Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

Сечилмиш ясярляри
  
 
 
325
 
*** 
 
Göydə susan buludların 
Yerdə daşan sel ömrü var. 
Alov dilli ocaqların 
Dil-ağızsız kül ömrü var. 
Yamanların qanqal ömrü
Yaxşıların gül ömrü var. 
Elin gözü tərəzidir – 
Nə yaxşı ki el ömrü var… 


 
    
Адил Ъямил
  
 
 
326
 
YALANÇI YANINDA 
 
Bütün inamları qıran qırışmal, 
Aldığın nəfəs də yalanmış sənin. 
Gəl belə əzilmə, belə qırışma, 
Ocağın yalandan qalanmış sənin. 
 
Beləcə ömrünü yola salırsan, 
Görən razısanmı belə ömürdən? 
Daha dəhşətlidir – fərqinə varsan 
Yalançı bir ömür kölə ömürdən… 
 
Dilinin ucunda utanır sözlər, 
Gül kimi kəlmələr urvatdan düşür. 
Döyülür, çırpılır, budanır sözlər – 
Kəlmələr kəsərdən, söz atdan düşür. 
 
Deyəsən qorxmursan aqibət üçün – 
Hər dəfə bir yalan uydurmağın var. 
Özün ac qalsan da həqiqət üçün, 
Hamını yalanla doydurmağın var. 
 
«Yalan ayaq tutar, amma yeriməz» 
Deyən ataların sözü yalanmış. 
Yalançı yanında bu dünyanı gəz – 
Görərsən çox şeyin «düzü» yalanmış… 
1990 
 
 


Сечилмиш ясярляри
  
 
 
327
 
BORC 
 
Gözümü açandan borc içindəyəm – 
Ömrüm balıq kimi düşüb qarmağa. 
Özüm də bilmirəm nəçiyəm, nəyəm, 
Daha öyrəşmişəm borc qaytarmağa. 
 
Borcumu bilmişəm körpə yaşımdan – 
Böyüyə ehtiram gözləyib məni. 
Keçib baharımdan, keçib qışımdan – 
Borcum kölgə kimi izləyib məni. 
 
Boylanıb soluna, baxıb sağına 
Çıxıb imtahandan tələbə borcum. 
Bir də görmüşəm ki, «arzu» dağına 
Sancıb bayrağını «qələbə» borcum. 
 
«Kişilik məktəbi» deyilən nədir 
Mən öz gözlərimlə görüb gəlmişəm. 
Görmüşəm geyilən, yeyilən nədir
Əsgəri borcumu verib gəlmişəm… 
 
Borcluyam yaşayım mən yana-yana – 
Fikirdən qalam var, bürcüm var mənim. 
Özgəyə borclarım qalsın bir yana, 
Hələ özümə də borcum var mənim. 
 
Düşmüşəm yolların ağına yenə, 
Çiynimdə bir ağır xurcun – gedirəm. 
Mənə borc verilən bu ömrə, günə 
Hələ çox qalıbdır borcum, gedirəm… 
1988 
 
 


 
    
Адил Ъямил
  
 
 
328
 
XALQININ ADINDAN DANIŞAN OĞLAN 
 
Əlini, qolunu ölçmə havayı – 
Mən ki, tanıyıram səni dərindən. 
Sənə inanan yox səndən savayı, 
Xəyanət boylanır bəbəklərindən. 
 
«Xalqının» adından danışan oğlan, 
Fikirləş, bir qədər ehtiyatlı ol. 
Gözləyir yolunu uçurum, yarğan – 
İstər piyada ol, istər atlı ol. 
 
Bu xalqı aldatmaq eşqinə düşmə, 
Unutma – bir milyon bir nəfər deyil. 
Saxta əməllərin püşkünə düşmə, 
Sən əfəl bildiyin xalq əfəl deyil. 
 
Nə səni qarşıda «ölüm» gözləyir
Nə də söylədiyin «dar ağacı» var. 
«Ölmə» ki, yurdunda elin gözləyir, 
«Ölmə» ki, elində ana-bacı var… 
 
Ölmə ki, ölmüsən haçandan bəri, 
Gəzəri müqəvva, canlı meyitsən. 
Dünyaya gözünü açandan bəri 
Sən belə «qəhrəman», belə «igidsən». 
 
Xalqının adından danışan oğlan, 
Saxta pul sayıblar saxta sözünə. 
Qırxayaq olsa da yeriməz yalan, 
Hələ ki gec deyil qayıt özünə… 
 
1989 
 


Сечилмиш ясярляри
  
 
 
329
 
ATA ÇIRAĞI 
 
Atam bizə gələndə bir çıraq gətirdi. «Oğlum, şəhər yeridir, işıqlarınız 
keçəndə yandırarsınız…» dedi. 
 
Evimin işığı ata çırağı, 
Başımın üstündən açmışam səni. 
Mərmər sarayların çilçırağından 
İşıqlı çırağa yozmuşam səni. 
 
Bəzən nə gizlədim – şəhər yeridir, 
Bizim işığımız sönüb qəfildən. 
Qovub qaranlığı ata çırağı – 
Gecəmiz gündüzə dönüb qəfildən. 
 
Divardan boylanan balaca «Günəş» 
Göydəki günəşdən aşağıdırmı? 
Bizi qaranlıqda qoymayan çıraq 
Ata ürəyinin işığıdırmı? 
 
Bir evdən ayrılan ev-eşiklərin 
Qaranlıq qorxusu, ürküsü varmış. 
Ata ürəyindən övlad qəlbinə 
Dünyanın bu işıq körpüsü varmış… 
 
Qar kimi əridir qaranlıqları, 
Çırağa çevrilib yanır bir ürək. 
Sabah da işıqlar keçər, ay aman, 
Mən onu oğluma yetirim gərək… 
 
1989 
 
 


 
    
Адил Ъямил
  
 
 
330
 
TORPAĞA TOP ATANLARA 
 
Sarı ilan, qara bağa 
    Vurulubdur Qarabağa
… 
Müəllif 
 
Özgə torpağına göz dikənlərin 
Gözünə tökməyə torpaq tapılmaz. 
Quruyar meşəsi, solar talası, 
Yaşıl budağında yarpaq tapılmaz. 
 
Min izdən, ləpirdən keçər bu torpaq, 
Daralan səbirdən keçər bu torpaq – 
Altaydan, Sibirdən keçər bu torpaq – 
Onu qarmalayan qarmaq tapılmaz. 
 
Haram «haqqınızdan» qorxun, çəkinin, 
Qəzəbi ümmandır qədim Bakının… 
Tapılar hiyləsi yaxındakının, 
Uzaqdan uzanan barmaq tapılmaz… 
 
1989 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə