Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

 
    
Адил Ъямил
  
 
 
276
 
DÜNYA BELƏ QURULUB 
 
Ay allahsız Albəndə, 
Bir nəmər ver nalbəndə 
Atını tez nallasın, 
Mənzilinə yollasın. 
Verməsən bu nəməri 
Çaparsanmı kəhəri? – 
Dırnağından qan sızar, 
Baxmaz sən tək qansıza… 
At igidin altında 
Uçar göyün qatında… 
Uçmağa qanad istə, 
Nallat, sonra at istə – 
Qırğı kimi şığısın, 
Şimşək kimi şaxısın, 
Cilovunu gəmirsin, 
Qəzəbini sümürsün, 
Göylər kimi kişnəsin
Onu minən düşməsin… 
Ay Allahsız Albəndə, 
Çək çatını, çevik ol, 
Tez kəhəri sal bəndə… 
Öz atının xətrinə 
Hörmət elə nalbəndə. 
Dünya belə qurulub – 
Key-key baxma, kal bəndə… 
 
1986 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
277
 
NEÇƏ İLDİR 
 
Biz səninlə üz-üzəyik, 
Göz-gözəyik neçə ildir. 
İki budağa ayrılan 
Bir özəyik neçə ildir. 
Sən mənimçün, mən səninçün 
Gah köhnəyik, gah təzəyik 
neçə ildir. 
Baş-başa verib alışan 
Cüt kösöyük neçə ildir. 
Nə olsun bir yanırıq biz, 
Tüstümüz ki, ayrı çıxır. 
Yollarımız ayrı yoldur, 
Cığırımız ayrı cığır… 
Bir otağın havasından 
Nəfəs alıb yaşayırıq. 
Görən bizə nə deyirlər, 
Görən kimə oxşayırıq… 
Bu minvalla, bu əhvalla 
Keçib gedir iş günümüz. 
Belə ögey doğmalıqdan 
Baş gərəkdir baş açasan. 
Mən səninçün qıfılbəndəm, 
Sən mənimçün tapmacasan… 
 
1984 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
278
 
ŞƏHƏR XORUZLARI 
 
İşıq qaranlığı qovar küçədən, 
Ayıra bilməzlər sübhü gecədən, 
Seçilib kənddəki xoruz-beçədən 
Şəhər xoruzları vaxtsız banlayar. 
 
İşıqla zülmətin barışığında, 
Gecəylə gündüzün qarışığında, 
Neon lampasının qar işığında 
Şəhər xoruzları vaxtsız banlayar. 
 
Qorxmayıb başının kəsilməyindən, 
Nazik boğazının üzülməyindən, 
Məxməri qanının süzülməyindən 
Şəhər xoruzları vaxtsız banlayar… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
279
 
HAMI «SƏNƏTKAR» OLUB 
 
Şair oldun 
Gərək saçın uzun olsun. 
Vacib deyil beş kəlmə 
Sözün olsun… 
 
Rəssam oldun 
Gərək saqqal qoyasan. 
Vacib deyil hər rəngin 
Çalarını duyasan… 
 
Baxıram sənətə, 
Baxıram sənətkara, 
Hamı «sənətkar» olub — 
Gəlməyir sənət kara… 
 
1985 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
280
 
İRƏLİ GƏLİR 
 
Çadır basır çubuğu 
Çətən irəli gəlir. 
Özgənin təkanıyla 
Yetən irəli gəlir. 
 
Yerişi, duruşunda, 
Vəzifə vuruşunda, 
Yaltaqlıq yarışında 
Ötən irəli gəlir. 
 
Sinə dönsə körüyə 
Ürək çətin kiriyə. 
Baş var dönmür geriyə, 
Bədən irəli gəlir. 
 
Nadanın çıxışıyla, 
Bəzəyi, naxışıyla, 
Vətəndaş «baxışıyla» 
Vətən «irəli gəlir». 
 
Qoy ağlasın gülənlər, 
Ərz eləsin bilənlər — 
Başımıza gələnlər 
Nədən irəli gəlir… 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
281
 
MEŞƏ ADAMI 
 
Sən quşlara dən səpmədin, qırma səpdin, 
Bir süfrəyə qurban verdin bir guşəni. 
Çöl-çəməni çapovultək çalıb-çapdın, 
Kabab üçün kömür etdin göy meşəni. 
 
Təbiəti sən təzədən rəsm elədin, 
O dərəni xəlvət bilib harınlaşdın. 
Mədən daşı, kəsəyi də həzm elədi, 
Sən təpədən dırnağacan qarınlaşdın. 
 
Bir də gördün yanın-yörən teyxa ətdir, 
Elə bildin ən mötəbər zümrədəsən. 
Bir səs gəldi: - «gözəl insan», 
məsləhətdir 
O meşədə heyvan kimi ömr edəsən… 
 
1986 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
282
 
İNANMAQ OLMUR 
 
Özünün canına and içir
Qızının canına and içir, 
Yüzünün canına and içir – 
İnanmaq olmur. 
 
Qəlbində yaxşı-pis yarışır, 
İşığı, kölgəsi qarışır. 
Gah küsür, gah da ki, barışır – 
İnanmaq olmur. 
 
Boğazı kəndirdən çıxsa da, 
Ölüsü «qəbirdən çıxsa da», 
Kükrəyib səbirdən çıxsa da 
İnanmaq olmur. 
 
Üzündə insanlıq nuru yox, 
Odu var, közü var, qoru yox. 
Tam deyil – yarı var, yarı yox… 
İnanmaq olmur. 
 
Ürəkdən gəlməyir kəlməsi, 
Gülməli görünür gülməsi. 
Qaçsa da ömrünün ilməsi 
İnanmaq olmur. 
 
Hər yerə uzadır burnunu, 
Əl açır – ver onu, ver bunu. 
Qadındır – otarır qarnını, 
İnanmaq olmur… 
 
1985 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə