Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

Сечилмиш ясярляри
  
 
 
291
 
YİYƏSİZ YERLƏR 
 
Bizdən qabaqdadır avropalılar – 
İşi iş bilənə tapşırır onlar… 
            Şəhriyar 
 
Kökündən, soyundan xəbərsiz olan 
«Ulu» keçmişindən, kökündən yazır. 
Kimə gərək imiş bu yağlı yalan – 
Torpaq tanımayan əkindən yazır. 
 
Elindən-günündən xəbər tutmayan 
Bəzən el adından elçilik edir. 
Bizə də əyandır, sizə də əyan – 
Dilini bilməyən dilçilik edir. 
 
Alim var həvəsi vaxtsız soyuyub – 
Hər şeyi hər yerdə hazır axtarır. 
Alim var elə bil əliylə qoyub – 
Kaha koğuşunda qızıl axtarır. 
 
Nə çoxdur səhrada çeşmə axtaran
Nə çoxdur meşədə dəvə gəzənlər. 
Nə çoxdur boş yerə heç nə axtaran, 
Nə çoxdur dərədə zirvə gəzənlər… 
 
Bu yolun yolçusu mindən biridir, 
Hər yola çıxanın öz cığırı yox. 
Şair var – çox da ki, «xalq şairi»dir, 
Xalqına qovuşan söz çığırı yox. 
 
Demirəm ürəyin dərdi-sərini
Həkim var bilmir ki, ürək hardadır. 
Gəlin bu yerlərin yiyələrini 
Gəzək qapı-qapı görək hardadır?.. 
 
1988 


 
    
Адил Ъямил
  
 
 
292
 
GƏLİB GEDİRİK 
 
Məni bu dərdlərin əlindən alan 
Dərd bilən, dil bilən insan tapılmaz. 
Bu yalan dünyada səadət yalan
Ömür bir yuxudur – yozan tapılmaz. 
 
Qəfəsdə quş kimi çırpınır ürək, 
Bu gün nə keçmişdir, nə gələcəkdir. 
Onu bilirik ki, biz hardan bilək 
Sabah başımıza nə gələcəkdir… 
 
«Başlı adamların başı salamat» - 
Tale belə demir, yox, belə demir. 
Güldürə-güldürə ağladır həyat – 
Sinəyə sancılan ox belə demir. 
 
Azalır, sozalır xeyir-bərəkət, 
Sıyıq bir xəmirdən kündə olmayır. 
Allah deyibdir ki, «səndən hərəkət…», 
Adamlar Allaha bəndə olmayır. 
 
Elə pozulub ki, mizan-tərəzi, 
İrəli bilinmir, geri bilinmir. 
Kiçiklər görürəm «böyük» əvəzi – 
Böyüyün, kiçiyin yeri bilinmir. 
 
Dünyaya nə üçün gəlmişəm axı, 
Mənə çox gərəkmi bu ah, bu aman? 
İnsanın deyilmiş insan günahı, 
Bütün zamanlarda günahkar – «zaman». 


Сечилмиш ясярляри
  
 
 
293
…Beləcə ömrümüz-günümüz keçir, 
Beləcə gecəni sabah edirik. 
Ən tezə çevrilir bəzən ən geci – 
Biz gedib gəlmirik, gəlib gedirik… 
 


 
    
Адил Ъямил
  
 
 
294
 
MƏNİM GİLEYİM VAR YURDDAŞLARIMA 
 
Mənim o torpaqda vətənim varmı – 
Vətəndən nə qaldı torpaq üstündə? 
Uğrunda ölənim, itənim varmı – 
Sonuncu təsəlli tapaq üstündə? 
 
Haqsızın «haqqını» verən olmadı, 
İgid bildiklərim yoxsa naçarmış? 
Yaxşı ki, bu «köçü» görən olmadı – 
Sıraya düzülüb el də qaçarmış… 
 
Hanı o torpağa can qıyanlarım, 
Hanı Ana Yurda oğul sevgisi? 
Ey ürək dağlayıb, qəlb oyanlarım, 
İnsanın torpaqdan doğur sevgisi… 
 
Günəş dediyimiz dünya işığı 
Başımız üstündə gəzəri torpaq. 
Torpaq qarışığı – qan qarışığı, 
İnsanın axırı, əzəli – torpaq. 
 
Sozalan səbrimin yoxdur dözümü – 
Mənim gileyim var yurddaşlarıma; 
Siz gərək bu xalqın «VƏTƏN» sözünü 
Qanla yazaydınız yurd daşlarına. 
 
Ölümsüz – həyat yox, qansız -  qələbə
Neyləyər düşmənin hədə-qorxusu?.. 
Bu qəm ürəyimdə qalan bir qəlpə – 
Kişilər qaçırtdı gədə qorxusu. 


Сечилмиш ясярляри
  
 
 
295
Yad əllər toxundu Ələsgərimə, 
Məzarı şumlandı Aşıq Alının. 
Bu dünya dar gəlir dərdi-sərimə: 
Ruhu yetim qaldı o şıx Alının. 
 
Olumdan ölümə uzanan yoldur – 
Torpağın altı da, üstü də VƏTƏN. 
Göynəyə-göynəyə görünməz oldu 
Bu qəfil dumanda, tüstüdə VƏTƏN. 
 
Geriyə hər addım – torpaq itkisi, 
Əyildi, büküldü Azərbaycanım. 
İçinə çəkilən bir dəniz kimi 
Özünə çəkildi Azərbaycanım. 
 
…Sozalan səbrimin yoxdur dözümü, 
Mənim gileyim var yurddaşlarıma. 
Siz gərək bu xalqın «Vətən» sözünü 
Qanla yazaydınız yurd daşlarına… 
 
1989 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
296
 
ELƏ KÖK ATAQ Kİ 
 
Natəvanın əl işləri 
Fransanın muzeyində. 
Şəki xanının xalısı 
İlmə-ilmə yanıb-sönür 
Ermitajın bəzəyində. 
Qədim Gəncə qapıları 
Oğurlanmış qeyrətimdir – 
Kutaisi quzeyində… 
 
Qılıncımız qında qaldı, 
Sıyırmadıq pas tutunca. 
Dirimizi ağlamadıq, 
Ölümüzə yas tutunca – 
Yetər bunca… 
 
Çən yeridi, duman gəldi
Ürəklərə daman gəldi. 
İlğımların pərdəsindən 
Bizə baxan zaman gəldi. 
 
Oğurlandı saflığımız, 
Oğurlandı sağlığımız. 
Qara günə qalasıymız 
Pambıq kimi «ağlığımız». 
 
Yad damara axasıymış 
Neft kimi qara «qanım» - 
Heyf sənə, Suraxanım, 
Heyf sənə, Balaxanım… 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
297
Gilə-gilə yoxa çıxdıq, 
Parça-parça oğurlandıq. 
İlim-ilim itdi ilməm, 
Xalça-xalça oğurlandıq. 
Borcumuzdan çıxmaq üçün 
Düşdük borca – oğurlandıq. 
 
Gəlin elə kök ataq ki, 
Budanmasın budağımız, 
Tökülməsin yarpağımız. 
Oğurlanıb torba-torba 
Daşınmasın torpağımız… 
 
1988 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə