Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

Сечилмиш ясярляри
  
 
 
217
 
ORXANIMA 
 
Hələ nə bilirsən dünya necədir
İndidən gəl belə ağlama, oğlum. 
İşıqlı gözlərin aylı gecədir - 
Baxışın aparır ağlımı, oğlum. 
 
Hələ nə görmüsən gözlərin dolur, 
Gəl belə boylanma üzümə mənim. 
Ürək qəm çəkəndə göz dərin olur - 
Oxşatma gözünü gözümə mənim. 
 
Demirəm atana bənzəmə, atam, 
Deyirəm dərdimiz oxşamasın qoy. 
Haqqın vergisiylə verilən butam, 
Haqqa kor baxanlar yaşamasın qoy. 
 
Sənindir atamdan aldığım öyüd - 
Atanın yerində oğul ataymış… 
Qız — Araz boyunda pərişan söyüd
Oğul — körpüləşən o tay, bu taymış… 
 
1985 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
218
 
BARIŞMAZLIQ 
 
Buz neylər mayası od olanlara - 
Haqqımı yeyənlə barışmamışam. 
Ruhuma, qanıma yad olanlara 
Heç vədə qaynayıb-qarışmamışam. 
 
Mən kişi nəvəsi, kişi oğluyam, 
Budağam - kökümdən qopan deyiləm. 
Mən Tərtərçaylıyam, Dəlidağlıyam, 
Od yağsa gözümü qırpan deyiləm. 
 
Əlləşib əyməyin, bükməyin məni
Qayalar üzündə əkməyin məni. 
Müqəddəs ölümə çəkməyin məni — 
Günahsız mələyən qurban deyiləm. 
 
Ruhum yaz qoxuyar göy meşə kimi, 
İlhamım şığıyar günəşə kimi… 
Sinib kol dibinə bənövşə kimi 
Hər yerdə nəzərə çarpan deyiləm. 
 
Yazın son ayında tapıblar məni, 
Gözləyib qarşıda boran, qar məni… 
Daha yoğurublar, yapıblar məni - 
Təzədən yoğurub-yapan deyiləm. 
 
…Başqa cür yaradıb məni təbiət, 
Haqqımı yeyənlə barışmamışam. 
Eşit, gözlərini döyən bədniyyət
Mən sənə qaynayıb – qarışmamışam. 
 
1986 
 


Сечилмиш ясярляри
  
 
 
219
 
GƏLƏNLƏR, GEDƏNLƏR 
 
Beləymiş, taledən qismət beləymiş - 
Hər kəsin ömründə bir kəsir olur. 
Gələnlər, gedənlər hardan biləymiş 
Min yola ayrılır bir ömür yolu. 
 
Kimisi yarından yarıya bilmir - 
Keçir ömrü-günü duman içində. 
Kimisi qocalıb, qarıya bilmir - 
Yaxşılar puç olur yaman içində. 
 
Çoxu dil çıxarır vəzifə üçün - 
Görmüşəm bu şahmar ilanları mən. 
Niyə görməliyəm, niyə, nə üçün 
Təzədən dirçələn «fironları» mən?.. 
 
Bəzən sərvət yığan bir el «rəhbəri» 
Bilmirsən rəhbərdir, xəzinədardır… 
Barama qurdunun puçdu təpəri - 
Axırda öz yeri özünə dardır. 
 
Bir deyən yoxdur ki, ay nadan oğlan, 
Bu başla bu yolu başa varmazsan. 
Yeri öz yerindən «oynadan» oğlan, 
Əgər başın olsa baş aparmazsan… 
 
…Beləymiş, taledən qismət beləymiş - 
Hər kəsin ömründə bir kəsir olur. 
Gələnlər, gedənlər hardan biləymiş 
Min yola ayrılır bir ömür yolu… 
 
1985 
 


 
    
Адил Ъямил
  
 
 
220
 
AĞ PƏRDƏLİ QARA FAYTON 
 
Qara çıraq qaranlığı 
Əlçim-əlçim əyirdikcə, 
Gənc faytonçu yel qanadlı 
Atlarını səyirtdikcə 
Uzaq çevrilir yaxına, 
Yol dirənir sübh çağına - 
Ağ səhərin süd çağına… 
 
Gecə-gündüz arasından, 
Ağban evlər sırasından 
Keçib gedir yel qanadlı, 
Ağ pərdəli qara fayton. 
 
Hara gedir, niyə gedir, 
Bəlkə yerdən göyə gedir? 
Bilən olmur bu faytonun 
Gəlişini, gedişini… 
Ağ pərdəli qara fayton 
Bu gedişlə yolda qoyur 
Keçmişlərin keçmişini. 
 
Bir vadiyə çatar-çatmaz, 
Gələcəyin ilğımları 
Göz önündə göz aldadır - 
Torpaqdan buluda kimi
Vələsdən palıda kimi 
Burda hər şey gözəl dadır… 
 
Xır sinəli xırmanlardan, 
Ordu-ordu ormanlardan, 
Tarixləşən zamanlardan 
Keçir yolu, yolağası. 


Сечилмиш ясярляри
  
 
 
221
Bəlkə olumdan ölümə 
Tələsir bu «yol ağası». 
 
Bilinməyən bilməcəmi 
Ağ pərdəli qara fayton? 
Bəlli olmayır heç kimə - 
Hansı inamın eşqinə 
Üz tutubdur hara fayton? 
 
1985 
 


 
    
Адил Ъямил
  
 
 
222
 
ÖTƏN ÖMÜR GÖZ QIRPIMI 
 
Düz on beş il bundan qabaq 
On beş yaşım vardı mənim, 
Dəli başım vardı mənim - 
Yığışmazdım ev-eşiyə, 
Sığışmazdım ev-beşiyə, 
Dağım-daşım vardı mənim. 
 
Düz on beş il bundan qabaq 
Çevik idim, gümrah idim, 
Özüm boyda günah idim - 
Günahımdan keçərdilər, 
Çox şeylərdə çox səhvimi 
Az yaşımla ölçərdilər. 
 
Düz on beş il bundan qabaq 
On beş yaşlı bir qız sevib 
Bir “günah” da qazanmışdım. 
O qızgilin evlərinə 
Boylanmaqdan uzanmışdım… 
 
Heyif sənə, on beş yaşım, 
Heyif mənə, dəli başım, 
Heyif mənim dağım-daşım. 
Özgə dağlar dağım oldu - 
Sinəm dağım-dağım oldu. 
 
Ötən ömür  –  su içimi, 
Ötən ömür  –  göz qırpımı. 
Xəyalımda tonqal çatıb 
Yandırıram söz «çırpımı». 


Сечилмиш ясярляри
  
 
 
223
Misra var ki, külü qalır, 
Misra var ki, odu qalır, 
Şeir var ki, adı qalır… 
 
Ötən ömür-gün də belə — 
Gedən gedir, qalan qalır. 
İnsan yanır — əvəzində 
Ömür adlı yalan qalır… 
 
1984 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə