Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

Сечилмиш ясярляри
  
 
 
247
 
YANĞIN 
 
Bir ana sönürdü Don mahalında - 
Çağırdı yanına övladlarını. 
Toplayıb gücünü ağır halında 
Böldü ədalətlə qalan varını. 
 
Birinə ev düşdü, birinə maşın, 
Birinin bəxtinə palazlar düşdü. 
Üzünə baxmadı qardaş qardaşın - 
Qəfildən araya Arazlar düşdü. 
 
Hələ soyumamış ananın cismi 
Qızışdı davası naxələflərin. 
Gəldi qohumların böyük bir qismi
Açıldı düyünü çox «kələflərin»… 
 
Yığışdı ananın hüzr yerinə 
Nə qədər dilənçi, yolçu var idi. 
Gələnlər qarışdı biri-birinə — 
Ananın hamıya borcu var idi… 
 
Birisi söylədi: - mərhum keçən il 
Qapıma gəlmişdi puldan ötəri. 
Birisi bağırdı: - Yox, belə deyil… 
…Şahidlik eylədi «nisyə dəftəri». 
 
Heç görən yox idi qara tabutu — 
Kimi ağladırdı, o ana kimi?.. 
Çoxdan pozulmuşdu matəm sükutu - 
Dəyə qaynayırdı toyxana kimi… 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
248
Didişib, döyüşüb çıxdılar yola, 
Ananın güzarı torpağa düşdü. 
Hər şeyi təzədən böldü üç bala
Böyüyü hamıdan qabağa düşdü… 
 
Savaşıb, tutaşıb usandı onlar, 
Min dəfə bölündü evin var-yoxu. 
Çılpaq döşəməyə uzandı onlar — 
Hərəni bir küncdə apardı yuxu… 
 
…Şəklini tutmuşdu pəncərə tağı, 
Qara çərçivədən baxırdı ana. 
Böyründə alışan o şam sayağı 
Elə bil əriyib axırdı ana. 
 
Qəfil çınqı düşdü şam şöləsindən, 
Mizin üstündəki parça alışdı. 
Qonşular diksindi qonşu səsindən 
Davası döyülən xalça alışdı… 
 
Alışdı, 
Qu tüklü balışlar yandı. 
Ev-eşik büründü tüstü-dumana. 
Divarda sayrışan naxışlar yandı, 
Qara çərçivədən baxırdı ana… 
 
Alov hücum çəkdi südrəng maşına, 
Dəmir də az qaldı od tutub yana. 
Gəldi qardaşların ağlı başına… 
…Qara çərçivədən baxırdı ana. 
 
Rostov vilayəti, 1984 
 


Сечилмиш ясярляри
  
 
 
249
 
İNSAN OĞLU 
 
Özbaşına, özxoşuna 
Ölə bilmir insan oğlu. 
Olum nədir, ölüm nədir… 
Hələ bilmir insan oğlu. 
 
Ömür yolu yaman kəsə
Gün doğmasın yaman kəsə. 
Bəxti onu güldürməsə 
Gülə bilmir insan oğlu. 
 
Mat görüblər çox mətini, 
Ölüncəymiş ən çətini… 
Hər şey bilir, qismətini 
Bilə bilmir insan oğlu. 
 
Dar eləyib gen düzünü
Qaralayıb gündüzünü… 
Yeri bölüb, göy üzünü 
Bölə bilmir insan oğlu. 
 
Bir yuxudur bu ömür-gün, 
Yollar yoxuş, ürək üzgün. 
Elə çıxıb gedir bir gün 
Gələ bilmir insan oğlu… 
 
1986 
 


 
    
Адил Ъямил
  
 
 
250
 
İSTƏYİR 
 
Dağ başında dan sökülür — 
Səhər göz açmaq istəyir. 
Ucalığa uçan xəyal 
Təzə iz açmaq istəyir. 
 
Dünya köhnə inadında 
İşıq zülmət qanadında… 
Zirvədəki qar altında 
Güllü yaz açmaq istəyir. 
 
Bu dərəli-dağlı yolu, 
Bu qaralı-ağlı yolu, 
Taleyimə bağlı yolu 
Bəxtim tez açmaq istəyir. 
 
Sevinc qəmi silər olub, 
Ağlar gözüm gülər olub. 
Mən olandan nələr olub 
Könlüm söz açmaq istsəyir… 
 
1984 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
251
 
ÇAĞIR MƏNİ, GÖY QURŞAĞI 
 
Çağır məni, Göy qurşağı, 
Doğulduğum kəndə gəlim. 
Çağır o «dəcəl uşağı» — 
Sən gələndə mən də gəlim. 
 
Çağır məni, Göy qurşağı, 
Buluddan bax, yağışdan çıx. 
Gündoğandan günəş baxsın — 
Bir ilahi baxışdan çıx… 
 
Çağır məni, Göy qurşağı, 
Göydən yerə düşən «cığır». 
Öz rənginin alovunda 
İlmə-ilmə bişən «cığır». 
 
Çağır məni, Göy qurşağı, 
Yandır məni, yanar qövsüm. 
Üz tutmuşam işığına — 
Sən yanmasan yanar köksüm. 
 
Çağır məni, qövsü-qüzeh, 
Çağır o «dəcəl uşağı». 
Dünya bir uşaq itirib 
Başı üstdə Göy qurşağı. 
 
Dünya bir uşaq itirib, 
Dünyanın bir uşağı yox. 
Şəhər göyü göynəyimdir — 
Burda göy var, qurşağı yox… 


 
    
Адил Ъямил
  
 
 
252
Çağır məni, Göy qurşağı, 
Uşaq yaşlı dünənimə. 
Bircə dəfə dönə bilim 
Xatirəyə dönənimə. 
 
Yalan-gerçək, 
gözəl-göyçək 
Nağıllara inanım mən. 
Olum Koroğlu dəlisi – 
Hər səfərdə sınanım mən. 
 
Olum igid Məlikməmməd – 
Divlərə meydan oxuyum. 
Ya da olum keçəl Əhməd – 
Şeytana papış toxuyum… 
 
…Hanı mənim o illərim - 
Məni məndən alan olub. 
Bir vaxt yalan gerçək idi, 
İndi gerçək yalan olub. 
 
Hanı mənim o illərim, 
Aldana bilmirəm daha. 
Qara elə qaradırsa 
Mən dana bilmirəm daha… 
 
Çağır məni, qövsü-qüzeh, 
Çağır o «dəcəl uşağı». 
Dünya bir uşaq itirib 
Başı üstdə göy qurşağı… 
 
1985 
 
 


Сечилмиш ясярляри
  
 
 
253
 
ZİRVƏDƏ DOĞULAN KƏNDÇİ BALASI 
 
Zirvədə doğulan kəndçi balası, 
Əkinçi balası, cütçü balası, 
Bir vaxt o zirvədən mən də baxmışam, 
İndi sən baxdığın kəndə baxmışam… 
 
Zirvədə doğulan kəndçi balası, 
Qızaran yanağın dağın laləsi, 
Qaynayan gözlərin qoşa çeşmədi
Bu gözlər önündə çeşmə heç nədi… 
 
Zirvədə doğulan kəndçi balası, 
Qalxırsan belində odun şələsi, 
Batırsan dağların qar tarına sən, 
Dönürsən zirvənin qartalına sən… 
 
Üzündə kol-kosun cırmaq yerləri, 
Qoynunda sünbülün qılçığı gedir. 
Xoşbəxtsən — çırpınla isinən evə 
Sənin ayağının palçığı gedir… 
 
Vecinə deyil ki, deyil ki, sənin 
Qayada cüyür var, dağda əlik var. 
Sən kəndçi balası, cütçü oğlusan, 
Amma yerişində şahanəlik var… 
 
…Yerinə olaydım kəndçi balası, 
Dünyada tək sənə həsəd çəkirəm. 
Zirvədə doğulub böyümüsən sən, 
Mən isə zirvəyə həsrət çəkirəm… 
 
1985 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə