Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

Сечилмиш ясярляри
  
 
 
269
 
UŞAQLIQ DOSTLARIMA 
 
Bir çay qırağında, bir çəmən üstdə 
Öpdük bir-birinin gözündən o gün. 
Xətri əziz olan xatirələrin 
Doymadıq dadından-duzundan o gün. 
 
Düşdü yadımıza yaxın uzaqlar, 
Yandı bağrımızda odsuz ocaqlar. 
Uşaqlar atası olan «uşaqlar» 
Danışdı oğlundan, qızından o gün. 
 
Bizim üzümüzdə dan sökülürdü, 
Bizim gözümüzdə dünya gülürdü. 
Hardasa, uzaqda qəm tökülürdü 
Bir qərib aşığın sazından o gün. 
 
Köçürüb gözünə doğma diyarı 
Vilayət baxırdı Vaqifə sarı… 
Güldürmək istəyib İsfəndiyarı 
Ramiz də çıxmışdı cızından o gün. 
 
Ətəyi sıldırım bir dağdan keçdik, 
Çaya körpü salan budaqdan keçdik. 
Kökümüz işləyən torpaqdan keçdik — 
Düz bir il yaşadıq azından o gün. 
 
Ürkütdük üz-gözü şehli çiçəyi, 
Titrədi saplağı, əsdi ləçəyi. 
Dumana bələndi kənd girəcəyi 
Bu yelli yerişin tozundan o gün. 
 
Ömür ötəridir, günlər qaçaqdır, 
Belə gün ömürdən bir umacaqdır. 
Dostlar, xatirətək boylanacaqdır 
Mənim bu balaca yazımdan o gün… 


 
    
Адил Ъямил
  
 
 
270
 
QIŞIN OĞLAN ÇAĞI 
 
Qışın oğlan çağı kəndə gedirəm, 
Hər daşın, ağacın büllur tacı var. 
Əriyib yox olur qar işığında 
Könlümdə nə qədər ağrı-acı var. 
 
Quşlar civildəyib baxır yuvadan, 
Dovşan koldan çıxır, əlik kahadan. 
Mən yaxşı bilirəm, belə havada 
Ovçunun ov ilə «gizlənpaçı» var… 
 
Qıy vuran qartallar gümüş qanadlı, 
Gümüşü qayalar göyrüş qanadlı. 
Vüsal həvəsliyəm, görüş qanadlı — 
Yolumu gözləyən ana-bacı var. 
 
Qar geyib, nur geyib yamaclar, yallar, 
Bilinmir cığırlar, görünmür yollar. 
Karıxar boynuma dolanan qollar — 
Görəndə Adilin qartək saçı var… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
271
 
BƏS NİYƏ 
 
Buludlar söz verib uçub gəlməyə, 
Bəs niyə gəlmədi, niyə gəlmədi? 
Palıdlar söz verib qaçıb gəlməyə, 
Bəs niyə gəlmədi, niyə gəlmədi? 
 
Bulaqlar söz verib çıxsın yoluma, 
Bəs niyə çıxmadı, niyə çıxmadı? 
Çaylar da söz verib axsın yoluma, 
Bəs niyə axmadı, niyə axmadı? 
 
…Nahaqdan inciyib, küsməyim gərək 
Buluddan, palıddan, çaydan, bulaqdan. 
Nə qədər yaxına çəksə də ürək 
Uzaqlar həmişə baxır uzaqdan… 
 
1984 
 
 


 
    
Адил Ъямил
  
 
 
272
 
ETÜD 
 
Dolanıram yal-yamacı, 
Yanım-yörəm kəklikotu. 
Yol üstündə yandırıbdır 
Şah palıdı təklik odu… 
 
1984 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
273
 
YAYLAQ 
 
Gedən ömrüm kimi mən gedər oldum
Baxarsan bulaqda əksimə, yaylaq. 
Çəmənə qıymayıb, çığırdan keçdim, 
Qoymadım güllərin diksinə, yaylaq. 
 
Uçan xəyalımı Murova çaldım, 
Çırpınıb özümü alova çaldım. 
Ağlayıb astadan bir hava çaldım, 
Vurdum təzənəmi tək simə, yaylaq. 
 
Görüşdük – gümandan gümana düşdüm, 
Ayrıldıq – dumandan dumana düşdüm. 
Yollara mən dəli-divanə düşdüm
Saldın güzarımı tilsimə, yaylaq. 
 
Keçdim yamac boyu, keçdim yal boyu, 
Çiçəklər gözünü sıxdı yol boyu. 
Oynadım səninlə olub qol-boyun – 
Baxanda şimşəyin rəqsinə, yaylaq. 
 
Bil ki, nəfəs alan mənəm eşqinlə, 
Adiləm, qoynuna dönəm eşqinlə. 
Gör necə böyüdü sinəm eşqinlə – 
Sığışdın sən mənim köksümə, yaylaq. 
 
1984 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
274
 
DAHİLİK AZARI 
 
Çölündən içi görünür, 
Forması da çox formaldır. 
Dahilər normal doğulmur — 
Bu «dahi» də anormaldır. 
 
Kağız-qələm, dəftər-kitab 
Əlindən zinhara gəlib. 
Yazdıqları yığıldıqca 
«Maklatura» kara gəlib. 
 
İş yerində işgüzardır, 
Otaqda «otaq» düzəldib. 
«Təriflərin» xumarında 
Özünə yataq düzəldib. 
 
Dərdi, qəmi qəribədir
Nəşəsi də qeyri-adi. 
Adi peşə sahibinin 
Peşəsi də qeyri-adi. 
 
Gah kövrəlib yana-yana 
Aşıqdan, sazdan danışır. 
Gah alnını qırışdırıb 
Müasir cazdan danışır. 
 
Əlləri göydə oynayır, 
Xəbər verir əlli yerdən. 
Ehtirasla söhbət açır 
Bethovendən, Qliyerdən. 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
275
Elə odlu danışır o, 
Elə bil ki, oddan çıxıb. 
Baş qarışıb «dahiliyə» 
Arvad-uşaq yaddan çıxıb. 
 
Öz evini özü yıxıb, 
Gözgörəti əzab çəkir. 
Bir qucaq gündəlik yazıb – 
Özüylə haqq-hesab çəkir. 
 
Öz qanını içə-içə 
Öz ömrünə zəli olub. 
Dahi olmaq arzusuyla 
Yazıq dönüb dəli olub. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə