Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   46   47   48   49   50   51   52   53   54

Сечилмиш ясярляри
  
 
 
351
 
TƏBİƏTDƏ TƏBİƏTƏM 
 
Zirvədəki ala bulud
Köynəyindən keçir məni – 
oğlun olum. 
Yarpaq-yarpaq solan palıd, 
Göynəyindən keçir məni 
Ağrın alım… 
 
Yamacda çağlayan bulaq, 
çağla mənim əvəzimə, 
ağla mənim əvəzimə – 
Dönmüşəm dərd heykəlinə; 
Ağlaya bilmirəm daha. 
 
Göy-varağa şəkil çəkən 
qızıl şimşək, 
Sən mənim də dərdimi çək… 
 
Qarlı dağdan qanadlanan 
qara quşum, 
Çəkmə məni maviliyə – 
Hər qanadım bir qurğuşun… 
Bu qanadla necə uçum? 
Uç mənim yerimə… 
 
Durğun gölüm, dəli çayım, 
Bir az sizə bənzərim var. 
Təbiətdə təbiətəm – 
Mənim də öz mənzərəm var… 
1989 
 
 


 
    
Адил Ъямил
  
 
 
352
 
ATA-OĞUL DEYİŞMƏSİ 
 
Atam Savalanın hələ cavanlıqdan  şeir yazdığını bilirdim. Amma 
nədənsə bizdən gizlədirdi. Uşaq vaxtı evimizin taxta-boxçasını «təftiş» 
eləyərkən  əlimə bir bağlama  şeir keçmişdi. Xalq ruhundan süzülən bu 
gəraylı  və qoşmaları  ləzzətlə oxuyub müəllifini soruşanda atam yenə 
boynundan atmışdı… Amma iş elə  gətirdi ki, günlərin bir günü mənə 
yazdığı mənzum məktub atamın «sirrini» açdı və mən də həmin məktuba 
şeirlə cavab verəsi oldum… 
 
Ata: 
 
Qəbul et salamım, ay Adil Cəmil, 
Dönübdü cənnətə yaz bizim yerdə. 
Açılıb al-əlvan güllər-çiçəklər, 
Eyləyir insana naz bizim yerdə. 
 
Qoyma intizarda Tərtər çayını, 
Unutma elinin haqqı-sayını. 
Saxlaram Orxanın çiçək payını, 
Şehli yamacları gəz bizim yerdə. 
 
Bir güllü may günü çıxdım dağlara, 
Xəyalım yollandı ötən çağlara. 
Həsrətlə boylandım buz bulaqlara, 
Oğulsan bu dərdə döz bizim yerdə. 
 
Dağlar öz oğlunu görmək istəyir
Sənə uzun ömür vermək istəyir, 
Çiçəkdən bir qala hörmək istəyir – 
Dəryatək çəməndə üz bizim yerdə. 


Сечилмиш ясярляри
  
 
 
353
 
Atadan nəsihət qalar oğula: 
Nə vara aldanma, nə də ki pula. 
Tamah ağılsızı döndərər qula, 
Sərvətə qul olan az bizim yerdə. 
 
 
Oğul: 
 
Aldım salamını, varlığım ata, 
Darıxma, gələrəm bizim dağlara. 
İlhamım çağlayan çeşmə kimidir, 
Nə çoxdur deməyə sözüm dağlara. 
 
Baxma ki qəfildən qar yağıb saça 
Sən dağlar oğlusan – dağlartək uca. 
Ürəyim atlanar, xəyalım uçar 
O canım dağlara, gözüm dağlara. 
 
Yazıram gülündən, bənövşəsindən, 
Yaşıl yamacından, göy meşəsindən. 
Ayrılıb şəhərin bu gur səsindən 
Görəsən çatırmı səsim dağlara?... 
 
Görünmür şəhərin dumanı, çəni, 
Yaşıl «zirvəm» olub yaşıl səməni. 
Kaş bir də gəzəydim şehli çəməni, 
Kaş bir də düşəydi izim dağlara. 
 
Hanı uşaq vaxtı qazdığım mətə, 
Hanı sac üstündə buğlanan kətə… 
Dözüb ayrılığa, dözüb həsrətə – 
Verilib dağ boyda dözüm dağlara. 
 
 


 
    
Адил Ъямил
  
 
 
354
Mənə uzaq dağlar sizə yaxındır, 
Dolanan dumanı könül ahımdır. 
Adiləm, zirvələr qibləgahımdır – 
Ömür keçirirəm üzüm dağlara… 
 
1987 


Сечилмиш ясярляри
  
 
 
355
 
BAĞLI YOLLAR 
 
Bu gününü görməyəydim – 
Yolların bağlanıb, dağlar. 
Solub laləzar çəmənin 
Çiçəyin qoxlanıb, dağlar. 
 
Niyə döndü aylar, illər, 
Niyə əsdi qara yellər? 
Köç eyləyən ağır ellər 
Yolundan saxlanıb, dağlar. 
 
Murov dağım – məğrur boyum, 
Dəlidağım – köküm, soyum. 
Qəzəblənən İstisuyum 
Qaynayıb, buğlanıb, dağlar. 
 
Daş tökülər, qaya gələr
Qoç Koroğlum qıya gələr, 
Dədəm Qorqud haya gələr – 
Biləndə oxlanıb dağlar. 
 
Yollardayam – yolum bağlı, 
Sağım bağlı, solum bağlı. 
Çırpınıram – qolum bağlı, 
Ürəyim dağlanıb, dağlar. 
 
1990 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
356
 
BİR ZAMAN 
 
Dağların zirvəsi qardı bir zaman, 
Xarlamış o qardan xoşum gələrdi. 
Mənim zirvələrim vardı bir zaman – 
Əyilməz vüqardan xoşum gələrdi. 
 
Məni ovçu edən göy ovalıqlar 
Çəkib xəyalımı yenə qılıqlar… 
Tora düşməyəndə qızıl balıqlar 
Tərtərdən, Qarqardan xoşum gələrdi. 
 
Xəlvəti açardı alça çiçəyi, 
Gizlincə dolardı arı pətəyi. 
Oğrun boylanardı dağlar göyçəyi – 
Mənim o nigardan xoşum gələrdi. 
 
Südəmər çağıydı sərtüzlüyümün, 
Düzündə qalmışdım mən düzlüyümün… 
Çəkərdim dərdini dərdsizliyimin – 
O «dərddən», «qübardan» xoşum gələrdi. 
 
1990 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
357
 
BİOQRAFİK BİLGİ 
 
Adil Cəmil (Adil Savalan oğlu Cəmilov) 
 
Adil Savalan oğlu Cəmilov – şair, ədəbiyyatşünas, tərcüməçi, 
filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü(2008), 1985-
ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1979-cu ildən Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü. 
1954-cü il oktyabrın 8-də  Kəlbəcər rayonunun Kilsəli 
(sonradan Günəşli) kəndində anadan olmuşdur. Burada ibtidai 
məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır 
(1972-1977). Təyinatla «Yazıçı» nəşriyyatının sərəncamına 
göndərilmişdir. 
1978-1990-cı illər arasında həmin nəşriyyatın Folklor və 
klassik ədəbiyyat, poeziya redaksiyalarında redaktor kimi fəaliyyət 
göstərmiş, onlarla kitabın tərtibçisi, yüzlərlə kitabın redaktoru 
olmuşdur. 1990-cı ildə «Həqiqət» qəzetinin baş redaktoru, 1992-ci 
ildə «Bakı», «Baku» axşam qəzetlərində  mədəniyyət  şöbəsinin 
müdiri, sonralar «Binəqədi» rayon qəzetinin redaktoru, «Maarifçi» 
qəzetinin baş redaktor müavini və b. vəzifələrdə çalışmışdır. 2002-
ci ildən 2014-cü ilə  qədər «Ədəbiyyat qəzeti» redaksiyasında 
poeziya, nəsr  şöbəsinin müdiri olmuş, 2014-cü ildən baş redaktor 
müavinidir. 
Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlayan A.Cə-
milin ilk mətbu şeri «Bahar» 1970-ci il martın 22-də «Mingəçevir 
işıqları» qəzetində dərc olunmuşdur. O vaxtdan ardıcıl olaraq res-
publika mətbuatında – qəzet, jurnal və almanaxlarda çıxış etməyə 
başlayıb. 1980-ci ildə  «İşıqlar, pərvanələr» adlı ilk şeirlər kitabı 
nəşr olunub. Şeirləri Rusiya, Türkiyə,  İran və Orta Asiyada dərc 
olunub, bəzilərinə isə mahnılar bəstələnib. 
A.Cəmil bədii tərcümə ilə  də müntəzəm məşğul olur. Rus, 
belorus, özbək, qırğız, Latın Amerikası poeziyasından etdiyi 
tərcümələr qəzet, jurnal və tərcümə toplularında dərc olunmuşdur. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə