Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

Сечилмиш ясярляри
  
 
 
305
İzi qalmayıbdır imanın, dinin, 
Sabahı dumandır tale vədinin… 
Necə oxuyasan ki millətinin 
Qəlbinə qara qan sızan vaxtıdır. 
 
Bu şəhər hələ də həyəcanında – 
Qəlpələr qalıbdır torpaq canında. 
Bir azdan şəhidlər xiyabanında 
Sinələr göynədən əzan vaxtıdır… 
 
1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
306
 
GÖZLƏYƏN VAR 
 
Niyə tələsirsən, vəfasız ömür, 
Yoxsa ki səni də bir gözləyən var? 
Sevilə-sevilə əkilən ağac, 
Şümal budağından bar gözləyən var. 
 
Həqiqət yalana yozulur bəzən, 
Fələk yazdığı da pozulur bəzən. 
Xəstənin məlhəmi buz olur bəzən – 
Yayın qızmarında qar gözləyən var. 
 
Adım ayrılıqdır, həsrət oğluyam, 
Mən kədər övladı, zillət oğluyam. 
Nə yaxşı belə bir millət oğluyam – 
Namus gözləyən var, ar gözləyən var. 
 
Əysə də qəddini taleyin yükü
Açılan sabahın solmasın təki… 
Sarala-sarala gözünün kökü 
Tamahdan tor atıb var gözləyən var. 
 
Köhnə dəyirmanın fırlanmır pəri – 
Əbədi bildiyin bəzən ötəri… 
Məhəbbət yol gəlir min ildən bəri – 
Yaxşı ki, hələ də yar gözləyən var… 
1988 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
307
 
ƏZİZİM İNSAN 
 
Başqa planetdə həyat gəzirik, 
Yerdəki həyatın qədri bilinmir. 
Kiməsə «dost» deyib çörək kəsirik, 
Ürək dostluğuna çevrilməyincə 
Çörək dostluğunun ətri bilinmir. 
 
Birimiz Marsdanıq, birimiz Aydan – 
Hələ özümüzə sevgi çatışmır. 
Nə olsun çoxalır evsiz evlilər – 
Bizim məmləkətdə ev ki çatışmır… 
 
Körpələr böyüyür zirzəmilərdə, 
Qəm çökür, nəm çökür gül nəfəslərə. 
Görən insaf varmı bu «əmilərdə» - 
«İnsaf» dediyimiz yaxın gəlirmi 
Vəzifə sahibi olan kəslərə?.. 
 
İndi yeriməyə yeri olmayan, 
İndi yaşamağa evi olmayan
Havasız bucaqda böyüyən uşaq 
Haçansa bu evlər idarəsinə 
Kim bilir, bəlkə də rəis olacaq… 
 
Səbr elə, darıxma, əzizim insan, 
Sən dərdi ömürlük daşımalısan, 
Çəkməyə qəmin var – deməli varsan, 
Vuruşa-vuruşa yaşamalısan… 
 
1988 
 
 


 
    
Адил Ъямил
  
 
 
308
 
ÜMİD İŞIĞINA DİKİLƏN GÖZÜM 
 
Hardasan, başına dolandığım gün, 
Hardasan, yuxuma girən gələcək? 
Bu yer yarılaydı yarandığım gün, 
Ömür sürməyəydim mən yalan-gerçək. 
 
Ayağım altında torpaq titrəyir
Uçrumlar ağzında yolum qırılır. 
Sinəmdə ürək yox, yarpaq titrəyir, 
Qanad istəyirəm, qolum qırılır… 
 
Yaysın Yer üzünə külək səsimi – 
Saralan arzuyam, solan istəyəm. 
Ürəklər eşitmir ürək səsimi – 
Fələk qıfıl vuran bir qəfəsdəyəm. 
 
Mənəm bu dünyanın dəli-dolusu, 
Bir gün görməsəm də ötüşür günüm. 
Döyəndə taleyin qəfil dolusu 
Ömür «budağından» kal düşür günüm. 
 
…Buluddan sıyrılıb, çəndən ayrılıb 
Günəş Yer üzünə ömür-gün doğur. 
Bütün ayrılıqlar məndən ayrılıb, 
Kimə qar ələnir, kimə gün doğur… 
 
Görən göyərərmi itən izlərim… 
İnamsız ömürdən axı nə fayda? 
Bir ümid işığı gəzir gözlərim, 
O işıq iynənin ulduzu boyda… 
1988 
 


Сечилмиш ясярляри
  
 
 
309
 
DÖNSÜN 
 
Yolumdan döndərdi məni, 
Bu obanın arxı dönsün. 
Yetişməmiş dərdi məni – 
Bu fələyin çarxı dönsün. 
 
Çırpınmasan, qanad yoxdur, 
Döyüşməsən, həyat yoxdur. 
Bir mahalda bir at yoxdur – 
İgid varmı, ilxı dönsün?! 
 
Az əyilir çoxa gördüm
Saf ürəyi yuxa gördüm… 
Şoru baldan baha gördüm – 
Bu bazarın nırxı dönsün. 
 
Aylar keçib, illər ötsə 
Arzu bitməz – ömür bitsə… 
Axı insan hara getsə 
Niyə gözdə qorxu dönsün? 
 
Yalançıdır tale vədi, 
Talançıdır yar həsrəti. 
Ağlar gördüm məhəbbəti – 
Hicran quran qurğu dönsün… 
1988 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
310
 
BÖLÜR AYRILIQLAR BU YER ÜZÜNÜ 
 
Bölür ayrılıqlar bu Yer üzünü, 
İnsan ayrılandan birləşə bilmir. 
Ayrılan ayrıca deyir sözünü – 
Araz Kürə axır – Kürləşə bilmir. 
 
Ayı bir,günü bir ulu dünyanın, 
Bu dünya misallı ulumuz hanı? 
Özünə qayıdır yolu dünyanın – 
Özgə dünyalara yolumuz hanı? 
 
Bölür ayrılıqlar bu Yer üzünü, 
Minillik həsrətlər qovuşa bilmir. 
İnsan sərhədlərə bölüb özünü – 
Özünü özündən soruşa bilmir… 
 
Özümüz yaradıb bu qanunları 
Qoyduq özümüzə qanun, qadağa. 
Dövran dəhrələyib çox «cünunları», 
Bu qorxu keçibdir kökdən budağa… 
 
Arada ayrılıq məftili varsa 
Azadlıq biçilir köhnə ülgüyə. 
Qardaş qardaşına qovuşmayırsa 
Qovuşa bilərmi ölkə ölkəyə… 
 
Bölür ayrılıqlar bu Yer üzünü… 
Dünyanın işığı sozalır gedir. 
Hərə bir tərəfdə illər uzunu 
Əlləri əllərə uzalı gedir… 
 
Ayrılıq başlayır evdən-eşikdən, 
Ayrılıq başlayır ocaq başından. 
Qərib harayları kimdir eşidən, 
Kimdir gözü dolan bu göz yaşından?.. 
1988 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə