 
Ay ürək, bu qədər kəmfürsət olma
Hələ gözlədiyim gəlib çıxmayıb… 
Qərib sorağını qürbətdən alma – 
Guya ki vətəndən qərib çıxmayıb?... 
 
Dünyaya gəlmədim kəm-kəsir kimi – 
Dağ yıxan yükü var bu dağlarımın. 
Cinayət eyləmiş müqəssir kimi 
Baxıram üzünə uşaqlarımın… 
 
Ay zalım ürəyim, ay vəfasızım, 
Aman ver, ağrılar doğrayır məni. 
Onca bahar görən qaragöz qızım 
Yaş töküb anamtək ağlayır məni. 
 
Təzədən neyləyim – illər ötüşüb, 
Ay ürək, mən səni qorumamışam. 
Fikrimdə gəzənin izinə düşüb, 
Sinəmdə gəzəni qorumamışam. 
 
1988 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə