Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

 
    
Адил Ъямил
  
 
 
298
 
DOĞMA TORPAQ, YAD HEYKƏLLƏR 
 
Bu torpağa heykəl qoyan 
Eloğlumun heykəli yox. 
Qaçaq Nəbi qaçaq düşüb, 
Koroğlunun heykəli yox. 
 
Alışıram korun-korun, 
Bulud boylu tüstümə bax. 
Qan içənin, baş kəsənin 
Başa çıxan büstünə bax. 
 
Heykəlləşib düşmən ömrü – 
Sağım cəllad, solum cəllad. 
Bu heykəllər qarşısında 
Az qalıram olum cəllad… 
 
Birisi «zirvədən» baxır – 
Təpiyinin altda Bakı. 
Sanki Azərbaycanımdır 
Onun qanlı ovcundakı… 
 
Birisi yol ayrıcında – 
Dörd tərəfi gələn, gedən. 
Qərinələr yola salır 
Tərpənməyən bu tunc bədən. 
 
Birisi də «buxarlanıb», 
Yer üstündə yeri qalıb. 
Heykəli qoyulan kəsin 
Demə özü diri qalıb… 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
299
Bəsdir heykəl qoyduğumuz 
Yad oğluna, yad qızına. 
Ocağımın istisinə 
Niyə gəlib yad qızına?.. 
 
Dədəm Qorqud göz didəmiz
Didəmizin heykəli yox. 
Ana torpaq bağışlasın – 
Dədəmizin heykəli yox. 
 
Şir ürəkli Babəkimin, 
Xətaimin heykəli yox. 
Parçalanmış o tayımın, 
Bu tayımın heykəli yox. 
 
Bəsdir heykəl qoyduğumuz 
Bu torpaqda yad oğluna. 
Bircə qarış yer verməzmi 
Odlar Yurdu od oğluna?.. 
 
1989 
 
Qeyd:  Gülər Həsənlinin 1989-cu ildə musiqi yazdığı bu şeir 
efirdə yayımlanarkən Bakıda sözügedən milli heykəllərimizin heç 
biri yox idi. İndi Xətainin, Koroğlunun, Dədə Qorqudun heykəlləri 
paytaxt şəhərimizə xüsusi yaraşıq verir. 
 


 
    
Адил Ъямил
  
 
 
300
 
QIRXINCI OTAQ 
 
Qırxıncı otağın astanasında 
Dizlərim titrəyir… fikrə getmişəm. 
Qırxıncı otağa gəlib çıxınca 
Hiyləyə əl atıb, məkrə getmişəm… 
 
Gərək itiləyim kor hiddətimi
Bir bülöv daşına çəkim hirsimi. 
Bəlkə tapasıyam səadətimi – 
Açsam bu qapını, qırsam tilsimi… 
 
Özüm də bilmirəm nə üçün məndən 
Aralı düşəni aradım orda. 
Açmaq istəyirəm bağlı qapını – 
Elə bil gözləyir muradım orda… 
 
Qəfildən sıyrılıb çıxsam özümdən, 
Təpilsəm içəri bir külək kimi, 
Mən dözə bilmərəm, bilmərəm, Allah, 
Görsəm bu otağı boş ürək kimi. 
 
Dözmərəm eşqinə illər verdiyim 
Bu bağlı otağın boşluğuna mən. 
Qibləmi çevirrəm, 
üz çevirmərəm 
Rəhmsiz rüzgarın «xoşluğuna» mən. 
 
Sirrimin, sehrimin qıfılbəndimi 
Qarşımda tağ atan tağlı qapılar? 
Beləcə bilmirəm açımmı sizi, 
Yoxsa açmayımmı, bağlı qapılar? 


Сечилмиш ясярляри
  
 
 
301
                           Nə deyim, bəlkə də siz açılsanız 
Tərsinə fırlanan çərximi görrəm. 
Özümü özümə yetirər fələk – 
Qırxıncı otaqda qırxımı görrəm… 
 
1988 
 


 
    
Адил Ъямил
  
 
 
302
 
KEÇƏNƏ GÜZƏŞT 
 
Günlərimiz günəşsiz də keçinir, 
Öyrəşmişik bu dumana, bu çənə. 
Ətri xoşdur, xətri xoşdur torpağın – 
Güllə dəyir zəmisini biçənə. 
 
Ötən qışdan, gələn yazdan qorxuram
Dar dərədən, daş boğazdan qorxuram. 
Haça dilli boşboğazdan qorxuram – 
Aman, Allah, yorulmayır bu çənə. 
 
Yollarımız dolanbacdır – düz gəlmir, 
Silahlanıb gələnlərə söz gəlmir… 
Üzülürük… üz vurmağa üz gəlmir – 
Qanımızı şərab kimi içənə. 
 
Köçkünümə, qaçqınıma nə deyim, 
Boş yuvalar mənim torpaq itiyim… 
Kimə qalır dağım, dərəm, gədiyim, 
Əvəzində nə verirlər köçənə?.. 
 
Güllələri gül-çiçəklə qarşıla, 
Top-tüfəngi duz-çörəklə qarşıla. 
Sən qonağı bu ürəklə qarşıla – 
Fağır millət, güzəşt eylə keçənə… 
 
1990 
 


Сечилмиш ясярляри
  
 
 
303
 
GÜN VAR, AY VAR 
 
Alaqlar aldı zəmini 
Sarı sünbül tel olunca. 
Üyütdüm dünya qəmini 
Qönçəm dönüb gül olunca. 
 
Kösövlər baş-başa yandı – 
Ayrılıqlar qoşa yandı… 
Gözüyaşlı yaşa yandım – 
Qıvrılırdı kül olunca. 
 
Vuran ürək nəsə deyir, 
Onu duyan kəsə deyir… 
Ömür yolu kəsə deyil – 
Gün var, ay var – il olunca. 
 
Can yanğısı üzdən olmaz, 
El qayğısı sözdən olmaz. 
Ağ bulaqlar gözdən olmaz – 
Qara torpaq gil olunca. 
 
Yanar çölüm, yanar içim – 
Körpülər var qoymaz keçim… 
Min illərdən gələn köçüm 
Nələr çəkib el olunca. 
 
Sinəmizi dağladıblar, 
Gözümüzü bağladıblar, 
Anamızı ağladıblar – 
Ana dilim dil olunca… 
1988 
 
 


 
    
Адил Ъямил
  
 
 
304
 
NƏĞMƏSİZ QALAN  
NƏĞMƏKAR 
 
Qara yanvar çoxlarımızın saçını  ağartdı, belini bükdü, ürəyini 
parçaladı. Bu qəfil bəlanın caynaqları  hərəmizdən bir şey apardı. Gör-
kəmli müğənnimiz, sevgili yurddaşımız Zeynəb xanımın da səsini 
«oğurladı» o qanlı gecə… Həmin gecənin səhərisi duzlu-məzəli, lirik və 
ritmik mahnıların  əvəzsiz ifaçısı Zeynəb Xanlarova şəhidlərimizin ilinə 
kimi oxumayacağına and içdi. Bu andın müqəddəsliyi xalqımızın nəğ-
məkar qızını il boyu nəğməsiz qoydu… 
 
Niyə oxumursan, niyə, a bülbül, 
Axı bağçaların xəzan vaxtıdır. 
Saralıb-solursa bu çiçək, bu gül 
Fələyin bizə bəxt yazan vaxtıdır. 
 
Sənə də əyandır, mənə də əyan – 
Kimlər ağladandır, kimlər ağlayan… 
Sinəsi üstündə simlər çağlayan 
Koroğlu timsallı ozan vaxtıdır. 
 
Dəyişib çığırı, yolu dünyanın, 
Ağaca boy vermir kolu dünyanın. 
İşıqlı, kölgəli ulu dünyanın 
İşığı kölgəyə yozan vaxtıdır. 
 
Belə susmaq ilə nədir mətləbin – 
Yoxsa yoxa çıxdı ilhamın, təbin?.. 
…O gecə vurulub səsi Zeynəbin – 
Yara sağalınca susan vaxtıdır. 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə