Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

 
    
Адил Ъямил
  
 
 
318
 
ƏYİLƏNDƏ 
 
Ömür-gün zülmətə düşərmiş demə – 
Taleyə nur saçan gün əyiləndə. 
Ürək qəm odunda bişərmiş demə – 
Bəxtə duman çöküb, çən əyiləndə. 
 
Min ürək sındırır bir ürək küsü
Boğur məhəbbəti nifrət bürküsü. 
Dağılır arada ülfət körpüsü – 
Könüldən könülə kin əyiləndə. 
 
Bu doğma dünyada doğmam, yadım var, 
Bir nəslin adını çəkən adım var. 
Baxmayın insanam – polad qatım var – 
Bilin ki, sınmışam mən əyiləndə… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
319
 
MİNGƏÇEVİR HƏSRƏTİ 
 
Özümü axtarıb tapıram hərdən 
Ömrümün qayğısız keçən çağında. 
Yollarım başlayır Mingəçevirdən, 
İzlərim göyərir Kür qırağında. 
 
Hələ uşaq idim, 
balaca idim 
Aldı ağuşuna bu şəhər məni. 
Ömrünü ömrümə calayan əmim 
Məktəbə ötürdü hər səhər məni… 
 
Nazımı çəkdikcə bibim Xoşqədəm 
Bağlı sabahlara inamım artdı. 
Elə tələsdi ki, uşaqlıq vədəm 
Bilmədim yuxudu, yoxsa həyatdı… 
 
Bu şəhər güləndə doqquz yaşıma 
Anamın duası gərəyim oldu. 
İnsanam – çox işlər gəldi başıma, 
Nəyim olmasa da ürəyim oldu. 
 
Arabir darıxdım Kəlbəcər üçün
Atamı, anamı yuxuda gördüm. 
Son sözü söylədi mənim son gücüm, 
Həyatda azı da, çoxu da gördüm… 
 
Gördüm bu dünyanın gündoğanı var – 
Çıxdım taleyimin arzu yoluna. 
Gördüm bu diyarın Mil, Muğanı var – 
Döndərdim yolları mən su yoluna. 
 
 


 
    
Адил Ъямил
  
 
 
320
İnsan yorulmayır bu çək-çevirdən, 
Heyrət eyləyirəm ürək oduma. 
Özümə baxıram Mingəçevirdən – 
Kür boyu kürlüyüm düşür yadıma… 
 
Ömür ağacının kökü dərində, 
Xatirə dünyamda sarı sim qalıb. 
O doğma şəhərin küçələrində 
Bir də qayıtmayan gəncliyim qalıb. 
 
…Özümü axtarıb tapıram hərdən 
Ömrümün qayğısız keçən çağında. 
Məni çağırırlar Mingəçevirdən, 
Məni gözləyən var Kür qırağında… 
 
1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
321
 
HANDAN HANA 
 
Ömrü yarı eyləyirik, 
Ayılırıq handan hana. 
Bəs etməyir bir qiyafə – 
Hey giririk dondan dona. 
 
Ayrılıqlar görküyük biz, 
Səs-sədayıq, hay-küyük biz. 
Görmürük ki, körpüyük biz 
Ruhdan ruha, qandan qana. 
 
Daş dirənir dizimizə, 
Yaş yığılır gözümüzə. 
Qayıdırıq özümüzə, 
Qayıdırıq sondan sona… 
 
1989 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
322
 
BAŞIMIZA GƏLƏNLƏR 
 
Hərə bir hava çalır – 
Bu da belə toyxana. 
Dediyinə inanmır 
O kürsüyə yayxanan. 
 
Xalqa xalqın dilində 
Bel kəlmə söz gərəkdir. 
Nə ona «səbir» gərək, 
Nə ona «döz» gərəkdir. 
 
Dözə-dözə dözülməz 
Bir günə düşmüşük biz. 
Halalca yurdumuzda 
Sürgünə düşmüşük biz. 
 
Düşmənə dost olmuşuq, 
Bu da «səbir» deməkdir. 
Qanımız gizli axır – 
Səbir qəbir deməkdir. 
 
Gah baxıram o taya, 
Gah baxıram bu taya. 
Vallah, billah genəşməz 
Vuran oğul ataya… 
 
Sükut – məğlubiyyətdir, 
Susmağımız – razılıq. 
Bu qulaq kəsənlərə 
Hələ qulaq asırıq… 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
323
Dünən içindən yanan 
Bir alimi itirdik. 
Ağlagəlməz oyunu 
Başımıza gətirdik. 
 
Hərə bir cür tutulub – 
Hamı zindan içində. 
Dil danışsa kəsilər, 
Qollar qandal içində. 
 
Qanımız gizli axır, 
Axan qanlar görünmür. 
Budurmu «din birliyi» - 
Müsəlmanlar görünmür… 
 
*** 
 
Bu gün gördüm küçədə 
Yurdundan didərgini. 
Bizə pənah gətirib 
Taleyin bu dar günü. 
 
Bir parça torpaq üçün 
Yüz yerə üz tutubdur. 
Yenə əliboş dönüb, 
Sinəsi köz tutubdur. 
 
«Ana» bildiyi Bakı 
Qoynunda yer verməyir. 
Beş qarış torpağında 
Tikməyə ev verməyir. 
 
Qoltuğunda uşaqlar 
Qapı-qapı dolanır. 
 


 
    
Адил Ъямил
  
 
 
324
Belə kiçilir insan, 
Bax belə xırdalanır… 
 
Nə olsun bir qanlıyıq – 
Kökümüz birdir bizim. 
Çox da ki çiynimizdə 
«Yükümüz» birdir bizim. 
 
Bu birliyi özülsüz 
Bilənlər gülübdülər. 
Ona görə bu xalqı 
Yüz yerə bölübdülər. 
 
Özü millət olurmuş 
Məsləki bir olanın. 
Ömrü zillət olurmuş 
Arazı Kür olanın. 
 
Mənim titrək ürəyim 
Ağacın son yarpağı. 
Nə üzlə qoyacaqlar 
Gözümüzə torpağı?.. 
 
Oktyabr 1988 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə