Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

Сечилмиш ясярляри
  
 
 
311
 
PAYTAXT ŞƏHƏRİMƏ 
 
Bakıya «beynəlmiləl şəhər» deyirlər. Bu o deməkdir ki
 özgələr üçün özününkülərdən keç. Yazıq Bakı, 
 «dərd çox, həmdərd yox…» 
 
Sənə ad qoyulub ikinci dəfə, 
Sənə od qoyulub mininci dəfə – 
Xəzər olmasaydı, yanardın bəlkə, 
Bu ad taleyində qara bir ləkə. 
 
Nədir ərəb sözü «beynə-əl-miləl»? 
«Millətlərarası» deməkdir, Bakı. 
Biz hansı millətlər arasındayıq, 
Bu hansı millətə köməkdir, Bakı? 
 
Hər xalqın tacıdır paytaxt şəhəri, 
Görmüşük bir başa qoyalar tacı. 
Çıxıb yadımızdan qardaş-bacımız, 
O qədər «qardaş» var, o qədər «bacı». 
 
«İnqilab beşiyi» dedilər sənə
Hərdən «proletar şəhəri» oldun. 
Şimalın gözündə, Qərbin gözündə 
Sən Şərqin «işıqlı səhəri» oldun. 
 
Bakıya ad qoyan ulu babamın 
Bu təzə adlardan xəbəri yoxdur. 
«İnqilab beşiyi» olan şəhərin 
Adını qorumaq təpəri yoxdur. 


 
    
Адил Ъямил
  
 
 
312
Millətlərarası şəhərdir Bakı – 
Burda hər millətin oğlu-qızı var. 
Buluddan boylanan səhərdir Bakı, 
Bu adı tapandan sızıltısı var. 
 
El deyib «gələrsən qadanı allam», 
Deməyib gedənə yalvarıb «gəl» de. 
Bir xalqın evini yıxmaq istəsən 
Onun paytaxtına «beynəlmiləl» de… 
 
1989 
 


Сечилмиш ясярляри
  
 
 
313
 
DON ÇAYI 
 
Mən görəndə durğun idin, Don çayı, 
Yaralıtək uzanmışdın elə bil. 
Durğun idin, yorğun idin, Don çayı, 
Çay olmaqdan usanmışdın elə bil. 
 
Sahilində bir söyüdə söykənib 
Ağ köpüklü göy ləpənə baxırdım. 
Yaddaşımdan bir «Sakit Don» yol gəlib 
Qənşərimdə sakit-sakit axırdı. 
 
Ləpələrin güzgüsünə boylanıb 
Gəl-gəl deyən neçə kəndlər görürdüm. 
Mən səninlə qabaq-qənşər dayanıb 
Əfsanələr, həqiqətlər görürdüm. 
 
Meh əsdikcə yellənirdi qovaqlar, 
Ləpələrin bir-birini kəsirdi. 
Bığıburma, yapıncılı kazaklar 
«Layka» pencək, «cins» şalvarda gəzirdi… 
 
Sahil boyu «tor tutduqca» suların 
Düşünürdüm kim çəkəcək bu toru. 
Balıqlardan «bar tutduqca» suların 
Sevinirdi balıqçılar xutoru… 
 
Mən görəndə durğun idin, Don çayı, 
Yaralıtək uzanmışdın elə bil. 
Durğun idin, yorğun idin, Don çayı, 
Çay olmaqdan usanmışdın elə bil… 
 
Rostov, 1984 
 


 
    
Адил Ъямил
  
 
 
314
 
BİR HİNDLİYƏ 
 
Səhərdən axşama 
əlləş-vuruşla 
Tapdığı çörəyi 
böldü gəmidə. 
Böyük Yer üzündə 
o, yersiz oldu – 
Doğuldu gəmidə, 
öldü gəmidə… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
315
 
SÜRMƏ BU QAYIĞI GEDƏR-GƏLMƏZƏ 
 
Şamxal Rüstəmə 
 
Nə vaxtdır gözlərim yolunu gözlər
Əziz dost, hardasan, yerin görünmür. 
Ən dərin dəryalar, dibsiz dənizlər 
Uzaqdan baxanda dərin görünmür – 
Sürmə bu qayığı gedər-gəlməzə… 
 
Açma ürəyini bu dənizə sən
Dalğalar sirrini yayar aləmə. 
Sən ki, bu torpağın sinəsindəsən, 
Dəli dalğalarla dostluq eləmə – 
Sürmə bu qayığı gedər-gəlməzə… 
 
Aldanma ağaran üfüq xəttinə, 
Uzatma əlini – əl çatan deyil. 
Uzaqdan boylanan sabah xətrinə 
Min il yol gedəsən yol çatan deyil - 
Sürmə bu qayığı gedər-gəlməzə… 
 
Bələdəm qəlbinin qasırğasına – 
Əziz dost, şerinə, sözünə qayıt. 
Kim deyib bəxtini dənizdə sına? 
Yapış bu torpaqdan özünə qayıt, 
Sürmə bu qayığı gedər-gəlməzə… 
1984 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
316
 
SƏNİN DƏRDİN BÖYÜKDÜR 
 
Bəzi idarə rəhbərləri vəzifəsindən ata malı kimi istifadə edir və üzünə 
qayıdan, səhvini deyən vicdanlı işçilərini gözümçıxdıya  
salmaqdan çəkinmirlər… 
 
            Ey başımın ağrısı, 
Ey dilimin «əzbəri». 
Arvadının qulusan, 
İdarənin rəhbəri. 
 
Nə pis olur adamın 
İtə dönüb hürməsi. 
Fələk oğlu fələk də 
Gördüyünü görməsin. 
 
Sən irəli çəkirsən 
Kütbeyini, malbaşı. 
Qorxursan ağıllılar 
Yıxa səntək kalbaşı. 
 
İşi bilən işçilər 
Ayaqda toz olubdur. 
Sifətini görəndən 
Hamı nevroz olubdur. 
 
«Nisyə girməz kisəyə», 
Aldanmırsan boş vədə. 
İlan kimi sürünüb 
Sarmaşırsan rüşvətə. 
 
Guya çəkdiyin bu kef 
Vəzifə kefi deyil?.. 
Qovma məni otaqdan – 
Dədənin evi deyil… 
 


Сечилмиш ясярляри
  
 
 
317
Toplamısan başına 
Başsız dostu, qohumu. 
Qayğın ilə cücərir 
Yaltaqlığın toxumu. 
 
Üzünə təriflənib 
Daldada söyülürsən. 
Dost, qohumun içində 
İçindən yeyilirsən. 
 
Sənə yazığım gəlir – 
Xəbərin yox özündən. 
Həyatda gördüklərin 
Görüm gəlsin gözündən. 
 
Yaxşıca xanımları 
«Yaxşı işçi» sayırsan. 
Dövlətin hesabına 
Arvad da saxlayırsan. 
 
Guya çəkdiyin bu kef 
Vəzifə kefi deyil? 
Qovma məni otaqdan – 
Dədənin evi deyil!.. 
 
Nə deyim, nədən deyim, 
Sənin dərdin böyükdür. 
Möhürə mehr salma – 
Vəzifə də dönükdür… 
 
1984 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə