Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

 
    
Адил Ъямил
  
 
 
262
 
ÖZÜNÜ GÖSTƏRİR 
 
Qar üstündə görünməyir qaraltı, 
Ordan-burdan daş özünü göstərir. 
Yoldur, izdir, dağdır, düzdür qar altı, 
Buz nəfəsli qış özünü göstərir. 
 
Boz qayalar qardan qoyub papağı, 
Gümüşdəndir ağacların qolbağı. 
Tökülübdür meşələrin yarpağı — 
Yarpaq kimi quş özünü göstərir. 
 
Buz bulaqdan su gətirir qız-gəlin, 
Sənəklərdə su yerinə buz gəlir… 
Xəyalımda bu yerlərə yaz gəlir — 
Kotan əkir, xış özünü göstərir… 
 
Uşaq ikən dağa-düzə çıxardım, 
Cığırı çəp, yolu kəsə çıxardım. 
Bu yoxuşu birnəfəsə çıxardım, 
Yavaş-yavaş yaş özünü göstərir… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
263
 
SÖYÜDLƏR ÇİÇƏKLƏMİR 
 
Elə ki, yaz gəlir, bahar yetişir 
Üzür «süd gölündə» həyət-bacalar; 
Çiçək işığında quşlar ötüşür, 
Çiçək «dumanında» azır  bağçalar, 
Söyüdlər çiçəkləmir. 
 
Ağaclar oyanır öz yuxusundan
(Gülməli görünür toxa ac dərdi…) 
Keçir təbiətin yaz yuxusundan 
Ağaclar içində bir ağac dərdi – 
Söyüdlər çiçəkləmir. 
 
Titrəyir yarpağı, əsir yarpağı - 
Sonsuzluq soyudan ev-eşik kimi… 
Barsız budaqları gözünün dağı – 
Yellənir, yellənir boş beşik kimi… 
Söyüdlər çiçəkləmir. 
 
…Salsan da taleyin qışına məni 
Özün qışa düşüb sönmə, ürəyim. 
Çevir döyüntünün başına məni, 
Söyüd ağacına dönmə, ürəyim – 
Söyüdlər çiçəkləmir… 
 
1984 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
264
 
SU DAŞI 
 
Saf su axtaranda tək bircə içim 
Daş-qaşa tutalar gərək bu daşı. 
Bulanıq suları durultmaq üçün 
Keçirib «süzgəcdən» süzər su daşı. 
 
Vurulub daşdakı bu möcüzəyə 
Təmizlik eşqiylə çıxasan yola; 
Bulanıq duyğular durulsun deyə 
Hər kəsin ürəyi «su daşı» ola… 
 
1984 
SƏKKİZLİKLƏR 
 
Ətəyi yaşıl dağın 
Zirvəsi çal kimidir. 
Yamacda qara qaya 
Yanaqda xal kimidir. 
Burda halım, əhvalım 
Bir özgə hal kimidir. 
Torpaq elə şirindir 
Bulaqlar bal kimidir… 
 
*** 
İlmə-ilmə közərir 
Çəmənin gül naxışı. 
Yağış şəkli çəkibdir 
Qayada sel naxışı. 
Ağlı-qaralı olub 
Ömrümdə il naxışı. 
Qəlbimdən qəm axıdıb 
Gözümün göl naxışı. 
 
1984 


Сечилмиш ясярляри
  
 
 
265
 
BULUDLAR ÜSTÜNDƏ BİR QARTAL SÜZÜR 
 
Buludlar üstündə bir qartal süzür, 
Elə bil bu meşə, bu dağ onundur. 
Təbiət ərkinə, nazına dözür — 
Qıy vurub qonduğu budaq onundur. 
 
Şığıyıb günəşin nurundan içir, 
Qarğa qalxa bilmir o ucalığa. 
Üzüb dalğa-dalğa buluddan keçir, 
Dönür göy səmada «qara balığa». 
 
Bu səma, bu günəş, bu yer durunca 
Beləcə özünü öyəsidir o. 
Haqqı var öyünə, haqqı var bunca — 
Yerin də, göyün də yiyəsidir o… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
266
 
YURD YERİNDƏ 
 
Ulu dağlar, sənə açım sirrimi - 
Yaylağında yaylamağa gəlmişəm. 
Duman kimi o sürünən sürünü 
Çoban kimi haylamağa gəlmişəm. 
 
Dilə gəlib demirsən ki, heç mənə 
Niyə sənə belə uzaq kimiyəm. 
Naşı-naşı boylanıram çəmənə, 
Köhnə yurdda təzə qonaq kimiyəm. 
 
Bir nəsilin od-ocağı deməkdir 
Yurd yerində hər dəyə, hər alaçıq. 
Burda hamı elə açıqürəkdir 
Quşqonmayan zirvəyə də yol açıq. 
 
Ulu dağlar, qayıtmışam keçmişə, 
Ömrün ötən aylarına gəlmişəm. 
Bu günümü tay tutmuşam keçmişə — 
«Dədə Qorqud» boylarına gəlmişəm. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
267
 
GÖYLƏRİN SEVGİSİ 
 
Göylərin sirrinə yaxşı bələdəm, 
Qara buludların yükü yağışdır. 
Aranda yer yanır su həsrətindən, 
Yaylaqda çobanın kürkü yağışdır. 
Qovuşan görmüşəm göy ilə yeri, 
Göydən yerə yağan sevgi yağışdır. 
Göyərən nə varsa göylərə möhtac
Sonu günəşdirsə, ilki yağışdır. 
Sünbüllər su içir qara buluddan, 
Xeyir-bərəkətin kökü yağışdır. 
Üzümə nur yağdı göyün üzündən, 
Yağışdan yazırdım, bu ki yağışdır… 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
268
 
BELƏ QƏRİBSƏMƏ 
 
Kəndimizin camaatı dədə-babadan  Qaradağlı yaylağını özünə 
yurd yeri seçib. Son illər, Qaradağlı biçənək yeri kimi qorunduğundan el-
oba köhnə düşərgəsindən ayrılaraq təzə yurda düşməli olub. Yaylağın 
insan nəfəsinə, qoyun-quzu mələrtisinə öyrəşən «Novlu bulağı» tək-tənha 
qəribsəyir, darıxır… 
 
Sən ki bu dağların öz balasısan, 
Belə qəribsəmə, gözüm giləsi. 
Gözündən axanlar, gözümdən axdı — 
Eynim açılası, üzüm güləsi. 
 
Mən də çəkməliyəm çəkdiyin dərdi, 
Yalqız yaşanılan ömür hədərdi… 
Suyundan doldurub qızlar gedərdi — 
Zil qara gözləri üzüm giləsi. 
 
Yarpızın, çiçəyin çıxıbdı dizə, 
Hanı gülüzlülər gülündən üzə?.. 
Bu yurda bir dəfə el gəlibdisə 
Yenə gələsidir, yenə gələsi… 
 
O yaxın günəş də uzaqdan baxır, 
Başına gələni başına qaxır. 
Ay bulaq, gözündən havayı axır 
Çiçəkli dağların şəhdi, şirəsi. 
 
Bu dünya dərdini yazana möhtac, 
Bu dağlar bir dəli ozana möhtac. 
Mən də bir insanam — insana möhtac, 
Yaman dolaşıqdır bu yer kürəsi… 
1984 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə